Almas Hüseynbəyova
Almas Hüseynbəyova (1934–2016) — fizika-riyaziyyat elmləri namizədi, dosent. Uzun müddət indiki AMEA Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışmışdır.
Almas Hüseynbəyova | |
---|---|
Hüseynbəyova Almas Məmmədəli qızı | |
Almas Hüseynbəyova. | |
Doğum tarixi | 13 yanvar 1934 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 16 yanvar 2016 (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi, riyaziyyat ixtisası (–1957) • V.İ.Lenin ordenli Moskva Energetika İnstitutu, aspirantura (1957–1960) |
Həyat yoldaşları | Əli Əhmədov, Həmid Rəsulov |
Haqqında məlumatlarRedaktə
13 yanvar 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1951-ci ildə Şəki şəhər 5 saylı orta məktəbini,
1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
1957-ci ildə Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılıb, 3 illik Moskva şəhərinə ezam edilərək aspirantura dövrünü V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunda keçirib.
Elmi fəaliyyətiRedaktə
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunun professoru f.-r.e.d. M.İ.Vişikin rəhbərliyi altında “Potensial çuxurlu məsələlərdə məxsusi funksiyalar ədədlərin asimptotik tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.
1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə diferensial tənliklər ixtisası üzrə ona baş elmi işçi (dosent) elmi adı verilib.
Moskva, Leninqrad şəhərlərində riyaziyyat üzrə qurultay, simpozium və seminarlarda elmi məruzələrlə çıxış edib. 1965-ci ildə Polşa Respublikasında bir aylıq elmi məzuniyyətdə olub, Varşava, Krakov və Poznan şəhərlərində elmi məruzələrlə çıxış edib.
Kvant mexanikasında rast gələn və kiçik parametrin iştirak etdiyi bir çox məsələlərin həllinin kiçik parametrə görə asimptotikasını vermiş, ayrılışın qalıq həddini qiymətləndirmişdir. Həmçinin ikinci tərtib elliptik operator üçün birölçülü başqa ölçülərinə nəzərən kiçik olan oblastlarda məxsusi funksiya və məxsusi ədədlərin asimptotik ayrılışını, deyilənlərlə yanaşı dar və dərin potensial çuxurda yerləşən mexaniki hissəciyin stasionar vəziyyətinin sayını tapmışdır.
27 elmi məqalənin, 30 hesabatın, 2 tərcümə, 3 elmi kütləvi məqalənin müəllifidir. “Elm və həyat” və “Fizika və riyaziyyat tədrisi” jurnallarında riyaziyyata aid məqalələri çap olunub. İki nəfər elmlər namizədi yetişdirib.
Əmək fəaliyyətiRedaktə
1957-ci ildə – hələ S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin 5-ci kursunda oxuyarkən, Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutuna işə qəbul olunub.
1960-ci ildən ömrünün sonunadək indiki AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyib; o cümlədən, əvvəl kiçik elmi işçi, sonra şöbə müdiri, daha sonra laboratoriya müdiri və nəhayət,
1995-ci ildən institutun nəzdindəki Xüsusi Konstruktor bürosunda elmi işlər üzrə direktor müavini,
2000-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışıb.
2013-cü ildə öz ərizəsi ilə təqaüdə çıxıb.
Pedaqoji fəaliyyətiRedaktə
Elmi fəaliyyətini pedaqoji fəaliyyəti ilə uyğunlaşdıraraq həm indiki Bakı Dövlət Universitetində, həm də indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində diferensial tənliklər sahəsində mühazirələr və xüsusi kurslar oxuyub. 4 il ardıcıl olaraq V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat fənni üzrə Dövlət İmtahan Komissiyasının sədri olub.
İctimai fəaliyyətiRedaktə
SSRİ maarif, ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının IX qurultayının, qadınların Bakıda keçirilən IV qurultayının iştirakçısı, Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin üzvü və AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının sədri olub.
VəfatıRedaktə
16 yanvar 2016-cı il tarixdə – 82 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə uyğun olaraq Bakıda – əri Həmid Rəsulovun qəbrinin yanında da dəfn olunub.
ƏdəbiyyatRedaktə
Məmmədov Ə., Xalıqov F. Hüseynbəyova Almas // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 240-242. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |