Mustafa Cabbarzadə
Mustafa Cabbarzadə (1903–1963) — sovet dövrünün ortalarında Şəkidə tanınmış pedaqoqlardan biri olmuş və toxuculuq texnikumunun direktoru vəzifəsində çalışmış şəxs.
Mustafa Cabbarzadə | |
---|---|
Cabbarzadə Mustafa Cabbar oğlu | |
Mustafa Cabbarzadə. | |
Anadan olub | 1903 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1 iyul 1963 (60 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşları | Nazilə, Ruhiyə |
Uşaqları | Ləman, Ramiz və Əfşan (anaları: Nazilə); Vaqif, Namiq, Ülfan (anaları: Ruhiyə) |
Atası | Cabbar |
Anası | Sitarə |
Vətəndaşlıq | Rusiya İmperiyası→ SSRİ |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1923–1927) |
Mükafatları |
Haqqında məlumatlarRedaktə
1903-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1920-ci ildə Nuxada üç aylıq müəllimlər kursunu bitirib.
1923 – 1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1920 – 1923-cü illərdə Nuxa şəhər 7 №-li yeddiillik məktəbində əvvəl müəllim, sonra müdir,
1927-ci ildən, əvvəl Nuxa fəhlə fakültəsində, sonra Nuxa pedaqoji məktəbində müəllim,
1931 – 1933-cü illərdə Nuxa fəhlə fakültəsinin direktoru,
1933 – 1996-cı illərdə Bakı fəhlə fakültəsinin tədris hissə müdiri və müəllimi,
1936 – 1943-cü illərdə Bakı Elektrorabitə Texnikumunun tədris hissə müdiri və müəllimi,
1943 – 1954-cü illərdə Nuxa rayon xalq maarif şöbəsinin müdiri,
1954 – 1956-cı illərdə Nuxa şəhər 5 №-li məktəbinin direktoru,
1956-cı ildən ömrünün sonunadək Nuxa toxuculuq texnikumunun direktoru vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyiRedaktə
1944-cü ildən Kommunist partiyasının üzvü olub.
Dəfələrlə şəhər partiya komitəsinin üzvü, şəhər və rayon Sovetlərinin deputatı seçilib.
Təltif və mükafatlarıRedaktə
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Qırmızı Əmək Bayrağı” ordeni (1949);
- “Əmək igidliyinə görə” medalı.
VəfatıRedaktə
1 iyul 1963-cü il tarixdə – 60 yaşında, ağır xəstəlikdən sonra Bakıda vəfat edib. Vəfatı münasibəti ilə Nuxada çap olunan “Lenin bayrağı” qəzetində Nuxa şəhər partiya komitəsinin birinci katibi Əbdülrəhim Məmmədovun, Nuxa şəhər sovetinin sədri İsmət Quliyevanın və digər vəzifəli şəxslərin imzası ilə nekroloq dərc olunub.
DigərRedaktə
Tanınmış pedaqoq Qurban Abbasovun (1908–1973) qardaşıdır.
ƏdəbiyyatRedaktə
- MUSTAFA CABBARZADƏ = МУСТАФА ҸАББАРЗАДӘ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 3 iyul. — № 88 (220). — Səh. 4.
- Bəşirov R., Hacıyev N. CABBARZADƏ MUSTAFA CABBAR OĞLU // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 64.
- MUSTAFA CABBARZADƏ // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 117. — ISBN 978-9952-8176-4-5.
- Məmmədov Ə., Xalıqov F. Cabbarzadə Mustafa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 75. — 1.000 nüsx.
Həmçinin, bax:Redaktə
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1948)
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1951)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |