Changes

Səhifəni 'Kateqoriya:C{{Şəxs |Adı = Cavanşir Feyziyev |Şəkil = Cavanşir_Feyziyev.jpg |Şəkil miqyası = 250px |Şəkil məlumat = Cavanşir...' ilə yarat
[[Kateqoriya:C]]{{Şəxs
|Adı = Cavanşir Feyziyev
|Şəkil = Cavanşir_Feyziyev.jpg
|Şəkil miqyası = 250px
|Şəkil məlumat = Cavanşir Feyziyev
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1963|7|12}}
|Doğum yeri = [[Böyük Dəhnə]], Vartaşen rayonu, {{AzSSR}}, {{SSRİ}}
|Vəfatı =
|Atası = Əyyub Bəşir oğlu Feyziyev
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi =
|Vətəndaşlıq = {{SSRİ}}→{{AZE}}
|Milliyət = [[azərbaycanlı]]
|İxtisası =
|Təhsili = Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1986 – 1991)
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Mükafatları =
|İmzası =
|Sayt = [https://cavansir.feyziyev.com Rəsmi saytı]
}}
'''Cavanşir Feyziyev''' (''Feyziyev Cavanşir Əyyub oğlu''; {{d.}} 12 iyul 1963, [[Böyük Dəhnə]], Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ) — 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən IV – VI çağırış Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd, IV – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü.

== Haqqında məlumatlar ==
1963-cü ildə Vartaşen rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977 – 1980-ci illərdə isə Orjonikidze (Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbdə oxuyub. 1983 – 1985 həqiqi hərbi xidmətdə olub. 1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.

== Karyerası ==
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru (1991 – 1992), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi (1992 – 1994), Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı (sentyabr 1994 – may 1995), ABŞ-nın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri (may 1995 – oktyabr 1998) və “AvroMed” şirkətinin baş direktoru (oktyabr 2002 – noyabr 2010)<ref name=Q1 group=qeyd/> vəzifələrində çalışıb. 2004-cü ildən Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.

=== Milli Məclisdə ===
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Mədəniyyət Komitəsinin, Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların, Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü, Azərbaycan – Böyük Britaniya və Azərbaycan – Fransa parlamentlərarası işçi qruplarının rəhbəri, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri (yanvar 2017) olub.

== İctimai aktivliyi ==
* 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
* “Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
* 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
* 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
* 2015-ci ildə Kolmar (Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur.
* 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

== Elmi fəaliyyəti ==
2004 – 2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.

2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində nəşr olunmuşdur.

2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı çapdan çıxmışdır.

2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı monoqrafiyası Azərbaycan dilində və sonrakı illərdə türk, qazax, qırğız, rus, boşnak və macar dillərində çap olunmuşdur.

2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.

2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.

2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir.

2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük Kör” romanını Azərbaycan dilinə tərcümə etmişdir.

2009 – 2019-cu illər arasında 60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur.

Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir.

Azərbaycan, rus, türk, fransız və ingilis dillərini bilir.

==Mükafatları==
# ''“Şöhrət çələngi”'' – 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən təltif edilmişdir.
# ''“Qızıl qələm”'' – 2010-cu ildə təltif edilmişdir.
# ''“Uğur” Milli Mükafatı'' – 2010-cu ildə Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə layiq görülüb.
# ''Beynəlxalq Türk Akademiyasının qızıl medalı'' – 2016-cı ildə təltif olunmuşdur.
# ''“Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı'' – 2016-cı ildə Qazaxıstan Prezidentinin Fərmanı ilə təltif olunub.
# ''“Türk Dünyasının Şərəf medalı”'' – 2018-cı ildə təltif olunub.
# ''Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı'' – 2018-cı ildə təltif olunub.
# “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – 2019-cu ildə təltif olunub.
# “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – 2019-cu ildə təltif olunub.

==Qeydlər==
{{Siyahı sütunlarla|2|
{{İstinad siyahısı
|group=qeyd
|refs=
<ref name=Q1>2007 – 2016-cı illərdə “AvroMed” şirkətinin səhmdarı olub.</ref>
}}}}

== İstifadə edilmiş mənbələr ==
*[http://cavansir.feyziyev.com/ Cavanşir Feyziyevin veb-saytı].
== Xarici keçidlər ==
{{Vikianbar kateqoriyası|Cavanşir Feyziyev}}
* [http://www.meclis.gov.az/?/az/deputat/241 Feyziyev Cavanşir Əyyub oğlu - Milli Məclis]
* [https://old.525.az/view.php?menu=8&id=18066&type=1#gsc.tab=0 Cavanşir Xalqın Adamı]

[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları]]
[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları]]
[[Kateqoriya:113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)]]