Changes

Səhifəni 'Kateqoriya: F{{mənbə azlığı}} {{Rəssam |Şəkil = Fuad Əbdürəhmanov2.jpg |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Fuad Əbdürrəhmanov |Orijinal ad...' ilə yarat
[[Kateqoriya: F]]{{mənbə azlığı}}
{{Rəssam
|Şəkil = Fuad Əbdürəhmanov2.jpg
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Adı = Fuad Əbdürrəhmanov
|Orijinal adı =
|Fəxri ad = {{Azərbaycan SSR xalq rəssamı}}
|Digər adları =
|Doğum tarixi = {{Doğum_tarixi|1915|5|11}}
|Doğum yeri = [[Şəki (şəhər)|Nuxa]], [[Yelizavetpol quberniyası]], [[Rusiya İmperiyası]]
(hazırki [[Şəki]], [[Azərbaycan]])
|Vəfatı = {{Vəfat_tarixi_və_yaşı|1971|6|15|1915|5|11}}
|Vəfat yeri = [[Bakı]], [[Azərbaycan SSR]], [[SSRİ]]
|Mükafatları = {{Azərbaycan SSR dövlət mükafatı}} {{Stalin mükafatı|1947}} {{Stalin mükafatı|1951}}
{{"Şərəf Nişanı" ordeni}} {{"Şərəf Nişanı" ordeni}} {{"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı}}
|Vəfat səbəbi =
|Tanınır = [[Heykəltəraşlıq]]
|Sayt =
|Commons = Faud Abdurakhmanov

'''Fuad Həsən oğlu Əbdürrəhmanov''' (11 may 1915 – 15 iyun 1971) — heykəltaraş, Azərbaycan SSR Xalq Rəssamı ([[1956]]), Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi ([[1943]]), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü ([[1949]]), Stalin mükafatı laureatı ([[1947]], [[1951]]).

== Həyatı ==

Fuad Əbdürrəhmanov [[1915]]-ci il [[11 may|may ayının 11-də]] [[Nuxa]]da (indiki [[Şəki şəhəri]]) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda ([[1929]]–[[1932]]) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ([[1935]]-[[1939]]) təhsil almışdır.[[1942]]–[[1948]] illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.

== Yaradıcılığı ==

Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" ([[1934]]), "Gənc aşıq" ([[1939]]) və ilk monumental əsəri olan Füzulinin heykəlini ([[1939]], Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və [[Koroğlu]]nun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə ([[1947]]), R. Mustafayev ([[1947]]), Həzi Aslanov (qəbirüstü abidə, [[1949]]), B. Bağırova ([[1951]]), Səməd Vurğun ([[1957]]), kubalı Xesus ([[1962]]) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
[[Şəkil:Fuad Əbdürəhmanov barelyef.jpg|thumb|200px|right|Fuad Əbdürrəhmanovun xatirə lövhəsi ([[Bakı]])]]
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, [[1946]], [[1949]]; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, [[1961]], memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. [[1950]]–[[1960]]-cı illərdə yaratdığı "Çoban" (gips, [[1950]], Azərbaycan İncəsənət Muzeyi; tunc , [[1951]], Tretyakov qalereyası, [[Moskva]]), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, [[1957]]; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar M. Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.

Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.

Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, [[1954]], MXR, Ulan-Bator), Rudəki (tunc, [[1963]]), S. Ayninin (tunc, [[1964]]) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, [[1964]], memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı [[1975]] ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində [[Sovet İttifaqı Qəhrəmanı]] [[Mehdi Hüseynzadə]]nin monumental abidəsini (tunc, qranit, [[1973]] ildə [[Bakı]]da açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.

== Mükafatları ==

İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Bakıda xatirə muzeyi vardır.

== Əsərləri ==
<gallery mode="packed" heights="200" perrow="3">
Джаваншир.jpg|Cavanşir
Şəkil:Nizami barelyef 1.jpg|İskəndərin Nüşabə ilə görüşü
(İskəndərnamə)
Şəkil:Nizami barelyef 2.jpg|Nuşirəvan və bayquşların söhbəti
(Sirlər Xəzinəsi)
Şəkil:Nizami barelyef 3.jpg|Leyli və Məcnun mədrəsədə
(Leyli və Məcnun)
Şəkil:Nizami barelyef 4.jpg|
Şəkil:Nizami barelyef 5.jpg|
Şəkil:Nizami barelyef 6.jpg|Fərhadın Bisitun dağını yarması
(Xosrov və Şirin)
Şəkil:Nizami barelyef 7.jpg|Bəhram Gurun əjdahanı öldürməsi
(Yeddi Gözəl)
Şəkil:Nizami Gəncəvinin Bakıdakı heykəli (1).JPG|[[Nizami Gəncəvinin heykəli (Bakı, 1949)|Nizami Gəncəvinin heykəli]], [[Bakı]], [[1949]]
Şəkil:Nizaminin Gəncədəki heykəli.jpg|[[Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)|Nizami Gəncəvinin heykəli]], [[Gəncə]], [[1946]]
Şəkil:Azad qadın heykəli.jpeg|[[Azad qadın (heykəl)|Azad qadın heykəli]], Bakı, 1960
Şəkil:Rudaki Park, Dushanbe, Tajikistan (Cropped-wide).jpg|[[Rudəki heykəli (Düşənbə)|Rudəki heykəli]], [[Düşənbə]], [[1964]]
</gallery>

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Azərbaycan rəssamları]]
[[Kateqoriya:Azərbaycan heykəltəraşları]]
[[Kateqoriya:Azərbaycan SSR xalq rəssamları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:1915-ci ildə doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:1971-ci ildə vəfat edənlər]]
[[Kateqoriya:Stalin mükafatı laureatları]]