Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Cahangir Rüstəmov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Cahangir Rüstəmov
Rüstəmov Cahangir Mahmud oğlu
Cahangir Rüstəmov
Cahangir Rüstəmov
Doğum tarixi 5 mart 1926(1926-03-05)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 fevral 2007 (80 yaşında)
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı

Cahangir Rüstəmov (1926 – 2007) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan SSR əməkdar rəssamı.

Haqqında məlumatlar

5 mart 1926-cı ildə Nuxada anadan olub.

Təhsili

1939-cu ildə 7 illik məktəbi bitirib.

1939 – 1944-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.

Yaradıcılığı

Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Kolxozçular”, “Balaca köməkçi qız”, “Dağlarda”, “Şahdağ” və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində “Axırıncı düşmən əsgəri” adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı. Cahangir Rüstəmov 1955-ci ildə “Ən yaxşı uşaq mövzusuna görə” ÜİLKGİ-nin diplom və xüsusi nişanına layiq görülmüşdür. Rəssamın 1962-ci ildə Bakıda “Paris-Tunis”, 1973-cü ildə isə Astara rayonundakı Nizami kolxozunda hesabat sərgisi açılmışdır. Onun əsərləri, 1979-cu ildə Azərbaycan rəssamlarının xarici ölkələrdə açılmış sərgilərində iştirak etmişdir.[1][2]

Azərbaycanın təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Azərbaycan SSR əməkdar rəssamı, 2002-ci ildə[3] isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Rəssamın 2002-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda fərdi sərgisi açılmışdır. O, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[4]

Təltif və mükafatları

Vəfatı

13 fevral 2007-ci il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

1 aprel – 8 aprel 2016-cı il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində 90 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi təşkil olunub.

İstinadlar