Şəki üsyanı (1743–1746)
Şəki üsyanı (1743–1746) — 1743-cü ilin payızında Şəkidə Hacı Çələbinin rəhbərliyi altında başlamış anti-İran üsyanı, Nadir şah əleyhinə üsyan və azadlıq hərəkatı. Bu barədə Məhəmməd Kazımın, Molla Məhəmməd əl-Carinin, Kərim ağa Şəkixanovun və digər müəlliflərin əsərlərində müəyyən məlumatlar var. Lakin sonuncu, üsyanı Şəki məliyi Məlik Nəcəfqulu ilə vəkil Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası kimi təqdim edirsə[1], birinci və ikinci müəlliflər isə 1743-cü ildə Şirvanda və ətrafında baş vermiş Sam mirzə üsyanının Şəkini də əhatə etdiyini göstərirlər[2][3],[4]. Nadir şah Şəkidə hakimiyyətini bərpa etmək üçün bir neçə dəfə buradakı müqavimət ocaqlarına sürətli yürüşlər etmiş, bəzən ordusunu bir aydan çox Şəki ərazisində saxlamış, lakin məqsədinə nail ola bilməmişdir. Üsyan 1746-cı ilin əvvəllərində, üsyanın rəhbəri Hacı Çələbinin Nadir şahın sülh təklifini qəbul etməsi ilə başa çatmışdır.
1740-cı illərin ortalarında şəkililərin İran əleyhinə azadlıq mübarizəsi və Nadir şahın Şəkiyə yürüşləri haqqında ilk dəfə Vadim Leviatovun 1948-ci ildə Bakıda çap olunmuş “XVIII əsr Azərbaycan tarixinə dair oçerklər” adlı kitabında ətraflı bəhs edilmişdir[5]. Müəllif bu kitabda yalnız nəşr olunmuş materiallara istinad etsə də, elə həmin il “Azərbaycan SSR EA-nın Xəbərləri”ndə dərc edilmiş ““Gələsən, görəsən” qalasının Nadir şaha qarşı müdafiəsi” adlı məqaləsində bu mövzunu arxiv materialları əsasında işıqlandırmağa çalışmışdır[6]. Lakin nədənsə yalnız SSRİ Mərkəzi Dövlət Hərbi-Tarix Arxivindən və həm də nədənsə yalnız 1745-ci ilə aid sənədlərdən istifadə etmişdir, halbuki 1744-cü ildən Rusiya Xarici Siyasət Arxivində və Həştərxan vilayətinin Dövlət Arxivində Şəki üsyanı haqqında materiallar vardı[7]. Daha sonra 1958-ci ildə Marianna Arunova və Klara Aşrafyanın Moskvada çap olunmuş “Nadir şah Əfşarın dövləti” adlı kitablarında bu mövzu 1744-сü ilin arxiv sənədlərindən də istifadə edilməklə Rusiya Xarici Siyasət Arxivi sənədləri əsasında işıqlandırılmışdır[8]. Onların bu mövzu ilə bağlı yazdıqları həm də sonra qismən “Bütün Dünya tarixi”nin 14-cü cildinə daxil edilmişdir[9]. Bunlardan sonra isə Fuad Əliyevin 1975-ci ildə Bakıda çap olunmuş “XVIII əsrin birinci yarısında Azərbaycanda İran əleyhinə etirazlar və türk işğalına qarşı mübarizə” adlı kitabında da bu mövzuya xeyli yer ayrılmışdır[10]. Lakin Fuad Əliyev bizim mövzu üzrə əsasən çap olunmuş materiallardan istifadə etmişdir. Onun iqtibas gətirdiyi iki 1744-cü il və bir 1745-ci il sənədi istisna olmaqla, digərləri arxiv materiallarından yox, əvvəlki müəlliflərin əsərlərindən götürülmüş kimi görünür, baxmayaraq ki, özü birbaşa arxiv sənədlərinə istinad etdiyini göstərmişdir.
İran – Osmanlı müharibəsinin (1743–1746) başlanması və Şirvanda Sam mirzənin üsyanı (1743)[redaktə | HTML redaktə]
1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu[11]. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin ələ keçirə bilmədi[12]. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü[13], mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi[qeyd 1] və tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın əldə edilməsi ilə başa çatdı[14].
Nadir şah İraqi-Ərəbdə Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, ona Şirvandan xəbər gəldi ki, Məhəmməd bəy və Sam mirzənin başçılıq etdikləri üsyançılar Şirvan bəylərbəyi Heydər xanı öldürmüş və Yeni Şamaxını tutmuşlar[15]. Məhəmməd bəy Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. Sam mirzə isə hələ 1736 – 1737-ci illərdə Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin o vaxt tezliklə şahın adamları tərəfindən yaxalanmış, sonra Nadir şahın qardaşı İbrahim xanın göstərişi burnu kəsilərək sərbəst buraxmışdı[16]. Bundan sonra isə Sam mirzə Dağıstana getmiş və gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi səbəbindən mərkəzi hakimiyyətə qarşı narazılığın yüksək həddə çatdığını görüb hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Tabasaran əhalisini üsyana təhrik etməyə başladı. Onu Surxay xanın oğlu Məhəmməd bəy də dəstəklədi. Onları susdurmaq üçün Nadir şahın göstərişi ilə Şirvan bəylərbəyi Heydər xan Dağıstana yola düşdü. Lakin o, Dağıstana çatmamış Şabranda üsyançıların əlinə keçdi. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar bəylərbəyinin iqamətgahı olan Yeni Şamaxını ələ keçirdilər[17].
“Car salnaməsi”ə görə,
1156-cı ildə (1743) Şah Təhmaz Bağdad yaxınlığında İmam-ül İslamın (Osmanlı sultanının) ölkəsini almağa cəhd edərkən Şirvan, Şamaxı və Şəki (ölkələri) Təbrizdən olan qızılbaşların sözünə görə onun (Şah Təhmasibin) təbəəliyindən çıxır. Onlar (təbrizlilər) Şahın oğlu Şahzadə Sultanın (Sam mirzənin) yanına qaçırlar. O, Təhmaz xan tərəfindən qulaqları və burnu kəsilmiş halda Surxay xanın oğlunun yanında olurdu. Şirvanın və İranın digər vilayətlərinin başçıları Surxay xanla və onun oğlu ilə birlikdə ona özlərinə başçılıq etməyi təklif etmişdilər. O, min beş yüz nəfər əsgər ilə Surxay xandan icazəsiz onun oğlu ilə Şirvana gedir[4]. |
Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən orada müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanmasına nail olmaq üçün tutduğu əraziləri geri qaytardı. Nəticədə ordusunu üsyançıların üzərinə göndərmək imkanı qazandı. Elə həmin ilin 20 dekabrında Məhəmməd bəy və Sam mirzə Şirvandan qovuldular. Göstəriş verildi ki, Qəbələdə, Şəkidə, Dərbəndin və Şamaxının başqa yerlərində Sam mirzəni dəstəkləyənlərin hamısı arvad-uşağı ilə birlikdə öldürülsün, evləri və əmlakları yandırılsın[2][3]. Şirvanda çox adam öldürüldü[18][3], lakin cəza dəstəsinin Şəkiyə gəlib çıxıb-çıxmaması məlum deyil.
Nadir şahın Şəkiyə birinci yürüşü (10 – 12 dekabr, 1744)[redaktə | HTML redaktə]
Nadir şah 1744-cü ildə isə öz ölkəsindəki daha bir neçə üsyanı da amansızlıqla yatırdı. Lakin həmin ilin sonunda Şəkidə ona qarşı itaətsizlik hələ davam edirdi.
Vasili Bratişşevin məlumatı[redaktə | HTML redaktə]
9 oktyabr 1744-cü il tarixdə şah Qarsda idi və qışı keçirmək üçün oradan Bərdəyə yola düşdü. Lourens Lokkart Nadir şahın tarixçilərinin əsərlərinə istinad edərək şahın 6 dekabrda Bərdəyə çatdığını göstərir[19]. 3 gün sonra Nadir şah buradan Şəkiyə sürətli yürüş edir və ağır məğlubiyyətə uğrayaraq geri dönür, 12 dekabrda (Yuli təqvimi ilə 1 dekabrda) Bərdə yaxınlığındakı Alpaut qışlağına varid olur. Həmin vaxt Nadir şahın düşərgəsində olan Rusiya rezidenti Vasili Bratişşev 24 dekabrda (Yuli təqvimi ilə 13 dekabrda) oradan Həştərxan qubernatoru Vasili Tatişşevə göndərdiyi hesabatında şahın “üsyançı təbəələrini, hansı ki Şirvanda baş vermiş çaşqınlıqdan indiyə qədər İrana qarşı düşmənçilik və narahatçılıq nümayiş etdirirlər, onları itaətə gətirmək üçün” Şəkiyə yürüş etdiyini göstərir. Daha sonra bildirir ki, yürüş başlayarkən, Şəkinin bir neçə kəndxudası şah ordusunun yaxınlaşmasından qorxuya düşüb şahın düşərgəsinə üzrxahlığa gəldi və bundan sonra əvvəlki kimi şahın sadiq təbəələri olacaqlarına söz verib and içdilər. Xəyanətlərinə görə onlar xələtlər, 6 min rubl (rus puluna çevrilib) aldılar və öz mülklərinə buraxıldılar. “Onların ardınca şəkililərin ərzaq ehtiyatlarını əllərindən almaq üçün xüsusi (qarətçi?) dəstə göndərildi, lakin şəkililər yaşamaq uğrunda mübarizədə yerlərində möhkəm durdular və iranlıları geri çəkilməyə məcbur edərək onlar tərəfindən evlərinin dağıdilmasına imkan vermədilər”. Bunu görən Nadir “cinayətkarları qol gücü və silahla cəzalandırmaq” qərarına gəldi. O, on beş minlik ordu ilə meşələrdən və dağlardan keçərək kəndə[qeyd 2] üz tütdü, Bratişşev yazır ki, həmin kənddə heç 200-dən çox şəkili yaşamırdı “və şah hər vasitə ilə rəqiblərini məhv etməyə çalışırdı, amma üç gün ərzində onlara zərrə qədər də ziyan vura bilmədi, yalnız şərəfsiz sözlərlə söyüşlər söydü və qeyri-adi bağırtılar eşitdi”. Şəkililərin köməyinə ləzgilər gəlib çatdılar və Nadir geri çəkilməyi daha doğru yol hesab etdi. Şəkililər geri çəkilən şah ordusuna hücum etdilər. Ordunun arxasını qoruyan əfqan dəstəsi sürətli hücuma məruz qaldı; Nadirin döyüşçüləri, V.Bratişşevin qeyd etdiyi kimi, müqavimət haqqında düşünə bilmədilər və yalnız canlarını xilas etməli oldular. Güllələr Nadirin yanından uçurdu; şahın yanındakılardan bir neçə nəfər öldürüldü, “Əlahəzrət bundan çox qorxurdu”. Ciddi qadağalara baxmayaraq, ordu “harada bir yol gördüsə” həmin yoldan dağılışdı. Bu hadisə zamanı yaralıları nəzərə almasaq, şah 500 nəfər itirdi. Üstəlik, “qaçan döyüşçülər sürəti artırmaq üçün yüklərini yol boyu atdılar, yalnız canlarını qurtardılar; beləliklə, əlahəzrət, Şəki təbəələrinin yanından acı biabırçılıqla geri döndü”[20][21].
Tərki şamxalı Xaspoladın məlumatı[redaktə | HTML redaktə]
28 dekabr (Yuli təqvimi ilə 17 dekabr) 1744-cü il tarixdə Tərki şamxalı Xaspoladın Kizlyar komendantı Obolenskiyə göndərdiyi məktubunda da iranlıların Şəkidə ağır məğlubiyyətindən söhbət açılır:
Eşitdik ki, iranlılar Qarsdan qayıdıb Gəncəyə gəlib Kür çayını keçiblər... Şəki yaxınlığında mövcud xalqlara məğlub olub qovuldular və təbii ki, bu məlumat əsl həqiqətdir və Zati-alilərini xəbərdar etmək üçün dostluq xarakteri daşıyır[22]. |
Katamir Babatayevin məlumatı[redaktə | HTML redaktə]
7 yanvar 1745-ci il (Yuli təqvimi ilə 27 dekabr 1744-cü il) tarixdə Kizlyara qayıtmış Rusiya cəsusu Katamir Babatayev isə Nadir şahın Şəkiyə yürüşü ilə bağlı bunları demişdi:
İran şahı öz ordusu ilə Şamaxının o biri tərəfindəki Gəncə şəhəri ilə Araz çayı arasındakı Bərdə şəhərindən iki gün yol getdi. İran şahı öz qoşunlarını Şəki kəndini dağıtmağa göndərdi... həmin kəndin sakinləri İran ordusunun gəlişini bilib meşələr və dağlar arasında bir dərəyə yerləşdilər və sonra İran ordusunu darmadağın etdilər, çox adamlarını öldürdülər və üstəlik, Mirzəxanı (şahın mirzəsini?) da öldürdülər, başqa bir xanı da öldürdülər[22]. |
Katamir Babatayev Kizlyar komendantı Obolenski tərəfindən Nadir şahın son hərbi əməliyyatlarını izləmək üçün cənuba göndərilmişdi.
Nadir şahın Şəkiyə ikinci yürüşü (dekabrın ikinci yarısı 1744 – yanvarın birinci ongünlüyü 1745)[redaktə | HTML redaktə]
Mümkündür ki Nadir şah Bərdəyə qayıtdıqdan sonra bir ay ərzində Şəkiyə yeni bir yürüş etmişdir. Belə ki, “Car salnaməsi”ə görə Nadir şahın 1744-cü ilin sonunda Şəkiyə etdiyi yürüş bir aydan çox davam etmiş və Nadir şah Şəkidən Bərdəyə yox, Muğana getmişdir. Həqiqətən də Nadir şah 1745-ci ilin yanvar ayının 10-da Muğan hüdudları yaxınlığındakı Cavad adlı yerdə olub. Odur ki, “Car salnaməsi”ndə təsvir edilən aşağıdakı hadisənin 1744-cü ilin sonu ilə 1745-ci ilin əvvəllərində baş verdiyini ehtimal etmək olar:
[Nadir şah] Babaratmaya gəlir, burada yerləşir. Ordusunun bir hissəsini Şəki üzərinə göndərir. Şəkililər Şirvanla birlikdə Çələbi xan Nuxalının başçılığı ilə onun (Nadir şahın) tabeliyindən çıxmışdılar. Döyüşlər bir aydan çox davam edir. Təhməz (Nadir şah) ordusu ilə Göynüyə gəlir, lakin onun əlinə bir şey keçmir, sonra Nuxanın səngərinə hücum edir. Çox vuruşur, lakin onu ala bilmir. Ancaq Şəkini[qeyd 3] yandırır. Bəziləri öldürülür, bəziləri əsir alınır, bəziləri qarət olunur, lakin onlar ac olsalar da səngərlərində qalırlar. Bundan sonra Təhməz ordusu ilə Muğana gedir...[23]. |
Nadir şahın Şəkiyə üçüncü yürüşü (2 – 4 mart, 1745)[redaktə | HTML redaktə]
Nadir şah 1745-ci ilin yanvar ayının 10-da ordusunun bir hissəsini Cavad yaxınlığında Kür çayı üzərindəki körpüdən keçirib Dağıstana sürətli yürüşə başladı[24][25]. Qış vaxtı hücum dağıstanlılar üçün gözlənilməz oldu və onlar, Nadir şahın tarixçilərinin təbirincə, müqavimət göstərə bilmədilər və tabe olmağa məcbur oldular. Bundan sonra şah Dərbəndə getdi, Qurban bayramı günü – 14 yanvar 1745-ci il[qeyd 4] tarixdə, Dağıstanda qənimət götürülmüş çoxlu mal-qara və qoyun-keçi ilə geri döndü[26][27]. Fevralın 27-də Kür çayını keçib Ərəşdə düşərgə qurdu[22]. Martın 2-də yenidən Şəkiyə yürüş etdi[20].
2 mart (Yuli təqvimi ilə 19 fevral) 1745-ci il tarixdə Vasili Bratişşev Nadir şahın Şəkidəki düşərgəsindən öz ölkəsinə göndərdiyi məktubunda göstərirdi ki, Nadir şah havanın kəskin pisləşməsinə, qalın qar yağmasına, çovğuna və ərzaq çatışmamazlığına baxmayaraq, “üsyankar Şəki camaatının toplaşdığı sığnaqlara, yaxud dağlardakı möhkəm yerlərə gedir”. Ordunun ön dəstəsi meşəni təmizləmək üçün balta ilə hərəkət edir. “İran düşərgəsi elə bir yoxsulluq və yorğunluq vəziyyətinə düşüb ki, bunu təsvir etmək belə mümkün deyil”, yemək bahalaşdı “və onu axtarmaq və tapmaq üçün bir yer də yoxdur”.
Şəkililərin möhkəmləndiyi dağlardan yarım mil aralıda yerləşən düşərgədən şah vaxtaşırı olaraq onlara hücum etmək üçün qoşun göndərdi, “amma indi diqqətəlayiq bir şey əldə edə bilmirəm”. Şəkililərin əsas qalası “Gələsən və görəsən” (yəni “gələcəksən, görəcəksən!”) adını aldı.
Kiçik Şəkidən bir neçə nəfər kəndxuda itaətlərini bildirmək üçün Nadir şahın düşərgəsinə gəldi. Nadir onlara xələt verdi və tapşırdı ki, “Bütün şəkililərin başçısı Hacı Çələbini İran sarayına gəlməyə razı salsınlar”. Bununla belə, Hacı Çələbi kifayət qədər azuqə və digər ləvazimatlara malik olduğuna görə yerində möhkəm oturmuşdu və “könüllü olaraq şaha tabe olmağa meylli deyildi”[28].
Məhəmməd Kazım Nadir şahın məhərrəm ayının sonunda – 4 martda, Bərdəyə qayıtdığını və 20 gün Bərdənin qərb tərəflərində olduğunu yazır[29][27][qeyd 5].
Nadir şahın Şəkiyə dördüncü yürüşü (29 mart – iyunun əvvəlləri, 1745)[redaktə | HTML redaktə]
Nadir şah mart ayının 29-da ordusunu Ərəş tərəfdən Kürün sol sahilinə keçirib Şəkiyə dördüncü yürüşünə başladı və iyun ayınadək Şəki ərazisində qaldı.
Şahın 1745-ci ildə 2 – 3 ay Şəki yaylaqlarında olması və 1745-ci ilin yaz fəslinin sonunda Şəki ərazisini tərk etməsi haqqında Mirzə Mehdi xan Astrabadinin “Tarix-i Nadiri” əsərindəki məlumat, olduğu kimi Məhəmməd Kazımın “Name-yi aləm-ara-yi Nadiri” əsərində də təkrar edilir:
[Nadir] Kür çayının şimal tərəfində bol su və ot olduğunu görəndə sözgedən ayın[qeyd 6] iyirmi beşində (29 mart 1745) Kürdən keçərək Ərəş hüdudlarına daxil oldu... Şəki yaylaqları üç aya yaxın dünya fatehinin iqamətgahına çevrildi. Cauza ayının axırlarında (yaz fəslinin sonunda) hərəkət cilovunu Şəki hüdudlarından döndərib, yenidən Kür çayını keçdi[30],[29][27]. |
Lakin bu əsərlərdə iki-üç ay ərzində Şəkidə cərəyan etmiş hadisələr haqqında başqa heç nə deyilmir[qeyd 7], şahın Şəkiyə əvvəlki yürüşləri ilə bağlı isə bircə kəlmə belə işlədilmir, hansı ki digər mənbələrdə və arxiv materiallarında Şəkidə Nadir şaha qarşı müqavimət göstərilməsi və şahın uğursuzluğu haqqında yetərincə məlumata rast gəlmək mümkündür. Bu ona görə belədir ki, birinci əsər Nadir şahın sağlığında qələmə alındığına görə müəllif şahın uğursuzluqlarının üstündən sükutla keçməyə məcbur idi, əks-təqdirdə şahın qəzəbinə düçar ola bilərdi. İkinci əsər isə Nadir şahın ölümündən sonra tamamlansa da, onun əsas mənbələrindən biri, elə birinci əsər olmuşdur.
Y.Senyukovun məlumatı[redaktə | HTML redaktə]
1745-ci ilin mart ayında (Yuli təqvimi ilə mart-aprel) Həştərxandan Nadir şahın Şəkidəki düşərgəsinə – Rusiya rezidenti V.Bratişşevin yanına, yola düşən Rusiya səfiri Y.Senyukov 19 apreldə (Yuli təqvimi ilə 8 apreldə) Dərbənddən Rusiya xarici işlər nazirliyində çalışan həmkarına belə bir məlumat göndərib:
Şah isə indi Şəki yaxınlığında Kürün bu tərəfində dayanıb və tezliklə oradakı meşəni qırıb piyadalardan hər cür istifadə edərək Şəki camaatını silahla məhv etmək niyyətindədir...[31]. |
Vasili Bratişşevin məlumatı[redaktə | HTML redaktə]
24 apreldə (Yuli təqvimi ilə 13 apreldə) Rusiya rezidenti Vasili Bratişşev Nadir şahın Şəkidəki düşərgəsindən Kizlyar komendantı knyaz Obolenskiyə aşağıdakı məxfi məlumatı göndərib:
Zati-aliləri, son bir neçə gün ərzində burada baş verənləri nəzərinizə çatdırım ki, şah düz üç gündür ki ona müqavimət göstərməkdə davam edən üsyançıları ram etmək üçün Şəki sığnağına yaxınlaşıb, piyadalardan istifadə edərək sığnağa güclü hücum edib. Yalnız çətin dağlıq yerlərin arxasında və rəqiblərin sərt müqaviməti nəticəsində qırxa qədər adamın öldürülməsi, yaxud əsir götürülməsi istisna olmaqla, uğur qazana bilmədi. Əksinə, iranlılara dəyən ziyan xeyli çox idi, yüzdən çox adam öldürüldü və bir neçə adam isə yaralandı[32]. Bu səbəbdən də əlahəzrət onları – şəkililəri, itaətə gətirmək üçün başqa yollar seçdi və evlərinin yaxınlığında yerləşən bağların, taxıl sahələrinin tamamilə məhv edilməsini, ağacların kəsilməsini əmr etdi ki, bu da faktiki olaraq həyata keçirilir. Şəki camaatı isə bağlarının, taxıl sahələrinin viran qalmasına baxmayaraq, öz başçıları Hacı Çələbinin rəhbərliyi altında əzmlə möhkəm dayanır və həqiqətən də şaha tabe olmaq istəmir[33]. |
Hacı Çələbi özü də şahdan “iltifat məktubları” alırdı, hansı ki, həmin məktublarda onu “inandırmaq üçün çoxlu vədlər vardı”. Lakin nə vədlər, nə də hədələr kömək etmədi: “bu üsulların hər ikisi səmərəsiz olaraq qalır”, – Vasili Bratişşev yazır[33].
Yusup Qayuçevin məlumatı[redaktə | HTML redaktə]
6 may (Yuli təqvimi ilə 25 aprel) 1745-ci il tarixdə Nadir şahın Şəkidəki düşərgəsindəki rezidentin yanından Kizlyar komendantı knyaz Obolenskinin yanına yola düşən tərcüməçi Yusup Qayuçev isə məxfi dəftərxanaya bunları bildirir:
İran şahı öz ordusu ilə Şəkidən on beş verst aralıda olan Belyazin adlı yerə getdi və oradan Yar adlı yerə üz tutacaq və şahdan indi heç bir qorxu yoxdur, o, daha uzaqdadır və onun yanında olan ordu cəmi otuz minlikdən ibarətdir[34]. |
Yusup Qasımovun məlumatı[redaktə | HTML redaktə]
20 may (Yuli təqvimi ilə 9 may) 1745-ci il tarixdə tərcüməçi Yusup Qayuçevin adaşı tacir Yusup Qasımov, hansı ki Rusiya səfiri Y.Senyukovun başçılıq etdiyi diplomatik heyətinin tərkibində Şəkidə Nadir şahın düşərgəsində olmuşdur, bunları yazır:
Bizim qaldığımız müddətdə[qeyd 8] İran şahı düşərgəsini bir yerdən başqa yerə, yaxınlıqdakı təzə yerə köçürdü. İki dəfə diqqət yetirdim ki, onun düşərgəsində bütün adamların sayı yüz min nəfər ola bilər, ancaq döyüşçülərin sayı heç otuz beş mini keçə bilməzdi[qeyd 9]. Üstəlik, mən soruşdum ki, iranlılar niyə Xəzər dənizinin yanında və Türkiyə sərhədinin yaxınlığında olan əyalətləri belə xarabalığa çevirirlər, bu ərazilərə niyə bu qədər ziyanlıqlar vururlar? Bu sualımın cavabında mənə dedilər ki, “İran şahı Xorasana böyük bolluq və sərvət gətirib. Bu vilayətlər və əyalətlər isə vaxtı ilə ruslardan və türklərdən müharibə ilə alındığına görə şah bu vilayət və əyalətlərdə elə pis vəziyyət yaratmaq istəyir ki, bir qazanda on ev yemək bişirsin. İndinin özündə də şahın fərmanı ilə Həmədana gedən adamlara o vilayətdən üç yüz iyirmi min tümən yığmaq əmr edilib, əgər çatmazsa, əvəzində xalça, palaz, qab-qacaq götürməlidirlər. Qiymətə görə əgər bu kifayət etməzsə, o zaman adamları girov götürüb başqa adamlara satmaq istəyirik. Şah Ərdəbil vilayətindən altı yüz min, Şamaxıdan üç yüz altmış min tümən toplanılmasını əmr edib. Onun ordusunda kiçikdən böyüyədək hamı ağlayır, deyirlər ki, biz burada xidmət etməyə məcburuq və pul üçün arvad-uşağımızı [acından] öldürürük”[35]. |
General-leytenant Dmitri Yeropkinin cəsusları[redaktə | HTML redaktə]
Kizlyar ölkəsindəki rus qoşunlarının komandanı general-leytenant Dmitri Yeropkin Nadir şah ordusunun yerdəyişmələri və gücü haqqında daha ətraflı məlumata malik olmaq üçün Dərbəndə və başqa yerlərə tacirlər, yaxud hansısa məxfi şəxslər göndərirdi. Onlar Kizlyara geri dönən kimi əldə etdikləri məlumatları Dmitri Yeropkinə çatdırırdılar. Həmin adamlardan biri olan Terek zadəganı Vasili Çerkasov ona aşağıdakıları bildirmişdi:
Vasili Çerkasovun məlumatları[redaktə | HTML redaktə]
Mən Dərbənddə olarkən[qeyd 10] öz Rusiya tacirimiz Qreçenindən eşitdim ki, İran şahı indi öz ordusu ilə Şəki yaxınlığındakı düşərgədə dayanaraq ona qarşı çıxan şəkililərə nəzarət etməkdədir və onun qoşunları üç kəndi böyük tələfatla ələ keçirə bilib. Sonra o, bir xan və iki sultanı və onlarla birlikdə bir neçə qoşunu Böyük Şəkiyə göndərib və o kəndə hücum etməyi əmr edib, hansı ki həmin kəndin meşələr ilə böyük dağlar arasında bir yolu vardı və başqa yolu yox idi. Əmrə uyğun olaraq şahın göndərdiyi ordu yuxarıda adı çəkilən Böyük Şəki kəndinə hücuma keçib. Və bu şəkililər meşələrin içindən, dağların arasından çıxaraq onları qırıblar, üstəlik, bir xanı və bir sultanı da öldürüblər, amma adlarının nə olduğunu bilmir. Şahın özü isə həmin vaxt dağda dayanıb baxırmış və ordusunun böyük tələfata uğradığını görən kimi geri çəkilməyi əmr edib. Sonra bütün vəzirlərini və sərkərdələrini eyni vaxtda yanına çağıraraq hamısını danlayıb, deyib ki siz mənə sədaqətlə xidmət etmirsiniz və belə bir kiçik kəndi də tuta bilmirsiniz, düşünməyin ki, mən buradan gedəcəyəm, əksinə, hamınızı burada qırdıracağam, amma [Böyük Şəkini] tutmadan buradan geri dönməyəcəyəm. Daha sonra əlavə edib ki, özünüz də görürsünüz ki, bir tərəfimizdə türklər, bir tərəfimizdə rus ordusu var. Və buranın kimin idarəsinə keçəcəyini bilmirəm, amma mən artıq hamınızı atıb İsfahana getməyə məcburam[36]. |
Vasili Çerkasov daha sonra Dərbənddə Nadir şahın Şəkidən göndərdiyi çapardan öyrəndiyi aşağıdakı məlumatları general-leytenant Dmitri Yeropkinin nəzərinə çatdırıb:
Şahdan İran düşərgəsinə[qeyd 11], Fətəli xanın yanına gələn çapar mənim olduğum katib çadırına girdi. Şah haqqında söhbət etdik. O, mənə şahın Şəki camaatını məhv etdiyini bildirdi. Dedi ki yalnız bircə kənd qalıb və şah bir xanı ordu ilə birlikdə həmin kəndi tutmaq üçün saxlayıb və özü isə mən yola düşən günün ertəsi[qeyd 12] ordusu ilə Qazıqumuxa – usmi mülkünə, getmək niyyətində idi[37]. |
Anonim şəxsin məlumatları[redaktə | HTML redaktə]
9 iyun (Yuli təqvimi ilə 28 may) 1745-ci il tarixdə Kizlyara gəlib çıxan digər şəxs, hansı ki o, Nadir şahın düşərgəsində olmuşdur, bildirmişdir ki,
İran şahı Şəkidən geri çəkildi və düşərgəsini Qazıqumux yolu üzərində qurdu. Bu yerdə nə qədər dayanacağı və buradan hara gedəcəyi hələ bilinmir[38]. |
Fyodr Matveyevin məlumatları[redaktə | HTML redaktə]
16 iyun (Yuli təqvimi ilə 5 iyun) 1745-ci il tarixdə Kizlyara gələn Həştərxan quberniyasının tərcüməçisi Fyodr Matveyev general-leytenant Dmitri Yeropkinə bildirdi ki,
Biz şahın düşərgəsində olarkən, Kizlyar sakini tacir Yusup Qasımovun yola düşməsindən 3 gün sonra – yəni mayın 12-də (Qriqori təqvimi ilə 23 may), İran şahı cəmi üç günlük azuqə götürərək on beş minlik yüngül ordu ilə Surxayın ixtiyarında olan dağlara üz tutdu, amma həmin yerin hara olduğunu bilmirəm. Sadəcə o, həmin yerdə heç kimi tapmadı və hər şeyi yandırdı, taxılları əzdi, bağları doğradı və on nəfərə yaxın dağ sakinini əsir götürdü, digər sakinlər isə dağlarda qalxmışdılar və şah onlara yuxarıda təsvir ediləndən artıq heç nə edə bilmədi. Bir gün sonra o, düşərgəyə qayıtdı və əsir götürülmüş on nəfərdən adəti üzrə bəzisinin gözlərini çıxartdırdı, bəzisini isə öldürtdürdü[39]. |
Aşur Ağayevin məlumatları[redaktə | HTML redaktə]
17 iyun (Yuli təqvimi ilə 6 iyun) 1745-ci il tarixdə isə uzden[qeyd 13] Aşur Ağayev general-leytenant Dmitri Yeropkinə bunları deyib:
İran şahı on beş gün əvvəl Şəkini almadan bütün qoşunları ilə Kür çayını keçərək Gəncə yaxınlığındakı Şatqor (Şamxor?) adlı yerə üz tutdu. Və orada dayandı və bundan on gün əvvəl ona (Şamxal Eldara) və digər Dağıstan rəhbərlərinə fərmanlar göndərib onları qeyd olunan ərazidəki düşərgəsinə ziyafətə dəvət etmişdi[40]. |
Rusiyada narahatçılığın aradan qalxması[redaktə | HTML redaktə]
Nadir şahın Şəkiyə yürüşləri Rusiya İmperiyasında da narahatlıq yaratmışdı və diqqətlə izlənilirdi. Rusiyada ehtiyat edirdilər ki, şah Şəkidən Dağıstana keçə və Rusiya ərazisinə hücum edə bilər. Pyotr Butkov yazır ki,
O zaman Kizlyar ölkəsində general-leytenant Dmitri Yeropkin rəhbər idi. O, şahdan son dərəcə ehtiyat edirdi. Kizlyarı gücləndirmək üçün 1745-ci ilin fevralında (Qriqori təqvimi ilə fevral/mart) ora iki piyada və bir draqun (əjdaha) rotası göndərildi. Sonra isə buraya Həştərxan səhra draqon korpusunun daha 6 polkunun göndərilməsi də nəzərdə tutulmuşdu. Lakin 1745-ci ilin avqustunda (Qriqori təqvimi ilə avqust-sentyabr) xəbər gəldi ki, şah bütün qoşunları ilə Şəkidən son yürüşündən qayıtdı, buna görə də bu polklar Sarisın[qeyd 14] yaxınlığında dayandırıldı. Bu yürüşdə Nadir az qala bütün ordusu ilə birlikdə Kür çayını keçməmişdən əvvəl öləcəkdi[41]. |
Bağdad canişini Əhməd xanın Osmanlı vəzirinə məktubu[redaktə | HTML redaktə]
Nadir şahın Şəkiyə yürüşü Rusiya İmperiyası ilə yanaşı, Osmanlı dövlətində də izlənilirdi. Məsələn, hicri 1158-ci ildə (03.01.1745–23.01.1746) Osmanlı dövlətinin Bağdadakı canişini Əhməd xanın möhürü ilə Osmanlı vəzirinə göndərilmiş məktubda göstərilirdi ki, Nadir şahın Şirvan əyalətinə hücumu zamanı Hacı Çələbi adlı bir nəfərin həmin ərazidəki kəndlərin kəndxudaları ilə birləşərək iki dəfə Nadir şahın qoşununu məğlub etmiş, üçüncü dəfə Nadir şah Hacı Çələbinin üzərinə iki xanın başçılığı altında 10 mindən çox əsgər göndərsə də Hacı Çələbi onları da məğlub etmişdir[42][43]. Əhməd xanın məktubundan o da məlum olur ki, Hacı Çələbinin yardım üçün Osmanlı dövlətinə məktubla müraciət etmiş və həmin məktub Bağdaddan Əhməd xanın özü tərəfindən Osmanlı sarayına göndərilmişdir:
Bu gün harada olduğu bilinməyən Nadir şahın təkrar edəcəyi bir hücum müqabilində bu tərəflərdə olan bütün əsgərlərini götürüb islam əsgərinə qoşmaq niyyətində olan Hacı Çələbinin məktubunu Sizə göndərmişik[42][43][44][45]. |
Hacı Çələbi xanın Osmanlı dövlətinə məktubu[redaktə | HTML redaktə]
Hacı Çələbi xanın hicri 1168-ci ildə (18.10.1754–07.10.1754) Osmanlı dövlətinə göndərdiyi məktubunda 1743 – 1746-cı il hadisələrinə bir daha nəzər yetirilir və göstərilir ki,
Nadir şah saysız-hesabsız əsgərləri ilə Şirvan və Dağıstan mahalını işğal etməklə böyük dağıntılar törətmişdir. Buraya da ardı-arası kəsilməyən yürüşlər etmiş, doqquz ay mühasirədə saxlamışdı. Lakin Allah bizə kömək oldu... Nadir şahın ölümündən sonra İranın müxtəlif yerlərində xanlıqlar müstəqil fəaliyyət göstərməyə başladı... Osmanlı dövləti hələ qədimdən bəri, ehtiyac olduqda, Dağıstan, Şirvan və onun ətrafındakı xanlara hər zaman kömək etmişdir[42][43][44][45]. |
Sığnaq və “Gələsən, görəsən” haqqında[redaktə | HTML redaktə]
Kiş kəndindən bir neçə km şimalda, Kiş çayının mənbəyinə yaxın tərəflərdə sığnaq yerləri hələ də durur və həmin sığnaqların bəzilərində 18-ci əsrə aid mədəni təbəqələr var. Həmçinin, Qurcana çayının mənbəyinə yaxın ərazidə də köhnə yaşayış yerlərinin izləri durur. Lakin Nadir şahın 4 dəfə hücum etdiyi, 9 ay mühasirədə saxladığı sığnağın yeri hal-hazırda qeyri-məlumdur.
Rusiya rezidenti Vasili Bratişşev 2 mart 1745-ci il tarixdə Nadir şahın Şəkidəki düşərgəsindən öz ölkəsinə göndərdiyi məktubunda şahın “üsyankar Şəki camaatının toplaşdığı sığnaqlara, yaxud dağlardakı möhkəm yerlərə” getdiyini, şəkililərin əsas qalasının “Gələsən və görəsən” adını aldığını göstərir[28].
19-cu əsr Şəki tarixçiləri də ənənəvi olaraq “Gələsən, görəsən”nin adını çəkirlər. Lakin indiki “Gələsən, görəsən” qalası deyilən Orta əsr istehkamının daxilində və ətrafında 2023-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədovun başçılığı altında ərazidə aparılmış arxeoloji qazıntılar zamanı orada XVI əsrdən sonrakı dövrlərə aid heç bir mədəni təbəqə aşkar edilməmişdir. Buna görə də bu qənaətə gəlinmişdir ki, qala 1551-ci ildə Şah Təhmasib tərəfindən dağıdıldıqdan sonra bir daha bərpa edilməmiş və yenidən istifadə olunmamışdır. Mümkündür ki, 19-cu əsr Şəki tarixçiləri “Gələsən, görəsən” deyərkən, konkret olaraq bu qalanı nəzərdə tutmurdular, əslində bu qaladan şimalda yerləşən sığnaqlar kompleksini nəzərdə tuturdular. Həqiqətən də, Hacı Seyid Əbdülhəmid öz əsərində bir yerdə “Gələsən, görəsən”i vadi adı kimi[46], digər yerdə isə dağ adı kimi[47] təqdim edir. Kərim ağa Şəkixanov da, Hacı Seyid Əbdülhəmid də “Gələsən, görəsən” adının yanında “qala” sözünü yalnız mənbəyi “Tarix-i aləm-arai Abbasi” olan hekayətdə işlədirlər, başqa heç yerdə yanaşı işlətmirlər, sanki bunu qala adı kimi yox sığnaqlar kompleksinin adı kimi təqdim edirlər.
Kərim ağa Şəkixanova görə,
[Nuxalılar] təmanən cəm olub, tarixi islamiyyə min yüz əlli altıda olanda (25.02.1743–14.02.1744) Hacı Çələbini özlərinə hakim edib, “Gələsən, görəsən”ə gedib, sığnaq elərlər[qeyd 15]. Bu əhvalatı padşaha ərz elərlər. Şah, qoşun göndərib, gəlib Daşbulaq kəndinin yanında Kotandüzü deyərlər, orada ordunu qoyub, bir para zübdə (seçmə) qoşun götürüb, “Gələsən, görəsən” tərəfinə gedər. Çox dava elərlər. Hər iki tərəfdən çox adam ölər. Hətta şahın qabağında pişxidmətin vurarlar. Şahın üməraları ərz elərlər ki, sənə fəda olaq bir para ac, bimənfəət adamlardan ötrü qoşunu nə hacət qırdırırsan? Sonra şah qəbul edib, qayıdıb ordusunda bir para vaxt dəgləşib (əyləşib) sonra gedib, o bir ildə genə gəldi. Xülaseyi-kəlam üç il Hacı Çələbi Şəki əhli ilə “Gələsən, görəsən”də oturub, çox aclıq və tənglik çəkibdirlər. Sonra şah çıxıb gedib. Bunlar da Noxuya düşübdürlər[1]. |
Hacı Seyid Əbdülhəmidə görə,
İran şahı Nadir şah Çələbi xanın o hərəkətlərin və əməllərin eşidib, qoşun götürüb, Hacı Çələbi xana tənbeh əzmiylə Şəki vilayətinə gəlibdir. Hacı Çələbi xan da Noxunun adamların götürüb “Gələsən, görəsən”ə gedibdir. Nadir şah da “Gələsən, görəsən” dağının damənində Gavan[qeyd 16] [adı] ilə mövsüm yerdə nüzul edibdir. Hacı Çələbi xanın adamları gecələr gəlib, miyani-meşələrdən tüfəng atıb, şahın ordusuna xəsarət veribdirlər. Nadir şah oradan intiqal edib, Noxunu yandırıb, bir sahəti-vəsiədə mütəməkkin olub (geniş bir sahədə yerləşib) bir neçə kərrə “Gələsən, görəsən”ə qoşun göndərib, qalib ola bilməyib, müraciət edib, İran tərəfinə gedib, Muğan [adı] ilə məşhur yerdə nazil olub, sakin olubdur[47]. |
Üsyanın başa çatması[redaktə | HTML redaktə]
Nadir şah 1745-ci ilin aprel ayının əvvəlindən iyun ayının əvvəllərinədək üç ay Şəkidə oldu, lakin üsyançıların yerləşdiyi sığnağı tuta bilmədi. Bəzi məlumatlara əsasən ehtimal etmək olar ki, Nadir şah iyun ayında Şəkidən getsə də, sığnaq yaxınlığında kiçik qüvvə saxlayaraq[qeyd 17] onun blokadasını 9 ay – 1746-cı ilin əvvəlinədək davam etmişdir. 1746-cı ilin əvvəllərində Hacı Çələbi Nadir şahın sülh təklifini qəbul etdi. “Car salnaməsi”nə görə,
(1746-cı ilin əvvəllərində) Şamaxı xanı Hacı Çələbiyə sülh və barışıq təklif edir. O, bunu qəbul edir. Sonra nə olacağından qorxaraq 1159-cu ilin (24.01.1746–13.01.1747) qışında oğlunu Təhməzin yanına göndərir. Oğlu qayıdarkən, Nadir şah onunla Şəkinin vəkili olan atasına qırx tümən göndərir[23]. |
Nadir şahın 3 mart 1746-cı il tarixli fərmanında isə Şəkinin əvvəlki məliyi Məlik Nəcəfqulunun qardaşı oğlu Cəfərin Şəkiyə məlik təyin edilməsi ilə yanası həm də onun nəzərinə çatdırılır ki,
Məlik Cəfər şahənşah mehribanlığı ilə başıuca olaraq bilsin ki, Hacı Çələbi və Şəki camaatı keçmişdə onlardan baş vermiş təqsir və üzüqaralıq üzündən üzr istəyib yalvarmaq üçün bu bəraət nişanlı astanaya gəlmiş, etdiklərindən sərməndə və peşman olmuşlar. Buna əsasən onların təqsirlərindən keçdik və göz yumduq”[48]. |
Nadir şahın 1746-cı ilin sentyabr/oktyabr ayı tarixli fərmanından isə görünür ki, Şəki vilayəti əhalisinin nümayəndələri kollektiv ərizə ilə ona müraciət edərək Məlik Cəfərin bacarıqsızlığından şikayətlənmiş və həmin vəzifəyə Hacı Çələbinin böyük oğlu Həsəni təyin etməsini istəmişdilər. Lakin Nadir şah bu fərmanı ilə onların xahişlərini rədd etmiş və Məlik Cəfəri vəzifəsində saxlamışdır[48]. Bu hadisədən sonra – 13 yanvar 1747-ci il tarixədək, Hacı Çələbi Şəki camaatı tərəfindən xan seçildi{{Sfn|Azərbaycan tarixi arxiv sənədlərində|2012|ss=27, 381-380}. Daha sonra isə o, nəinki Şəkidə Nadir şaha qarşı əvvəl başlatdığı üsyanı davam etdirdi, hətta Nadir şahın öldürülməsinədək – 1747-ci ilin ortalarınadək, Gəncədə oturub[23] bütün Şimali Azərbaycan xalqının Nadir şaha qarşı üsyana başçılıq etdi və Nadir şaha qarşı Şimali Azərbaycan ərazilərinin konfederativ dövlətini yaratdı.
Qeydlər[redaktə | HTML redaktə]
- ↑ İngiliscədə və ruscada tarix 8 dekabr olaraq göstərilsə də (Lockhart L. (015), 1938, p. 236)(Локкарт Л., 2004, с. 282), azərbaycan dilinə tərcümədə 3 dekabr gedib, üstəlik, sonuncuda orijinaldakı “axşam saatları” ifadəsi də yoxdur (Lokkart L., 2013, s. 393).
- ↑ “Kənd” sözü sənədin özündə «острог» şəklidədir. Marianna Arunova və Klara Aşrafyan bu sözü “kənd” (rusca: село) kimi veriblər. Fuad Əliyev təklif edir ki, rusca “ostroq”u kənd kimi yox, qala kimi, yaxud daha konkret olaraq “Gələsən, görəsən” qalası kimi başa düşmək lazımdır (Алиев Ф.М., 1975, с. 200). Lakin rusca “ostroq” möhkəmləndirilmiş yaşayış yeri deməkdir, bu müvəqqəti də ola bilər, daimi də və bu sözün azərbaycan dilinə daha dəqiq tərcüməsi “sığnağ”a uyğun gəlir. Mətnin məzmunundan isə anlaşılır ki söhbət möhkəmləndirilmiş yaşayış yerindən gedir, qaladan yox, hansı ki Nadir şah daha əvvəl həmin yaşayış yerinə qarətçi dəstə göndərmişdi.
- ↑ Şəki – “Car salnəməsi”ndə “Şəki” sözü əsasən ölkə, vilayət adı mənasında işlədilir və burada isə çox güman ki, Nuxa nəzərdə tutulmuşdur. Belə ki bəhs edilən dövr mənbələrində və daha sonrakı dövrün mənbələrində Nuxanın Şəki adlandırılması hallarına tez-tez rast gəlmək mümkündür. “Car salnaməsi”ndə Nadir şahın Şəkini yandırması göstərilirsə (Molla Məhəmməd əl-Cari (2), 1997, s. 45), Hacı Seyid Əbdülhəmid isə eyni hadisədən bəhs edərkən Nadir şahın Nuxanı yandırdığını qeyd edir (Hacı Seyid Əbdülhəmid, 1958, s. 27). Bu isə onu göstərir ki həmin dövrdə Nuxanın digər adı Şəki olmuşdur. Lakin ənənəvi olaraq hesab edilir ki, Şəki şəhəri 1772-ci ilədək Nuxadan ayrı yerdə mövcud olmuş, göstərilən ildə Kiş çayının daşması nəticəsində tamamilə dağılmış, sağ qalmış əhalisi isə Nuxa kəndinə köçmüşdür. Amma bu iddianı əsaslandırmaq üçün istinad edilən 1846-cı ilin “Kavkaz” qəzetində ümumiyyətlə Şəki şəhərinin adı yoxdur, yalnız 1772-ci ildə Nuxanın bir hissəsinin sel altında qalmasından söhbət gedir (Кавказ, 1846, с. 95). Əski Şəki şəhəri haqqında məlumat verən mənbələrdə isə onun Kiş çayından xeyli uzaqda olduğu göstərilir (Əhməd Zəki Vəlidi, 2009, s. 95).
- ↑ İngiliscədə 1745-ci il göstərilsə də (Lockhart L. (03), 1938, p. 249), ruscada və azərbaycancada 1743-cü il gedib (Локкарт Л. (02), 2004, с. 297)(Lokkart L. (02), 2013, s. 414).
- ↑ Mənbədə hicri 1158-ci il əvəzinə, səhvən 1157-ci il yazılıb (Мухаммад-Казим, 1966, с. 136b)(Козлова А.Н. (12), 2011, с. 106). Mətnin məzmununa əsasən, şahın Bərdəyə 9 martda qayıtdığını da ehtimal etmək olar. Çünki müəllif yazır ki, Nadir şah Bərdəyə gələndən sonra 20 gün ərzində Bərdənin qərb tərəflərində olmuş, 20 gündən sonra – 29 martda, Kür çayını keçərək Şəkiyə üz tutmuşdur (Мухаммад-Казим, 1966, с. 136b)(Козлова А.Н. (12), 2011, с. 106).
- ↑ Səfər ayından söhbət gedir, amma mənbədə səfər ayının adı çəkilmir və əvvəlki cümlə belədir:
1157-ci il-cü il məhərrəm ayının sonunda o, hökumət kürsüsünə daxil oldu və [bu bölgənin] qərb bölgələrində iyirmi gün qaldı (Мухаммад-Казим, 1966, с. 137a)(Козлова А.Н. (12), 2011, с. 106).
Aydındır ki, məhərrəm ayının sonundan 20 gün keçibsə, deməli söhbət səfər ayından getməlidir. Bununla yanaşı, mənbədə hicri 1158-ci il əvəzinə, səhvən 1157-ci il yazılıb. Bu isə bəzi müəllifləri çaşdırmış və nəticədə onlar hesab etmişlər ki, Nadir şah 1744-cü ilin əvvəlində Şəkiyə yürüş etmişdir. Maraqlıdır ki, Vadim Leviatov 1948-ci ildə çap etdirdiyi məqaləsində Nadir şahın 1745-ci ilin aprel ayının əvvəlindən həmin ilin iyun ayının əvvəllərinədək Şəkidə olması barədə arxiv materiallarından özü çoxsaylı iqtibaslar gətirdiyi halda (Левиатов В.Н., 1948, сс. 95-105), 1948-ci ildə çap olunmuş kitabında isə Nadir şahın 1745-ci ilin yox, 1744-cü ilin yazından payızınadək “Gələsən, görəsən”i mühasirədə saxladığını göstərmişdir?! (Левиатов В.Н. (Попытки ликвидации результатов перевороиа в Шеки (четвертый поход Надир-шаха)), 1948, сс. 118–119 (PDF: 93)). Belə başa düşmək olar ki, müəllif arxiv sənədləri ilə yalnız kitab çap ediləndən sonra tanış ola bilmişdir.
- ↑ Lourens Lokkart özünün “Nadir şah” monoqrafiyasının 249-cu səhifəsinin haşiyəsindəki qeyddə Mirzə Mehdi xan Astrabadinin “Tarix-i Nadiri” əsərindən belə bir iqtibas gətirir: “Ötən illərdə Şəkinin narazı əhalisi Hacı Çələbi ibn Qurbanın başçılığı altında bu vilayətdə İran qoşunlarını qarşı çıxdı və “Gələsən, görəsən” qalası şah qoşununun mühasirəsinə uğurla dözdü” (Lockhart L. (03), 1938, p. 249). Biz “Tarix-i Nadiri” əsərininin həmin nəşri ilə (1849-cu il, Bombey, səh. 253) tanış ola bilmədik. Amma güman edirik ki, iqtibas əsərin mətnindən yox, redaktor qeydindən gətirilə bilər. Yaxud, Lourens Lokkart iqtibas gətirdiyi mənbənin adını düz göstərmir, çox güman ki, o, Mirzə Mehdi xan Astrabadidən yox, Abbasqulu ağa Bakıxanovdan iqtibas gətirir (Bakıxanov A. (4), 2000 (1951), s. 151 (PDF: 63)). Mirzə Mehdi xan Astrabadinin əsərindəki Şəki ilə bağlı məlumatları diqqətlə öyrənən Vadim Leviatov da göstərir ki, həmin əsərdə Nadir şahın “Gələsən, görəsən” qalasını mühasirə etməsi haqqında heç bir məlumat yoxdur. Yalnız 3 ay Şəki yaylaqlarında olması haqqında məlumat var (Левиатов В.Н. (01), 1948, с. 97).
- ↑ Yusif Qasımov Rusiya səfiri Y.Senyukovun başçılıq etdiyi diplomatik heyətinin tərkibində Nadir şahın Şəkidəki düşərgəsində 1745-ci ilin may ayında (20 mayadək) olub.
- ↑ 1744-cü ilin mart ayında Nadir şahın Həmədan yaxınlığındakı düşərgəsində olmuş Conas Hanvey də onun olduğu düşərgədə cəmi 30.000 seçmə döyüşçünün olduğunu, döyüşçülərin nökərləri və düşərgəyə xidmət edən personalla birlikdə isə ümumi sayın üç dəfə çox olduğunu qeyd edir (Lockhart L. (02), 1938, p. 247).
- ↑ Vasili Çerkasov 1 iyun (Yuli təqvimi ilə 21 may) 1745-ci il tarixdə Dərbənddə olub.
- ↑ Dərbənd yaxınlığındakı İran-Xarab nəzərdə tutulur.
- ↑ Vadim Leviatovun məqaləsində göstərilir ki, bu, mayın 31-dən (Yuli təqvimi ilə mayın 20-dən) sonraya təsadüf etməlidir (Левиатов В.Н. (05), 1948, с. 102).
- ↑ Uzden – Şimali Qafqazda feodal sinfi. Qumuq sözüdür, “özü-özünün ağası”, “azad adam” mənasındadır.
- ↑ Sarisın (Царицын) – 1925-ci ilədək indiki Volqoqradın (Rusiya Federasiyası) adı.
- ↑ Kərim ağa Şəkixanov əsərinin digər yerində belə yazır:
Səlim xan da şaha qulluq eləmiyib, qızılbaş qoşunundan ehtiyat edib, şəhəri köçürüb, “Gələsən, görəsən”ə aparıb, orada sığnaq elədi (Kərim ağa Fateh (2), 1958, s. 20).
Amma indiki “Gələsən, görəsən” qalası deyilən Orta əsr istehkamına şəhəri yerləşdirmək mümkün deyil, ora heç 100 nəfər belə yerləşməzdi. Çox güman ki, müəllif bu qalanı yox, “Gələsən, görəsən” adı ilə tanınan ərazidəki sığnaqlar kompleksini nəzərdə tutmuşdur.
- ↑ Gavan – Hal-hazırda Kiş kəndinin (Şəki rayonu) ən şimal tərəfindəki məhəllə belə adlanır.
- ↑ Hacı Çələbi xan öz məktubunda 9 ay Nadir şahın mühasirəsində qaldığını qeyd edir (Azərbaycan tarixi arxiv sənədlərində, I cild, 2010, ss. 26, 27)(Azərbaycan tarixi arxiv sənədlərində, I cild (02), 2010, ss. 478-475)(Tahirova G., 2010, s. 65)(Tahirova G., 2013,). 7 cildlik Azərbaycan tarixində Nadir şahın 3 min nəfərlik qüvvə saxladığı göstərilir (Azərbaycan tarixi, III c. (2), 2007, s. 421). Bu, “Şəki ən qədim zamanlardan günümüzədək” kitabında da təkrar edilir (Şəki ən qədim zamanlardan günümüzədək, 2020, s. 172). Fuad Əliyev də Nadir şahın “Gələsən, görəsən” qalasının yaxınlığında qarnizon saxladığını yazır, amma mənbə göstərmir (Алиев Ф.М., 1975, с. 210).
İstinadlar[redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 Kərim ağa Fateh, 1958, s. 17.
- ↑ 2,0 2,1 Мухаммад-Казим, 1966, с. 131b.
- ↑ 3,0 3,1 3,2 Козлова А.Н. (11), 2011, с. 99.
- ↑ 4,0 4,1 Molla Məhəmməd əl-Cari (1), 1997, s. 42.
- ↑ Левиатов В.Н. (Очерки из истории Азербайджана в XVIII веке 1), 1948, с. 116.
- ↑ Левиатов В.Н. (Оборона крепости Гелесен-Гересен против Надир шаха), 1948, сс. 95-105.
- ↑ Алиев Ф.М. (0), 1975, с. 196.
- ↑ Арунова М.Р. (1), 1958, сс. 213-215.
- ↑ Всемирная история, 1999, с. 142-143.
- ↑ Алиев Ф.М. (1), 1975, с. 196-212.
- ↑ Lockhart L. (01), 1938, p. 228.
- ↑ Lockhart L. (012), 1938, p. 229.
- ↑ Lockhart L. (014), 1938, p. 235.
- ↑ Lockhart L. (015), 1938, p. 236.
- ↑ Lockhart L. (013), 1938, p. 231.
- ↑ (Очерки из истории Азербайджана в XVIII веке 3), 1948, с. 114 (PDF: 89).
- ↑ Lockhart L. (017), 1938, p. 239.
- ↑ Мухаммад-Казим, 1966, сс. 131a-131b.
- ↑ Lockhart L. (003), 1938, p. 248.
- ↑ 20,0 20,1 Арунова М.Р. (2), 1958, сс. 213-214.
- ↑ Всемирная история, 1999, сс. 142–143.
- ↑ 22,0 22,1 22,2 Алиев Ф.М., 1975, с. 202.
- ↑ 23,0 23,1 23,2 Molla Məhəmməd əl-Cari (2), 1997, s. 45.
- ↑ Мухаммад-Казим, 1966, с. 136a.
- ↑ Козлова А.Н. (11b), 2011, с. 105.
- ↑ Мухаммад-Казим, 1966, с. 136b.
- ↑ 27,0 27,1 27,2 Козлова А.Н. (12), 2011, с. 106.
- ↑ 28,0 28,1 Арунова М.Р. (2), 1958, сс. 214-215.
- ↑ 29,0 29,1 Мухаммад-Казим, 1966, с. 137a.
- ↑ Левиатов В.Н. (Мирза Мехти хан Астрабади), 1948, с. 97.
- ↑ Левиатов В.Н. (Е.Сенюков), 1948, с. 99.
- ↑ Левиатов В.Н. (Василий Братищев), 1948, с. 99.
- ↑ 33,0 33,1 Арунова М.Р. (2), 1958, с. 215.
- ↑ Левиатов В.Н. (Юсуп Гаючев), 1948, с. 100.
- ↑ Левиатов В.Н. (Юсуп Касымов), 1948, сс. 100-101.
- ↑ Левиатов В.Н. (Василий Черкасов), 1948, сс. 101-102.
- ↑ Левиатов В.Н. (Василий Черкасов), 1948, с. 102.
- ↑ Левиатов В.Н. (05), 1948, с. 102.
- ↑ Левиатов В.Н. (Федор Матвеев), 1948, сс. 102-103.
- ↑ Левиатов В.Н. (Ашур Агаев), 1948, с. 103.
- ↑ Бутков П.Г. (часть первая 36), 1869, сс. 231-232.
- ↑ 42,0 42,1 42,2 Azərbaycan tarixi arxiv sənədlərində, I cild, 2010, ss. 26, 27.
- ↑ 43,0 43,1 43,2 Azərbaycan tarixi arxiv sənədlərində, I cild (02), 2010, ss. 478-475.
- ↑ 44,0 44,1 Tahirova G., 2010, s. 65.
- ↑ 45,0 45,1 Tahirova G., 2013.
- ↑ Hacı Seyid Əbdülhəmid, 1958, s. 26.
- ↑ 47,0 47,1 Hacı Seyid Əbdülhəmid, 1958, s. 27.
- ↑ 48,0 48,1 19. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı, 2023, ss. 132-135.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 16-17.
- Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 20.
- Мухаммад-Казим. Наме-йи аламара-йи нäдири (Микроукрашающая надирова книга). — М.: Наука, 1966. — Т. III. — 327 с.
- Козлова А.Н. Мятеж Сам-мирзы второго в Ардебиле и дела Мухаммада, сына Сурхая // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 98 – 99. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
- Козлова А.Н. События, происшедшие в Дагестане. Весть о прибытии румийских воинов в Карс // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 104 – 105. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
- Козлова А.Н. События, происшедшие в Дагестане. Весть о прибытии румийских воинов в Карс // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 106 – 107. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
- Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı: 146. — Səh.: 42-43. — ISBN 5-86974-384-9.
- Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı: 146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
- Левиатов В.Н. Попытки ликвидации результатов переворота в Шеки (четвертый поход Надир-шаха) // Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азерб. ССР, 1948. — С. 116 (PDF: 91). — 227 с.
- Левиатов В.Н. Попытки ликвидации результатов переворота в Шеки (четвертый поход Надир-шаха) // Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азерб. ССР, 1948. — С. 118 (PDF: 93). — 227 с.
- Левиатов В.Н. Восстание Сефи Мирзы // Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азерб. ССР, 1948. — С. 114 (PDF: 89). — 227 с.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 95.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 96 – 97.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 96 – 97.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 96 – 97.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 99.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 100 – 101.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 99.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 100 – 101.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 100 – 101.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 102 – 103.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 103.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 98 – 99.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 102 – 103.# Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 228.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 229.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 231.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 235.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 236.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 238.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 239.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 247.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 248.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 249.
- Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 116.
- Алиев Ф.М. Глава IV. Ликвидация иранского господства в Азербайджане в 40-х годах XVIII в. и возникновение самостоятельных феодальных государственных образований на территории Азербайджана // Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. / ред. А. С. Сумбатзаде. — Академия Наук Азербайджанской ССР, Институт Истории. — Баку: Элм, 1975. — С. 195. — 1,200 nüsx.
- Алиев Ф.М. Глава IV. Ликвидация иранского господства в Азербайджане в 40-х годах XVIII в. и возникновение самостоятельных феодальных государственных образований на территории Азербайджана // Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. / ред. А. С. Сумбатзаде. — Академия Наук Азербайджанской ССР, Институт Истории. — Баку: Элм, 1975. — С. 196. — 1,200 nüsx.
- Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. / ред. А. С. Сумбатзаде. — Академия Наук Азербайджанской ССР, Институт Истории. — Баку: Элм, 1975. — С. 196. — 1,200 nüsx.
- Арунова М.Р., Ашрафян К.З. Народно-освободительные движения народов Кавказа и Средней Азии // Государство Надир-шаха Афшара. — М.: Восточная литература, 1958. — С. 212 – 213.
- Арунова М.Р., Ашрафян К.З. Народно-освободительные движения народов Кавказа и Средней Азии // Государство Надир-шаха Афшара. — М.: Восточная литература, 1958. — С. 214 – 215.
- Бадак А.Н., Войнич И.Е., Волчек Н.М., Воротникова О.А., Глобус А., Кишкин А.С., Конев Е.Ф., Кочеткова П.В., Кудряшов В.Е., Нехай Д.М., Островцов А.А., Ревяко Т.И., Рябцев Г.И., Трус Н.В., Трушко А.И., Харевский С.А., Шайбак М. Народно-освободительные движения народов Кавказа и Средней Азии // Всемирная история. — Минск: Современый литератор, 1999. — Т. 14. — С. 142 – 143. — 512 с. — ISBN 985-456-282-4.
- Локкарт Л. Глава ХХII. Война с Турцией: Месопотамская кампания // Надир Шах / Гезаловой Н.Р. (переведено с английского). — Баку: Qanun, 2004. — Səhifələrin sayı: 399. — Səh.: 282 – 283.
- Локкарт Л. Глава ХХIV. Возобновление и завершение войны с Турцией, 1744-1746 гг. // Надир Шах / Гезаловой Н.Р. (переведено с английского). — Баку: Qanun, 2004. — Səhifələrin sayı: 399. — Səh.: 296 – 297.
- Lokkart L. XXII fəsil. Osmanlı dövləti ilə müharibə: Mesopotamiya hərbi yürüşü // Nadir şah / Nəriman Əbdülrəhmanlı (Ruscadan tərcümə edən). — Bakı: Qanun, 2013. — Səhifələrin sayı: 552. — Səh.: 393. — 1,000 nüsx. — ISBN 978-9952-26-578-1.
- Lokkart L. XXIV Fəsil. Osmanlı dövləti ilə müharibənin yenidən başlanması və qurtarması (1744–1746-ci illər) // Nadir şah / Nəriman Əbdülrəhmanlı (ruscadan tərcümə edən). — Bakı: Qanun, 2013. — Səhifələrin sayı: 552. — Səh.: 414. — 1,000 nüsx. — ISBN 978-9952-26-578-1.
- Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 26-27.
- Нуха (rus.) // Кавказ : газета. — 1846. — № 24. — С. 95 – 96.
- Əhməd Zəki Vəlidi. IV. Bakı — Ərəş — Şəki — Zaqatala (keçən mətnin davamı) // Azərbaycanın tarixi coğrafiyası. — Bakı: Təhsil, 2009. — Səh.: 53 – 55. — 500 nüsx.
- Bakıxanov A. Nadirin əhvalatı haqqında // Gülüstani-İrəm. — Bakı: Minarə, 2000 (1951). — Səh.: 151 (PDF: 63).
- Бутков П.Г. Глава 51. // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 231.
- Şəki xanı Hacı Çələbinin Osmanlı dövlətinə məktubu, 1754 // Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2010. — I cild. — Səh.: 26 – 27. [ Arxivləşdirilib]; arxivləşdirmə tarixi: 1 may 2024.
- Nadir şah Əfşarla Şəki hakimi Hacı Çələbi arasında olan hadisələrə dair Osmanlı dövlətinə göndərilən Əhməd xan möhürü ilə məktub, 1746 // Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2010. — I cild. — Səh.: 478, 477, 476, 475. [ Arxivləşdirilib]; arxivləşdirmə tarixi: 1 may 2024.
- Şəki xanı Hacı Çələbinin Osmanlı dövlətinə məktubu, 1754 // Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2010. — I cild. — Səh.: 452, 451, 450. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 may 2024.
- Tahirova G. Şəki xanlığının Osmanlı İmperiyası ilə əlaqələri tarixindən // Elmi əsərlər. — 2010. —32 c. — Səh. 64-65. [ Arxivləşdirilib]; arxivləşdirmə tarixi: 28 sentyabr 2020.
- Tahirova G. Şəki xanlığı ilə Osmanlı münasibətləri : [arx. 28.09.2020] // Центр Льва Гумилева в Азербайджане. — 2013. — 22 noyabr. — Müraciət tarixi: 01.05.2024.
- XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı // Azərbaycan tarixi. — Bakı: Elm, 2007. — 3 cild. — Səh.: 420 – 422. — ISBN 978-9952-448-39-9.
- XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı // Azərbaycan tarixi. — Bakı: Elm, 2007. — 3 cild. — Səh.: 422 – 423. — ISBN 978-9952-448-39-9.
- Mahmudov Y.M.,... III fəsil. Şəki xanlığı // Şəki ən qədim zamanlardan günümüzədək. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2020. — Səhifələrin sayı: 702. — Səh.: 172.
- 19. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 132. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- “Şəki xanlığının tarixindən” (1958) kitabına istinad olunan məqalələr
- “Car salnaməsi” kitabına istinad olunan məqalələr
- “Şəki ən qədim zamanlardan günümüzədək” kitabına istinad olunan məqalələr
- “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr