Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Sərdar Babayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sərdar Babayev
Babayev Sərdar Səttar oğlu
Sərdar Babayev
Sərdar Babayev.
Doğum tarixi 3 noyabr 1945(1945-11-03)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 16 may 2022 (76 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1964–1970)

 • Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1975–1978)

Sərdar Babayev (1945–2022) — fizika-riyaziyyat elmləri namizədi. 2022-ci ilin əvvəllərinədək Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

3 noyabr 1945-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1964-cü ildə Nuxa şəhər 3 №-li orta məktəbini bitirib.

1964 – 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,

1975 – 1978-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1981-ci ildə Azərbaycan SSR Fizika İnstitutunun Yarımkeçiricilər və dielektriklər fizikası elmi şurasında “A3B6 tipli yarımkeçirici kristalların rəqsi spektrlərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

42-si xaricdə, 22-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 86 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1970-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunda baş laborant,

1984-cü ildən baş elmi işçi vəzifəsində çalışb.

1985 – 1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda işləyib.

1994 – 1996-cı illərdə isə AMEA Fizika İnstitutunun nümayəndəsi kimi Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında iştirak edib.

1 fevral 2022-ci il tarixədək AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb və həmin tarixdən öz ərizəsi ilə işdən azad edilib.

Vəfatı[redaktə | HTML redaktə]

16 may 2022-ci il tarixdə – 76 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Babayev Sərdar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 53-54. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Fizika İnstitutunun fəlsəfə doktorları : Babayev Sərdar Səttar oğlu : [arx. 23.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 23.10.2021.
  3. Prezident təqaüdçüsü vəfat edib : [arx. 17 May 2022 - 17 May 2022] // Report. — 2024. — 22 noyabr. — Müraciət tarixi: 03.11.2024.