Heydər Əfəndiyev
Heydər Əfəndiyev (1907–1967) — kimya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR EA Kimya İnstitutunun direktoru. Azərbaycan geokimya elminin yaradıcılarından biri hesab edilir.
Heydər Əfəndiyev | |
---|---|
Əfəndiyev Heydər Xəlil oğlu | |
Heydər Əfəndiyev, 1947-ci il. | |
Doğum tarixi | 1 iyul 1907 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 27 yanvar 1967 (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
İş yeri | Azərbaycan SSR EA Kimya İnstitutu, direktor |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti (–1931) |
Mükafatları |
Haqında məlumatlarRedaktə
1 iyul 1907-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1931-ci ildə Azərbaycan Dövlət Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirib.
Əmək fəaliyyətiRedaktə
1941 – 1949-cu illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda (daha sonra Azərbaycan SSR EA Kimya İnstitutu) laboratoriya müdiri vəzifəsində,
1949 – 1967-ci illərdə isə Azərbaycan SSR EA Kimya İnstitutunun direktoru vəzifəsində işləyib.
Elmi fəaliyyətiRedaktə
1941-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini,
1958-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini,
1959-cu ildə isə professor elmi adını alıb.
1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Əsas elmi işləri nadir elementlərin geokimyasına həsr edilib. Azərbaycan SSR ərazisində mineral və neft-lay sularında müxtəlif tip süxurlarda nadir və radioaktiv elementlərin yayılma qanunauyğunluqlarını öyrənib. Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və geokimyasının yeni sxemini hazırlayıb və eyni zamanda Böyük Qafqazın cənub yamaclarında tapılmış yeni tipli kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katsdağ və s.) geokimyasının öyrənilməsinə rəhbərlik edib. Azərbaycan geokimya elminin yaradıcılarından biri hesab edilir.
216 elmi əsərin və 8 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 15 fəlsəfə doktoru yetişdirilib. Azərbaycan dilində kimya və geologiya terminlərinin yaradılmasında və təkmilləşməsində əvəzsiz xidmətləri olub.
Təltif və mükafatlarıRedaktə
- “Şərəf Nişanı” ordeni, 2 dəfə (1945, 1951);
- “Qafqazın müdafiəsinə görə” medalı (1945);
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (1946);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1960).
VəfatıRedaktə
27 yanvar 1967-ci il tarixdə – 59 yaşında, Bakıda vəfat edib.
ƏdəbiyyatRedaktə
- AMEA İnformasiya Texnologiyaları İnstitutu. "Əfəndiyev Heydər Xəlil oğlu". kqkiamea.az (azərb.). kqkiamea.az. 1 Jul 2020 tarixində arxivləşdirilib.
- ƏFƏNDİYEV Heydәr Xәlil oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 215. — ISBN 978-9952-441-13-0.
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Heydər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 158-160. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |