Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı
1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi yubiley medalı döş nişanı.png 1941-1945 75 illiyi yubiley medalı ön üzü.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Kimə verilir Böyük Vətən Müharibəsində iştirak edənlərə
Statistika
Təsis tarixi 2020

"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı[1] — Azərbaycan Respublikasının yubiley medalı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2020-ci ildə təsis edilmişdir.[2]

Medal qaydaları

"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı ilə mükafatlandırılır:

"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı sinənin sol tərəfində taxılır və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalından sonra yerləşdirilir.

Medal təsviri

"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı qızılı rəngli metaldan hazırlanmışdır.

Medalın üz tərəfində, iri "75 il" yazısı görünür. Yuxarısında isə böyük hərflərlə "QƏLƏBƏ" yazılmışdır. Medalın orta hissəsində iki sünbül şəkli var. Kənar hissəsinin sol tərəfində isə, 1945 sağ tərəfində isə 2020 yazılmışdır.

Medalın arxa tərəfində, ortada bir yazı var: "BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 75 İLLİYİ 1945–2020". "75 İLLİYİ" yazısı digər yazılara nisbətən böyük ölçüdə, "1945–2020" yazısı isə digər yazıların ölçüsündə yazılmışdır. Medalın aşağısında iki ədəd dəfnə kolu şəkli var.

Medallardakı bütün yazılar və nömrələr qabarıqdır.

Medal bir dəlik və bir üzük ilə kənarları boyunca iki uzununa Azərbaycan bayrağı rəngələri ilə lentlə örtülmüş beşbucaqlı bir bloka bağlanır. Kəmər genişliyi — 24 mm.

Həmçinin bax

İstinadlar