Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Ülvi Həsənli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Təltif və mükafatları) tərəfindən edilmiş 19:07, 11 fevral 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Ülvi Həsənli
Həsənli Ülvi Namiq oğlu
Ülvi Həsənli
Ülvi Həsənli.
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1990 (1990-04-10) (34 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Musiqi alətləri skripka, alt (viola) ifaçısı
Təhsili

 • Bakı Musiqi Akademiyası, ifaçılıq fakültəsi, bakalavriat (2007–2011)

 • Bergen Universiteti (Norveç), ifaçılıq fakültəsi, magistratura (2012–2014)

 • Stavanger Universiteti (Norveç), ifaçılıq fakültəsi, aspirantura (2014–2015)

 • Stavanger Universiteti (Norveç), alt (viola) ixtisası, magistratura (2017–2020)

 • Stavanger Universiteti (Norveç), alt (viola) ixtisası, aspirantura (2020– 2021)
facebook səhifəsi

Ülvi Həsənli — tanınmış azərbaycanlı musiqiçi və musiqiçi-pedaqoq, skripka və alt (viola) ifaçısı. Almaniya, İtaliya, İspaniya, Danimarka, Finlandiya, İsveç, Latviya, Estoniya və s. Avropa ölkələrində bir sıra masterklass və orkestr proyektlərində iştirak edib. 2014-cü ildən Norveçin Stavanger şəhərində yaşayır.

Haqqında məlumatlar

10 aprel 1990-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

1997 – 2005 və 2006 – 2007-ci illərdə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli orta məktəbində,

2005 – 2006 illərdə isə “Wagner High School”da (San Antonio şəhəri, Texas ştatı, ABŞ) orta təhsili alıb.

Musiqi təhsili

Skripka ixtisası üzrə

2000 – 2005-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinində ilkin,

2007 – 2011-ci illərdə Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsində bakalavr,

2012 – 2014-cü illərdə Bergen Universitetinin (Norveç) ifaçılıq fakültəsində magistr,

2014 – 2015-ci illərdə Stavanger Universitetində (Norveç) aspirantura təhsili alıb.

2015 – 2021-ci illərdə Stavanger Universitetində təhsilini davam etdirib; o cümlədən,

2015 – 2016-cı illərdə praktika və pedaqoji musiqi nəzəriyyəsi üzrə,

2016 – 2017-ci illərdə kamera musiqisi və alternativ ixtisas alt (viola) aləti üzrə ixtisasartırma kursu keçib,

2017 – 2020-ci illərdə alt (viola) ixtisası üzrə magistr,

2020 – 2021-ci illərdə isə aspirantura təhsili alıb.

Əmək fəaliyyəti

2007 – 2009 illərdə Azərbaycan Dövlət Akademik Musiqi Teatrında orkestr artisti,

2009 – 2012 illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr ifaçısı olaraq çalışıb.

2014-cü ildən Norveçin Stavanger şəhərində musiqiçi və müəllim olaraq əmək fəaliyyəti ilə məşğuldur.

Təltif və mükafatları

  • 2005 – 2006 illərdə orta təhsilini ABŞ-da davam etdirdiyi müddət ərzində Texas Gənc Musiqi İfaçıları müsabiqəsində San Antonio şəhəri üzrə birinci, Texas ştatı üzrə isə ikinci yeri tutub.
  • 2007-ci ildə Bakıda keçirilən skripkaçılar arasında müsabiqənin laureatı olub.