Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Şahid Məmmədkərimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:43, 7 yanvar 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şahid Məmmədkərimov
Məmmədkərimov Şahid Məmmədiyyə oğlu
Şahid Məmmədkərimov
Şahid Məmmədkərimov, 2014-cü il.
Doğum tarixi 7 yanvar 1939(1939-01-07)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 23 yanvar 2018 (79 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (–1980)
facebook səhifəsi

Şahid Məmmədkərimov (1939–2018) — şair və pedaqoq, iki şeir kitabının müəllifi.

Haqqında məlumatlar

7 yanvar 1939-cu ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1958-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini,

1980-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

Əvvəlcə bir müddət 45 saylı Texniki Peşə məktəbində işləyib.

1991-ci ildən Şəki şəhər 11 saylı orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb.

Ədəbi-bədii yaradıcılığı

Yazıları Azərbaycanın müxtəlif mətbu orqanlarında, o cümlədən, “Şəki fəhləsi”, “Şəki”, “Səki təhsili”, “Şəki bələdiyyəsi”, “Region Şəki”, “Ədəbiyyat”, “Kaspi”, “Zaman”, “Tumurcuq”, “Elitar-pres”, “Eliniz Gününüz” və sair qəzetlərdə, eləcə də Azərbaycanda çıxan “Ulduz” və Türkiyədə nəşr olunan “Kumru” və “Avrasya sanat” jurnallarında, türk şairi Ahmet Kaytançının, “Azərbaycanın göz yaşları” kitabında, Azərbaycan Yazıçılar Birliyi Şəki filialının “Söz..Söz...Söz...” və Azərbaycan Folklor İnstitutu tərəfindən çapa hazırlanmış “Bənövşə çələngi” almanaxlarında, Türkiyədə çap olunan bir sıra antologiyalarda, Ramiz Orsərin şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət Şəkidən gələn səslər toplusunda dərc edilib.

Kitabları

  • “Məhəbbətlər arasında”;
  • “Tanrı pıçıltıları” .

Vəfatı

22 yanvar 2018-ci il tarixdə – gecə saatlarında, Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, 23 yanvar 2018-ci il tarixdə – 79 yaşında, xəstəxanada vəfat etmişdir.

Ədəbiyyat

  1. Orsər R. Şahid Məmmədkərimov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 423-426. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.