Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əligüşad Rəhimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:58, 11 noyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əligüşad Rəhimov
Rəhimov Əligüşad Əjdər oğlu
Əligüşad Rəhimov
Əligüşad Rəhimov.
Doğum tarixi 18 iyul 1951(1951-07-18)
Doğum yeri Hoveri, Lerik rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1 noyabr 2012 (61 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Teatr Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1971–1975)

Əligüşad Rəhimov (1951–2012) — Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru.

Haqqında məlumatlar

18 iyul 1951-ci il tarixdə Lerik rayonunun Hoveri kəndində anadan olub.

Uşaq yaşlarında ikən ailəvi Puşkin (indiki Biləsuvar) qəsəbəsinə köçüblər.

Təhsili

1968-ci ildə Biləsuvar şəhər Nizami adına orta məktəbini bitirib.

1969-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, lakin birinci kursdan təhsilini yarımçıq buraxıb.

1971 – 1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Əmək və teatr fəaliyyəti

1968 – 1969-cu illərdə Puşkin rayonunda çıxan “Məhsul” qəzetində işləyib. Sonra isə Biləsuvar rayon radio qovşağında baş redaktor vəzifəsində çalışıb.

1975-ci ilin iyun ayından isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olub.

Vəfatı

1 noyabr 2012-ci il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Rəhimli İ. Əligüşad Rəhimov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 260-263. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.

Video