Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Şahmar Soltanlı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:02, 19 fevral 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şahmar Soltanlı
Soltanlı Şahmar Qinyaz oğlu
Şahmar Soltanlı
Şahmar Soltanlı.
Doğum tarixi 20 fevral 1996(1996-02-20)
Doğum yeri Şəki Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 17 oktyabr 2020 (24 yaşında)
Vəfat yeri Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Qinyaz Bədirov
Anası Gülxar
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png sıravi
Vəzifəsi qumbaraatan köməkçisi, atıcı
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Şahmar Soltanlı (1996–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

20 fevral 1996-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

2003 – 2011-ci ildə Şəki şəhər 5 saylı tam orta məktəbində doqquzillik natamam-orta təhsil,

2006 – 2011-ci illərdə Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbinin tar şöbəsində musiqi təhsili alıb.

2011-ci ildə Bakı Humanitar Kollecinə daxil olub. Lakin təhsilini davam etdirə bilməyib.

Əmək fəaliyyəti

Müxtəlif fərdi işlərlə məşğul olub.

Hərbçi fəaliyyəti

2018-ci ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər həqiqi hərbi xidmətdə olub, əvvəlcə Goranboyda yerləşən “N” saylı hərbi hissədə, sonra isə Tərtərdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə qumbaraatan köməkçisi, atıcı olub.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra elan edilmiş qismən səfərbərliklə bağlı olaraq,

5 oktyabr 2020-ci il tarixdə yenidən orduya çağırılıb. “N” saylı hərbi hissənin tərkibində Tərtər rayonunda gedən döyüşlərdə iştirak edib. Tərtər rayonunun Qafanlı kəndinə düşən qrad mərmisindən yaralansa da, cəmi 2 gündən sonra yenidən döyüşlərə qatılıb.

Şəhid olması

17 oktyabr 2020-ci il tarixdə – 24 yaşında, Suqovuşan istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Atası: Qinyaz Bədirov — zəhmətkeş bir şəxs (55 yaşında vəfat edib).

Anası: Gülxar — Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbində pianino müəllimi.

Ailədə iki qardaş olublar.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ŞAHMAR Qinyaz oğlu Soltanlı : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar