Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Çeşməli

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ç{{YM |ad = Çeşməli |xəritə = Seki.PNG |xəritə miqyas = |xəritə məlumat = Şəki rayonu |xəritə1...' ilə yarat) tərəfindən edilmiş 17:15, 17 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Çeşməli


Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 728 nəfər



ÇeşməliAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Coğrafiyası və iqlimi

Çeşməli kəndi düzənlik sahədə yerləşir.Kəndin şərq hissəsindən Qurucana çayı axır. Bu çay kənddən 5 km cənub-şərqdə Küngüt çayına qovuşur.Kənd ərazisi eyni zamannda Şəki qırqovul yasaqlığına daxildir. Kəndin landşaftı meşə-çöldür.Kəndin cənub ərazisindən axan Qarasu çayı ərazisində-allivüal çöküntülərdə yemişan,palıd meşəlikləri yayılmışdır.Kəndin ərazisi başdan-başa əkin sahələri və bağlardan ibarətdir.Kənddə taxıl əkini geniş yayılmışdər. İqlimi yayı isti və quraq, qışı mülayim keçir. Orta illik yağıntı 500–600 mm-dir.

Əhalisi

Kəndin əhalisi 728 nəfər təşkil edir ki, onun da 370 nəfəri kişi, 358 nəfəri isə qadındır. Əhali əsasən sovet dönəmində savxoz olaraq fəaliyyət göstərən bölgəyə köçürülmə ilə fəhlələrdən ibarət idi. Sonradan kəndə kənar kəndlərdən köçüb gəlindi.Bu köçən əhalinin tərkibində mesxeti türkləri, Qarabağ məcburi köçkünləri, ləzgilərin adını çəkə bilərik.Kənd bələdiyyəsi 1999-cu ildə təşkil olunmuşdur. 1999-cu il siyahıya alınmasında kəndin əhalisi 400 nəfərə yaxın idi. Əhalinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə həmdə bağçılıq inkişaf edib. Elə bağçılığı əhalinin əsas məşğuliyyəti saymaq olar. Əhalinin becərdiyi ağac tingləri rayon ərazisində məşhurdur. Eyni zamanda bu tingləri (calaqları) başqa rayonlara da çıxarılır. Otlaq sahələrinin azalması əhalidə maldarlığa olan marağı azaldıb.

İstinadlar

Şəkillər