Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Çingiz Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Çingiz Əfəndiyev
Əfəndiyev Çingiz Yunus oğlu
Çingiz Əfəndiyev
Çingiz Əfəndiyev, 1990-cı il.
Doğum tarixi 29 noyabr 1932(1932-11-29)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 14 fevral 2013 (80 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Həqiqət
Uşaqları Yunus, Zakir və Hilalə
Təhsili Moskva Toxuculuq Texnikumu

Çingiz Əfəndiyev (1932–2013) — ipəkçilik və toxuculuq sənayesi üzrə tanınmış mütəxəssis və rəhbər kadr; uzun müddət Şəki ipək kombinatında baş direktorun müavini vəzifəsində çalışmış, dəfələrlə baş direktoru əvəz etmiş, bir müddət özü də baş direktor olmuş və bir ilə yaxın vaxt ərzində isə Şəki şəhər icra hakimiyyəti başçısı vəzifəsini tutmuşdur. Şəkinin birinci icra başçısıdır.

Haqqında məlumatlar

29 noyabr 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində və Moskva Toxuculuq Texnikumunda təhsil alıb.

Əmək fəaliyyəti

1956-cı ildə V.İ.Lenin adına Nuxa ipək kombinatının baramaaçan istehsalatında əmək fəaliyyətinə başlayıb. Sonra həmin istehsalatda laborant, usta köməkçisi, növbə ustası işləyib. Daha sonralar kombinatın texniki-nəzarət şöbəsinin rəisi, boyaq-bəzək istehsalatının rəisi, satış şöbəsinin rəisi vəzifələrində çalışıb.

1973-cü ildən kombinatın baş direktorunun müavini,

1990-cı ildən isə baş direktoru olub.

1991 – 1992-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

1992-ci ildən sonra müxtəlif vaxtlarda Şəki “İpək” şirkətində baş direktor, təchizat işləri üzrə baş direktorun müavini, “Şəki-İpək” ASC İdarə Heyəti sədrinin məsləhətçisi və s. vəzifələrdə işləyib.

Vəfatı

14 fevral 2013-cü il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.

İctimai aktivliyi

1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüş və bu dairə üzrə ikinci səsvermədə Azərbaycan SSR xalq deputatı seçilmişdir.

Ailəsi

Həyat yoldaşı Həqiqət Əfəndiyeva, tibb bacısı.

YunusZakir adlı iki oğlu, Hilalə adlı bir qızı var.

Həmçinin, bax:

Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)

Ədəbiyyat

  1. Şəki ikinci şəhər 130 nömrəli seçki dairəsindən xalq deputatlığına namizəd Çingiz Yunus oğlu Əfəndiyevin seçkiqabağı platforması (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 30 avqust 1990. — № 23 – 24 (1626). — Səh. 2.