Çingiz Mustafayev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 9: Sətir 9:
|Fəaliyyəti      =  
|Fəaliyyəti      =  
|Doğum tarixi    = {{Doğum tarixi və yaşı|1960|8|29}}
|Doğum tarixi    = {{Doğum tarixi və yaşı|1960|8|29}}
|Doğum yeri      = Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan Vilayəri {{RSFSR}}, {{SSRİ}}
|Doğum yeri      = Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan vilayəti {{RSFSR}}, {{SSRİ}}
|Vəfatı          = {{Vəfat tarixi və yaşı|1992|6|15|1960|8|29}}
|Vəfatı          = {{Vəfat tarixi və yaşı|1992|6|15|1960|8|29}}
|Vəfat yeri      = Naxçivanik, Xocalı rayonu, {{AZE}}
|Vəfat yeri      = Naxçivanik, Xocalı rayonu, {{AZE}}
Sətir 25: Sətir 25:
}}
}}


'''Çingiz Mustafayev'''  – mülki və hərbi jurnalist, Azərbaycan Dövlət Televiziyasında reportyoru olmuş, həmçinin, bir sıra xarici xəbər agentlikləri ilə əməkdaşlıq etmişdir. Dağlıq Qarabağdakı müharibə səhnələrini, o cümlədən Xocalı qətliamından az sonrakı hadisələri işıqlandırması ilə yadda qalıb. Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və halak olmuşdur. Ölümündən sonra [[Azərbaycanın Milli Qəhrəmanı]] adına layiq görülüb.
'''Çingiz Mustafayev'''  – mülki və hərbi jurnalist, Azərbaycan Dövlət Televiziyasında reportyoru olmuş, həmçinin, bir sıra xarici xəbər agentlikləri ilə əməkdaşlıq etmişdir. Dağlıq Qarabağdakı müharibə səhnələrini, o cümlədən Xocalı qətliamından az sonrakı hadisələri işıqlandırması ilə yadda qalıb. Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və həlak olmuşdur. Ölümündən sonra [[Azərbaycanın Milli Qəhrəmanı]] adına layiq görülüb.


== Haqqında məlumatlar ==
== Haqqında məlumatlar ==
Sətir 42: Sətir 42:
1983 – 1986-cı illərdə Dəvəçi rayonunda,  
1983 – 1986-cı illərdə Dəvəçi rayonunda,  


1986-cı ildən İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında həkim həkim işləyib.
1986-cı ildən İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında həkim işləyib.


1991-ci ilin oktyabr ayından o, Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.
1991-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.


==== Reportyor fəaliyyəti ====
==== Reportyor fəaliyyəti ====
Həvəskar reportyor karyerasına əslində 1990-cı il 20 yanvar tarixində sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri lentə alaraq başlamışdı. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlanan kimi isə öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr edib. Onun reportajları Azərbaycanın müharibə əməliyyatlarına məruz qalan regionlarında öz yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı və dürüst məlumat mənbəyinə çevrildi. Çingiz Mustafayev öz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir və bu bölgələrdə real vəziyyət barədə birbaşa olaraq dəyəri olmayan məlumatlar yayırdı. Məhz bu video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrəndi və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının şahidinə çevrildi. Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.
1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri həvəskar reportyor kimi lentə alıb. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlandıqdan sonra isə öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr edib. Onun reportajları Azərbaycanın müharibə əməliyyatlarına məruz qalan regionlarında öz yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı və dürüst məlumat mənbəyinə çevrildi. Çingiz Mustafayev öz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir və bu bölgələrdə real vəziyyət barədə birbaşa olaraq dəyəri olmayan məlumatlar yayırdı. Məhz bu video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrəndi və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının şahidinə çevrildi. Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.


=== Ölümü ===
=== Ölümü ===

05:25, 28 avqust 2020 versiyası

Çingiz Mustafayev
Mustafayev Çingiz Fuad oğlu
Çingiz Mustafayev
Çingiz Mustafayev
Doğum tarixi 29 avqust 1960 (1960-08-29) (63 yaş)
Doğum yeri Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan vilayəti RSFSR, SSRİ
Vəfat tarixi 15 iyun 1992 (31 yaşında)
Vəfat yeri Naxçivanik, Xocalı rayonu, Azərbaycan
Vəfat səbəbi Qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsi
Dəfn yeri Şəhidlər Xiyabanı, Bakı
Uşağı Fuad Mustafazadə
Atası Fuad Mustafayev
Anası Naxış Mustafayeva
Təhsili N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1977 – 1983)
Mükafatları Azərbaycanın Milli Qəhrəmanı — 1992
Commonsda da Çingiz Mustafayev ilə əlaqəli mediafayllar var

Çingiz Mustafayev – mülki və hərbi jurnalist, Azərbaycan Dövlət Televiziyasında reportyoru olmuş, həmçinin, bir sıra xarici xəbər agentlikləri ilə əməkdaşlıq etmişdir. Dağlıq Qarabağdakı müharibə səhnələrini, o cümlədən Xocalı qətliamından az sonrakı hadisələri işıqlandırması ilə yadda qalıb. Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və həlak olmuşdur. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Haqqında məlumatlar

Çingiz Mustafayevin Bakıda yaşadığı bina

29 avqust 1960-cı il tarixdə Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində hərbi qulluqçu ailəsində anadan olub.

1964-cü ildə ailəliklə Bakıya köçüblər.

Təhsili

1977-ci ildə Bakı şəhər 167 saylı orta məktəbi bitirib.

1977 – 1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1983 – 1986-cı illərdə Dəvəçi rayonunda,

1986-cı ildən İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında həkim işləyib.

1991-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.

Reportyor fəaliyyəti

1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri həvəskar reportyor kimi lentə alıb. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlandıqdan sonra isə öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr edib. Onun reportajları Azərbaycanın müharibə əməliyyatlarına məruz qalan regionlarında öz yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı və dürüst məlumat mənbəyinə çevrildi. Çingiz Mustafayev öz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir və bu bölgələrdə real vəziyyət barədə birbaşa olaraq dəyəri olmayan məlumatlar yayırdı. Məhz bu video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrəndi və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının şahidinə çevrildi. Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.

Ölümü

Çingiz Mustafayevin Bakıdakı Şəhidlər Xiyabanında məzarı

Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və halak olmuşdur.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ailəsi

  • Atası: Fuad Mustafayev (d. 16 avqust 1927-ci il, Bakı – ö. 8 aprel 2019-cu il, Bakı, Bakı) Leninqrad Dövlət Hərbi Akademiyasının məzunu idi, 1958 – 1964-cü illərdə hərbi qulluqda olmuş, daha sonra Bakıya qayıtmış müxtəlif mülki vəzifələrdə işləmişdir.
  • Anası: Naxış Mustafayeva (d. 18 yanvar 1940-cı il, Nuxa – ö. 19 Fevral 2015, Bakı).
  • Həyat yoldaşı: Rəfiqə Mustafayeva.
  • Oğlu: Fuad Mustafazadə (d. 1991).

Xatirəsi

Çingiz Mustafayevin yaşadığı binada barelyefi

Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, “Palmali” şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.

2010-cu ildə ABŞ-ın CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.

2011-ci ildə Almaniyada 3 min nüsxə ilə Çingiz Mustafayevin təsviri olan poçt markası buraxılıb.

2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.

Filmoqrafiya

  1. Adam cinsi arasında cins adam (film, 1998) (qısametrajlı sənədli film)
  2. Azərbaycana namus və sevgiylə (film, 2006)
  3. Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
  4. Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
  5. Özgə ömür (film, 1987)
  6. Payızın 17 anı (film, 2007)
  7. Yaramaz (film, 1988)