Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Çingiz Xəlifəzadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:43, 16 fevral 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Çingiz Xəlifzadə
Xəlifzadə Çingiz Müzəffər oğlu
Çingiz Xəlifzadə
Çingiz Xəlifzadə.
Doğum tarixi 17 fevral 1931 (1931-02-17) (93 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi sedimentologiya
İş yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsi, məsləhətçi-professor
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu (–1947)

 • Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi (1947–1952)

 • Azərbaycan SSR EA Geologiya İnstitutu, aspirantura (1952–1955)
Mükafatları

"Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı — 1981"Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2011"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2016

"Tərəqqi" medalı — 1991

Çingiz Xəlifəzadə — geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan SSR əməkdar geoloqu, Vyetnam Demokratik Respublikasının əməkdar neft sənayesi işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsinin məsləhətçi-professoru.

Haqqında məlumatlar

17 fevral 1931-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1947-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində,

1952 – 1955-ci illərdə isə Azərbaycan SSR EA Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1954 – 1956-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda kiçik elmi işçi,

1956 – 1965-ci illərdə SSRİ EA Dağıstan MSSR Mərkəzinin Geologiya İnstitutunda əvvəl baş elmi işçi, sonra şöbə müdiri, daha sonra direktor əvəzi vəzifəsində çalışıb.

1965 – 1974-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində paleobiogeokimya problem laboratoriyasının müdiri olub; o cümlədən,

1966-cı ildən faydalı qazıntılar kafedrasında dosent (əvəzçilik qaydasında) vəzifəsini tutub.

1974 – 1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsinin faydalı qazıntılar kafedrasında professor vəzifəsində,

1981 – 2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin[1] mineralogiya, petroqrafiya və litologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsində məsləhətçi-professordur.

Elmi fəaliyyəti

Sedimentologiya üzrə ixtisaslaşmış, eyni zamanda uzun müddət stratiqrafiya və paleocoğrafiya ilə məşğul olmuşdur. Çökmə süxurların mineralogiyası, petroqrafiyası və geokimyası çalışdığı əsas elm sahələridir.

1955-ci ildə “Cənub-şərqi Qafqazın aalen yaşlı argilitlərin mineralogiyası” mövzusunda namizədlik dissertasiyanı,

1972-ci ildə SSRİ EA Geologiya İnstitutunda “Şərqi və Cənub-şərqi Qafqazın Orta Yura çöküntülərinin litologiyası və əmələgəlmə şəraiti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

310 məqalə, 56 tezis, 3 dərslik, 8 monoqrafiya, 3 patentin müəllifidir.

Elmi işləri

Kitabları

  1. Khalifa-zade Ch.M, The Course of Lithology and Fascia, in-Azerbaijani, Maarif publishing house, Baku, Azerbaijan SSR, 1982, pages 259.
  2. Khalifa-zade Ch.M., Secrets of The Moon, in-Azerbaijani, Azernesr publishing house, Baku, Azerbaijan SSR, 1979, pages 77.

Patentləri

  1. Khalifa-zade and others, A Method to Estimate the Speed of Sedimentation in Sedimental Rocks, Moscow, The State Committee of Inventions and Discovers of the USSR (USSR Patent), Moscow, USSR, April 15, 1986.

Məqalələri

  1. Khalifa-Zade, Ch. M., Gyrbanof, V., Mamedof. E.A., Sediek, K. N., Petrographical and petrophysical studies of Middle Triassic bearing oil rocks at Gebel Mangishlak, North Kazakhstan area. Oil and gas Journal, 1990, V.3, p. 1-11.
  2. Sediek, K.N, Khalifa-Zade, Ch.M, Catagenesis model of fragmental and carbonate collectors of Triassic and Upper Paleozoic rocks, at Gebel Mangishlak, North Kazakhstan area. Oil and gas Journal, 1990, V.3., p. 12-17.
  3. Khalifa-zade, Ch.M., and E.Q. Abbasov, The alteration of clay minerals in large depth, Azerbaijan Geologist, 1999, V. 1, p. 15-28.
  4. Khalifa-Zade Ch.M., Rustamova R.E. The new data on the paleogeographic model of productive series basin on the base dissemination of turbidity sandy system within the South Caspian depression, Azerbaijan National Academy of Sciences proceedings, The Science of Earth, 2001, №1. p. 84-88.
  5. Chingiz Khalifazade, The New Data on the Paleotemperature of Pliocene Basins within the South Caspian Depression, Azerbaijan State Oil Academy, Turkey, 2003, Turkiye jeoloji kurultayi; Bildiri Ozleri Kitabi 63rd, 214, MTA Genel Mudurlugu Kultur Sitesi, Ankara.
  6. Ch.M.Khalifa-zade, On the Distribution of the Turbidite Type Reservoirs in Productive Series within the South Caspian Deepwater Structures, Azerbaijan State Oil Academy, AAPG HEDBERG RESEARCH CONFERENCE, May 18–21, 2004 — Baku, Azerbaijan.
  7. Ch.Khalifazade, V.A.Mursalov and R.A.Huseynov, Paleogeography and Types of Pliocene Basins within the South Caspian Trough, Caspian & Black Sea Geosciences Conference, 6 October 2008.
  8. E.Abdullayev, W.Ehrmann, C.Khalifazade and E.Huseynov, Distribution of Clay Mineral Assemblages in Lower Pliocene Sediments, Western Flank of the South Caspian Sea, 74th EAGE Conference & Exhibition.
  9. E.Abdullayev (University of Leipzig), W.Ehrmann (University of Leipzig), C.Khalifazade (Azerbaijan State Oil Academy) & E.Huseynov (ANAS), Characterization of Clay Mineral Assemblages in Pliosene Sequences from the Western Flank of the South Caspian Basin, 74th EAGE Conference & Exhibition incorporating SPE EUROPEC 2012, Copenhagen, Denmark, 4–7 June 2012.

Digər

1978-ci ildə London Universitetində və Birləşmiş Krallıqdakı İmperial Kollecində mühazirələr oxuyub.

1992-ci ildə, Orta Şərq Texniki Universitetində (Ankara, Türkiyə),

1991 – 1992 illərində Misir, Qahirə Universitetində və İsgəndəriyyə Universitetində qonaq professor olub.

1981 – 1983-cü illərdə Beynəlxalq “Sedimentology” jurnalının redaksiya heyətinin üzvü olub.

1993-cü ildən Azərbaycan Beynəlxalq Energetika Akademiyasının həqiqi üzvü, akademiyanın Rəyasət Heyətinin üzvü və geologiya, geofizika və mineral ehtiyatlar bölməsinin sədridir.

“Azerbaijan Geologist” jurnalının redaksiya heyətinin üzvü,

Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının geologiya, geofizika bölməsinin sədri,

Azərbaycan sedimentologiya cəmiyyətinin prezidentidir.

Beynəlxalq konqreslərində

1975-ci ildə IX Beynəlxalq Sedimentologiya Konqresində (Nisa, Fransa),

1981-ci ildə XI Beynəlxalq Sedimentologiya Konqresində (Namilton, Fransa),

1986-cı ildə XII Sedimentologiya Konqresində (Kanberri, Avstraliya),

1989-cu ildə Karpat və Balkan ölkələri geoloqlarının XIV konqresində (Sofiya, Bolqarıstan),

1998-ci ildə Qara dəniz və Xəzər dənizi ölkələrinin neft geoloqlarının III konqresində məruzələrlə çıxış etmiş və sedimentologiya, geokomya bölmələrinə rəhbərlik etmişdir.

Mükafatları

Ailəsi

Ailəlidir, bir oğlu və üç nəvəsi var.

Qeydlər

  1. 2015-ci ildən adlanır. 1991-ci ilədək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu, 1991-ci ildə isə Azərbaycan Sənaye Universiteti, 1992 – 2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası adlanmışdır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Çingiz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 265-267. — 1.000 nüsx.;
  2. Mete Ə. Görkəmli alim, xeyirxah insan // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 294-295. — 500 nüsx.
  3. Şükürov R., Orsər R. Xəlifəzadə Çingiz Müzəffər oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 169. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  4. "Çingiz Xəlifəzadə". http://fge.asoiu.edu.az/ (azərb.). zərbaycan Dövlət Neft və Sənaye Universiteti. 25 Apr 2020 - 27 Jul 2020 tarixində arxivləşdirilib.