MediaWiki:Çoxtirajlı qəzet

(Çoxtirajlı qəzet səhifəsindən yönləndirilmişdir)

Çoxtirajlı qəzet — Sovet dövründə istehsalat və ali təhsil müəssisələrində, kolxozlarda nəşr edilən qəzet növü.

"İpəkçi" qəzetinin 1-ci sayının üz səhifəsi.

SSRİ-də ilk fabrik-zavod qəzetləri 1922 – 1925-ci illərdə çap olunmağa başlamışdı. 1933-cü ildə isə artıq 2.734 fabrik-zavod qəzeti çap olunurdu. “Çoxtirajlı qəzet” termininin mənası isə əslində bu deməkdir ki, divar qəzeti çap maşını vasitəsi ilə çox tirajla çap olunur[1]. SSRİ-dövründə Azərbaycan SSR-də nəşr edilən ilk çoxtirajlı qəzetlərdən biri isə indiki Şəki şəhərindəki İpək kombinatının “İpəkçi” qəzeti idi. 1933-cü ildə nəşrə başlayan “İpəkçi” qəzetinin fəaliyyəti 2018-ci ilədək, saytının fəaliyyəti isə 2022-ci ilin sonunadək davam edib.

İstinadlar