Ülvi Abışov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ülvi Abışov
Abışıov Ülvi Bayram oğlu
Ülvi Abışov
Ülvi Abışov.
Doğum tarixi 23 aprel 1997(1997-04-23)
Doğum yeri Turan, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi 8 noyabr 2020 (23 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Turan qəsəbə qəbiristanlığı, Şəki rayonu, Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Bayram Abışov
Anası Tünzalə
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Rütbə sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020

Ülvi Abışov (1997–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

23 aprel 1997-ci il tarixdə Şəki rayonunun Turan qəsəbəsində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

2003 – 2014-cü illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb.

Turan qəsəbə Uşaq Musiqi Məktəbinin tar sinfini bitirib.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

2015-ci ilin aprel ayından 2017-cı ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə olub, 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlamasından sonra elan edilmiş qismən səfərbərliklə bağlı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə çağırılaraq döyüş bölgələrinə göndərilib. Füzuli, Cəbrayıl döyüşlərində və Şuşa uğrunda döyüşlərdə iştirak edib.

Şəhid olması[Vizual redaktə | HTML redaktə]

8 noyabr 2020-ci il tarixdə – 23 yaşında, Şuşa uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

17 noyabr 2020-ci il tarixdə Turan qəsəbəsinin qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailədə iki qardaş olublar. Subay idi.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ÜLVİ Bayram oğlu Abışov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar[Vizual redaktə | HTML redaktə]