Ülvi Həsənli
ümumi aşağı stili=| aşağı stili=| aşağının sinfi|=| aşağı=}}
{{#if:||}}{{#ifeq:0|10|}}{{#ifeq:|Şablon|{{#ifeq:|Ülvi Həsənli| }}}}{{#if: ||{{#if:||}}}}{{#if: ||{{#if:||}}}}
Ülvi Həsənli — tanınmış azərbaycanlı musiqiçi və musiqiçi-pedaqoq, skripka və alt (viola) ifaçısı. Almaniya, İtaliya, İspaniya, Danimarka, Finlandiya, İsveç, Latviya, Estoniya və s. Avropa ölkələrində bir sıra masterklass və orkestr proyektlərində iştirak edib. 2014-cü ildən Norveçin Stavanger şəhərində yaşayır.
Haqqında məlumatlar
10 aprel 1990-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili
1997 – 2005 və 2006 – 2007-ci illərdə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli orta məktəbində,
2005 – 2006 illərdə isə “Wagner High School”da (San Antonio şəhəri, Texas ştatı, ABŞ) orta təhsili alıb.
Musiqi təhsili
Skripka ixtisası üzrə
2000 – 2005-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinində ilkin,
2007 – 2011-ci illərdə Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsində bakalavr,
2012 – 2014-cü illərdə Bergen Universitetinin (Norveç) ifaçılıq fakültəsində magistr,
2014 – 2015-ci illərdə Stavanger Universitetində (Norveç) aspirantura təhsili alıb.
2015 – 2021-ci illərdə Stavanger Universitetində təhsilini davam etdirib; o cümlədən,
2015 – 2016-cı illərdə praktika və pedaqoji musiqi nəzəriyyəsi üzrə,
2016 – 2017-ci illərdə kamera musiqisi və alternativ ixtisas alt (viola) aləti üzrə ixtisasartırma kursu keçib,
2017 – 2020-ci illərdə alt (viola) ixtisası üzrə magistr,
2020 – 2021-ci illərdə isə aspirantura təhsili alıb.
Əmək fəaliyyəti
2007 – 2009 illərdə Azərbaycan Dövlət Akademik Musiqi Teatrında orkestr artisti,
2009 – 2012 illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr ifaçısı olaraq çalışıb.
2014-cü ildən Norveçin Stavanger şəhərində musiqiçi və müəllim olaraq əmək fəaliyyəti ilə məşğuldur.
Təltif və mükafatları
- 2005 – 2006 illərdə orta təhsilini ABŞ-da davam etdirdiyi müddət ərzində Texas Gənc Musiqi İfaçıları müsabiqəsində San Antonio şəhəri üzrə birinci, Texas ştatı üzrə isə ikinci yeri tutub.
- 2007-ci ildə Bakıda keçirilən skripkaçılar arasında müsabiqənin laureatı olub.
Bildiriş
{{#invoke:Message box|ambox}}{{#ifeq:{{{small}}}|left|}}{{#if: || }}
- Şablonlarda buraxılmış arqumentlərin mövcud olduğu səhifələr
- Ü
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- Əlifba sırasına görə şablon kartoçkalar
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- Kiçik şablon-məlumatlar istifadə edən səhifələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə