Ümid Süleymanov

Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ümid Süleymanov
Süleymanov Ümid Süleyman oğlu
Ümid Süleymanov
Ümid Süleymanov, 1979.
Digər adı Umud Süleymanov
Doğum tarixi 25 dekabr 1903(1903-12-25)
Doğum yeri Dövrus (Tovruz) kəndi, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1982(1982-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
Təhsili

 • Azərbaycan mərkəzi partiya məktəbi (–1924)

 • Leninqrad Ümumittifaq kommunist darülfünunu (–1932)

 • ÜK(b)P MK yanında birillik rəhbər partiya və sovet işçiləri hazırlayan kurs (–1949, Moskva)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
Lenin ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı

Ümid Süleymanov (1903–1982) — sovet dövründə Azərbaycanda tanınmış partiya işçisi və rəhbər kadr olmuş şəxs. 1949-cu ildə Azərbaycan KP Nuxa şəhər komitəsinin birinci katibi vəzifəsində işləyərkən Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə ona “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdir.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

25 dekabr 1903-cü il tarixdə Zəngəzur qəzasının Dövrus (Tovruz) kəndində yoxsul kəndli ailəsində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1924-cü ildə Azərbaycan mərkəzi partiya məktəbini,

1932-ci ildə Leninqrad Ümumittifaq kommunist darülfünununu,

1949-cu ildə ÜK(b)P MK yanında birillik rəhbər partiya və sovet işçiləri hazırlayan kursu (Moskva) bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Ümüd Süleymanovun hərbi sənədlərindəki gənclik dövrünə aid fotoşəkilləri.

1917 – 1920-ci illərdə Zəngəzur qəzasının Qəzyan və Xoca Sahlı kəndlərində muzdurluq edib.

1921 – 1924-cü illərdə rəhbər komsomol işlərində,

1930 – 1940-cı illərdə Stalin adına Milpambıq sovxozunda, Karyagin (indiki Füzulli), Lerik və Lənkəran rayonlarında rəhbər vəzifələrdə çalışıb.

1940-cı ildən – 1941-ci ilin iyul ayına qədər Azərbaycan SSR yeyinti sənayesi komissarının müavini,

1941-ci ilin iyul ayından Azərbaycan K(b)P Lənkəran rayon komitəsinin birinci katibi,

1946-cı ilin fevral ayından 1951-ci ilin aprel ayınadək Azərbaycan K(b)P Şəki şəhər komitəsinin birinci katibi olub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

İctimai-siyasi fəallığı[Vizual redaktə | HTML redaktə]

1939-cu ildə Moskvada keçirilmiş ÜİK(b)P-nın XVIII qurultayının nümayəndəsi olub[1].

1938, 1947 və 1950-ci illərdə birinci, ikinci və üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin,

19471950-ci illərdə ikinci və üçüncü çağırış Nuxa rayon Sovetinin deputatı seçilib.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

1982-ci ildə – 79 yaşında, Bakıda vəfat edib.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Делегаты XVIII-го съезда ВКП(б) 10 - 21.3.1939 : [arx. 21 Jul 2020 - 23 Aug 2020] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 24.09.2021.
  2. Сулейманов Умуда Сулейман-оглы : Документы о награждении : [arx. 18.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.09.2021.
  3. Сулейманов Умуд Сулейманович : Документы без привязки к году : [arx. 18.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.09.2021.
  4. Azərbaycan SSR Ali Soveti deputatlığına namizədlər : Xalqın yorulmaz xidmətçisi = Азәрбайҹан ССР Али Совети депутатлығына намизәдләр : халгын йорулмаз хидмәтчиси // Məhyəddin Abbasov (məsul redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına Nuxa mətbəəsi, 1947. — В. 30 yanvar. — № 15 (3923). — Səh. 2.
  5. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР» от 1 июля 1949 г.  // Ведомости Верховного Совета СССР. — 29.07.1949. — № 37 (584). — С. 2.
  6. Kommunistlərlə bitərəflər ittifaqı namizədləri / Sədaqətli partiya işçisi = Коммунистләрлә битәрәфләр иттифагы намизәдләри / Сәдагәтли партия ишчиси // Oruc Hacıyev (məsul redaktor əvəzi) Nuxa fəhləsi : qəzet. — Nuxa, 1951. — Səh. 2.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]