İşxan Əbu Əbdülmalik
İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti hakimi, eristavlar-eristavı III Adarnasenin qızı Dinarın oğlu idi.
İşxan Əbu Əbdülmalik | |||||
---|---|---|---|---|---|
|
|||||
Sələfi | Atrnerseh | ||||
Xələfi | Dinar | ||||
Sülalə | Mehranilər | ||||
Atası | Atrnerseh | ||||
Anası | Dinar |
Həyatı və siyasi fəaliyyəti
X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi yazır ki, Х əsrin 40-cı illərində Albaniyada
hökmdar Atrnersehin oğlu, mömin çar mübarək Hammamın nəvəsi İşxannik padşahlıq taxtına oturdu. |
İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır[2].
“Kartli salnaməsi”ə görə
Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin bacısının oğlu idi, onun anası Dinar, onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[3]. |
İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941 – 957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş[4].
Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına, təsadüf edən məlumatları bitir.
Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir[5].
Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariçə Dinarın adı çəkilir.
“Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat (1008–1014/15[qeyd 1]) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür[6].
Yuxarıda qeyd edildiyi kimi, çariçə Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[7].
Həmçinin, bax:
Qeydlər
- ↑ 234 год грузинского хроникона соответствует 1014 году. По сообщению Аристакэса Ластивертци, Баграт скончался в 464 году армянского летосчисления, что соответствует 1015 году (см . Э. Такаишвили, указ. русский перевод, с. 161, прим. 2; К. Н. Юзбашян, комментарии к указ. переводу Аристакэса, с. 114, прим. 22((Картлис Цховреба, 2008, s. 240, qeyd 129.)).
İstinadlar
- ↑ Мусхелишвили Д. Л., 1982, p. 41.
- ↑ Мусхелишвили Д. Л., 1982, p. 38.
- ↑ Картлис Цховреба, 2008, p. 144.
- ↑ Караулова П. А., 1903, p. 99,105.
- ↑ Григорян Г. М., 1972, p. 223.
- ↑ Картлис Цховреба, 2008, p. 149.
- ↑ Əliyev Ş. H., 2007, p. 97.
Ədəbiyyat
- Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). — Тбилиси: Мацниереба, 1982.
- Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
- Караулова П. А. Сведения арабских географов IX и X веков по Р.Х. о Кавказе, Армении и Адербейджане: VII, ал-Мукаддасий; VIII, Масуди; IX, Ибн Хаукал (rus.) : СМОМПК. — Тифлис, 1903.
- Григорян Г. М. Новонайденные надписи Ваанаванка (rus.) // Ист.-филол. журн.. — 1972. — С. 215-229.
- Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |