İbrahim Məmmədov (şəhid)

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
İbrahim
Məmmədov
Məmmədov İbrahim Nakam oğlu
İbrahim Məmmədov
İbrahim Məmmədov.
Ləqəbi Canavar
Doğum tarixi 3 aprel 1985(1985-04-03)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 oktyabr 2020 (35 yaşında)
Vəfat yeri Laçın rayonu, Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Uşaqları Elvin, Mətanət
Həyat yoldaşı Aynur
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri gizir
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020

İbrahim Məmmədov (1985–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

3 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1991 – 2002-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrində giziri olaraq hərbi xidmətini davam etdirib.

2010-cu ildə Türkiyədə təşkil olunmuş xüsusi təyinatlıların birləşmiş təlim-toplantısında,

2016-cı il Aprel döyüşlərində iştirak edib.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub.

9 oktyabr 2020-ci il tarixdə, işğaldan azad olunmuş Hadrut qəsəbəsində ilk dəfə Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri olub.

17 oktyabr 2020-ci il tarixdə isə işğaldan azad edilmiş Füzuli şəhərində ilk dəfə Azərbaycanı bayrağını şəxsən özü qaldırıb və bu şəhərin azad olunmasını şəxsən özü Azərbaycan Respublikasının Prezidentinə görüntülü şəkildə məruzə edib.

Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]

25 oktyabr 2020-ci il tarixdə – 35 yaşında, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşdə boynundan ağır yaralanaraq qəhrəmancasına həlak olub.

Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəli idi. Elvin adlı oğlu, Mətanət adlı qızı var.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : İBRAHİM Nakam oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.

Video-çarxlar[Vizual/Mobil redaktə | HTML redaktə]