İbrahim Məmmədov (şəhid)

İbrahim Məmmədov (1985–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri. Vətən müharibəsinin gedişatında – 9 oktyabr 2020-ci il tarixdə, işğaldan azad olunmuş Hadrut qəsəbəsində ilk dəfə Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri olub. Daha sonra – 17 oktyabr 2020-ci il tarixdə isə işğaldan azad edilmiş Füzuli şəhərində ilk dəfə Azərbaycanı bayrağını şəxsən özü qaldırıb və bu şəhərin azad olunmasını şəxsən özü Azərbaycan Respublikasının Prezidentinə görüntülü şəkildə məruzə edib. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra üç medalla təltif edilib.

İbrahim Məmmədov
Məmmədov İbrahim Nakam oğlu
İbrahim Məmmədov
İbrahim Məmmədov.
Ləqəbi Canavar
Doğum tarixi 3 aprel 1985(1985-04-03)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 oktyabr 2020 (35 yaşında)
Vəfat yeri Laçın rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşaqları Elvin, Mətanət
Həyat yoldaşı Aynur
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri OR-8 AZE ARMY.svg gizir
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020

Haqqında məlumatlarRedaktə

3 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.

TəhsiliRedaktə

1991 – 2002-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdəRedaktə

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrində giziri olaraq hərbi xidmətini davam etdirib.

2010-cu ildə Türkiyədə təşkil olunmuş xüsusi təyinatlıların birləşmiş təlim-toplantısında,

2016-cı il Aprel döyüşlərində iştirak edib.

2020-ci il Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub.

Şəhid olmasıRedaktə

25 oktyabr 2020-ci il tarixdə – Laçın rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə, boynundan ağır yaralanaraq şəhid olub.

Şəkidəki Dovşan düzü qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatlarıRedaktə

AiləsiRedaktə

Ailəli idi. Elvin adlı oğlu, Mətanət adlı qızı var.

İstinadlarRedaktə

ƏdəbiyyatRedaktə

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : İBRAHİM Nakam oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.

Video-çarxlarRedaktə