İbrahim Məmmədov (professor): Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
k (WikiSysop İbrahim Məmmədov (kimyaçı) səhifəsinin adını İbrahim Məmmədov olaraq dəyişdi.)
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya: İ]]
[[Kateqoriya: İ]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
{{Alim  
{{Alim  
  |Adı                  = İbrahim Məmmədov
  |Adı                  = İbrahim Məmmədov
Sətir 27: Sətir 27:
  |Sayt                =  
  |Sayt                =  
}}
}}
'''Məmmədov İbrahim Qərib oğlu''' — [[Azərbaycan]] [[kimya]]çısı, kimya üzrə elmlər doktoru, [[Bakı Dövlət Universiteti]]nin [[professor]]u.
'''Məmmədov İbrahim Qərib oğlu''' — [[Azərbaycan]] [[kimya]]çısı, kimya üzrə elmlər doktoru, [[Bakı Dövlət Universiteti]]nin [[professor]]u.
Sətir 50: Sətir 49:
== İstinadlar ==
== İstinadlar ==
http://chemistry.bsu.edu.az/az/article/475
http://chemistry.bsu.edu.az/az/article/475
[[Kateqoriya:Azərbaycan kimyaçıları]]
[[Kateqoriya:Azərbaycanlı kimyaçılar]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin professorları]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
[[Kateqoriya:Şəki rayonunda doğulanlar]]

01:01, 19 may 2020 versiyası

İbrahim Məmmədov
İbrahim Qərib oğlu Məmmədov
Doğum tarixi 16 oktyabr 1970 (1970-10-16) (53 yaş)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ→
Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili BDU Kimya fakültəsi

Məmmədov İbrahim Qərib oğluAzərbaycan kimyaçısı, kimya üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru.

Həyatı

İbrahim Məmmədov 16 oktyabr 1970-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur[1]. 1988-ci ildə Baş Göynük kənd 2 №-li orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1988-1990-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin il BDU-nun kimya fakültəsinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının nəzdində fəaliyyət göstərən "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" elmi tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 2000-ci ildən həmin kafedranın dissertantı olmuş, 2004-cü ildə "Sulfat anhidridilə aktivləşdirilmiş elektrofil reagentlərin bəzi olefinlərə birləşmə reaksiyaları" mövzusunda dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elm dərəcəsini almışdır.

1997-2007-ci illərdə "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" ETL-də kiçik elmi işçi, 2007-ci ildən həmin kafedranın dosenti, 2012-ci ildən isə professoru vəzifəsində çalışır. Kimya fakültəsinin bakalavr, magistr pillələrində "Kimya texnologiyası", "Neft və qaz əsasında texniki əhəmiyyətli maddələrin sintezi", "Neft kimyasında müasir fiziki-tədqiqat metodları", "Neft kimyası və neft kimyəvi sintez" fənləri üzrə mühazirə və məşğələ dərsləri aparır. "Nüvə Maqnit Rezonansı spektroskopiyasında müasir metodlar" (Bakı-2006, 114 s), "Neft kimyası və neft kimyəvi sintezdən praktikum" (Bakı-2007, 2018, 360 s) adlı dərs vəsaitlərinin, "Ümumi kimya texnologiyası" (Bakı-2011, 308 s), "Karbohidrogen xammalının kimyəvi emalı" (Bakı-2012, 360 s) adlı dərsliklərin, eləcə də "Dynamic NMR spectroscopy" (Moscow-2018, 226 p) adlı monoqrafiyanın müəllifidir.

2011-ci ildə "Alkenilfenollar əsasında funksionaləvəzli birləşmələrin sintezi və onlarda müxtəlif dinamik effektlərin NMR metodu ilə tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Onun elmi tədqiqatlarının ən əsas nailiyyətlərindən biri məhlul sistemlərinin Nüvə Maqnit Rezonansı (NMR) spektroskpiyasının köməyi ilə tədqiqidir. Tədqiqatlardan alınan nəticələr xarici ölkə alimlərinin də böyük marağına səbəb olmuşdur.

200-dən çox elmi əsərin, o cümlədən 10 patentin müəllifidir. Əsərləri bir sıra beynəlxalq və respublika elmi konfranslarında məruzə edilmiş, "Mendeleev Communications", "Magnetic Resonance in Chemistry", "Applied Magnetic Resonance", "Central European Journal of Chemistry", "Journal of Physical Chemistry", Journal of The Chinese Chemical Society, İranian Journal of Chemical Society, Indian Journal of Chemistry, Bulgarian Chemical Communications, Russian Chemical Reviews, "Журнал Органическая Химия", "Нефтехимия" və s. kimi jurnallarda çap olunmuşdur.

BDU-da fəaliyyət göstərən Fakültə Şurasının üzvü, Dissertasiya Şurasının katibi, kafedra həmkarlar təşkilatının sədridir.

Təltifləri

BDU-nun 90 və 95 illik yubileylərində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" Azərbaycan təhsil nazirinin, eləcə də BDU rektorunun "Fəxri fərman"ları ilə təltif edilmişdir.

Ailəlidir, bir övladı var.

İstinadlar

http://chemistry.bsu.edu.az/az/article/475