İbrahim Məmmədov (professor)

Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
İbrahim Məmmədov
Məmmədov İbrahim Qərib oğlu
İbrahim Məmmədov
İbrahim Məmmədov (2022).
Doğum tarixi 16 oktyabr 1970 (1970-10-16) (53 yaş)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili Bakı Dövlət Universiteti, Kimya fakültəsi (1993–1997)
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı
Facebook səhifəsi

İbrahim Məmmədov — kimyaçı alim-pedaqoq, kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Neft kim­ya­sı və kimya tex­nologiyası kafedrasının müdiri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

16 oktyabr 1970-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1988-ci ildə Baş Göynük kənd 2 №-li orta məktəbini bitirib.

1993 – 1997-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1991 – 1992-ci illərdə fəhlə işləyib.

1997-ci ildən Bakı Dövlət Universitetinin Neft kim­ya­sı və kimya tex­nologiyası kafedrasında çalışır.

2019-cu ildən Bakı Dövlət Universitetinin Neft kim­ya­sı və kimya tex­nologiyası kafedrasının müdiridir.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

2004-ci ildə na­mi­zəd­lik,

2011-ci ildə isə doktorluq dissertasiyası mü­da­fiə edib.

2007-ci ildə dosent,

2012-ci ildə isə professor elmi adını alıb.

360-dan çox elmi məqalənin, 6 kitabın və 10 pa­ten­tin müəllifidir.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

  • Bakı Dövlət Universitetinin 90 və 95 illik yubileylərində “Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də Bakı Dövlət Universiteti rektorunun fəxri fərmanları.
  • “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı (25 noyabr 2019-cu il)[1].

Digər[Vizual redaktə | HTML redaktə]

1988 – 1990-cı illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailəlidir, bir övladı var.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

  1. "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilməsi barədə" (PDF). http://edu.gov.az/ (azərb.). Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytı. 25 noyabr 2019-cu il. 27 Nov 2019 tarixində arxivləşdirilib (PDF).

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Məmmədov İbrahim // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 269. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Kimya fakültəsi : Məmmədov İbrahim Qərib oğlu : [arx. 22 Nov 2018 - 18 Sep 2020] // [ttp://chemistry.bsu.edu.az/ Bakı Dövlət Universiteti kimya fakültəsi]. — 2017. — 20 sentyabr. — Müraciət tarixi: 11.10.2021.