Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İbrahim Mustafayev (mayor)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İbrahim Mustafayev
Mustafayev İbrahim Yusif oğlu
rus.: Мустафаев Ибрагим Юсуф-оглы
İbrahim Mustafayev
İbrahim Mustafayev.
Doğum tarixi 15 aprel 1909(1909-04-15)
Doğum yeri Nuxa (indiki Şəki) , Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat yeri 26 oktyabr 1944 (35 yaşında)
Hərbi fəaliyyəti
Rütbə Майор Войск связи Красной Армии
Mayor
Təltifləri II dərəcəli "Vətən Müharibəsi" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"Qırmızı Ulduz" ordeni

İbrahim Mustafayev (1909–1944) — peşəkar hərbçi-zabit, Sovet Ordusunun qvardiya mayoru. Böyük Vətən müharibəsində həlak olmuşdur.

Haqqında məlumatlar

15 aprel 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Hərbçi fəaliyyəti

3 oktyabr 1931-ci il tarixdən Sovet Ordusunda xidmətə başlayıb.

Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib.

26 oktyabr 1944-cü il tarixdə – 35 yaşında, Macarıstanda alman-faşist işğalçıları ilə döyüş zamanı qəhrəmancasına həlak olub. Nəşi döyüş meydanından yalnız 7 noyabrda götürülüb və Macarıstanın Nyiredxaza şəhərinin “Qardaşlıq qəbiristanlığı”nda dəfn edilib (daha sonra bu qəbiristanlıqda dəfn edilmiş bütün şəxslərin qalıqları Macarıstanın Debretsen şəhərindəki sovet hərbi hissəsinin ərazisində yerləşən hərbi qəbiristanlığa köçürülmüşdür).

Hərbi rütbəsi (illərlə)

1936-cı ildə leytenant,

1937-ci ildə baş leytenant,

1940-cı ildə kapitan,

1942-ci ildə mayor hərbi rütbəsi alıb.

Təltif və mükafatları

Xatirəsi

Vaxtilə Şəkidə yaşamış olduğu evinin divarına vurulmaq üçün nəzərdə tutulmuş xatirə lövhəsi 2021-ci ildə Şəkidəki qəbiristanlıqlardan birinə atılmış vəziyyətdə Zəminə Rəsulova tərəfindən aşkar edilib.

2022-ci ildə Şəkidə bir küçəyə adı verilib və həmin küçənin əvvəlində divara xatirə lövhəsi vurulub.

Ədəbiyyat

  1. Лейла бегим. Гвардии майор Ибрагим Юсуф оглы Мустафаев : [arx. 15.07.2021] : [rus.] // YOLDAŞ:Азербайджан в Великой Отечественной войне. — Müraciət tarixi: 15.07.2021.
  2. Мустафаев Ибрагим Юсуф-оглы : [arx. 15.07.2021] : [rus.] // Память Народа. — Müraciət tarixi: 15.07.2021.

Şəkillər