İlham Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 21:17, 27 oktyabr 2021 tarixli redaktə
İlham Əliyev
Əliyev İlham Vəliyullah oğlu
İlham Əliyev
İlham Əliyev.
Doğum tarixi 24 mart 1951 (1951-03-24) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi Riyaziyyat üzrə elmlər doktotu
Təhsili

 • Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu (1968–1972)

 • V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutu, riyazi analiz kafedrası, əyani aspirantura (1975–1978)
Elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru professor Sasun Yakubov

İlham Əliyev — riyaziyyat üzrə elmlər doktotu, “Xəzər” Universitetinin professoru.

Haqqında məlumatlar

24 mart 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1968-ci ildə [[|Baş Laysqı|Baş Laysqı kənd]] orta məktəbini bitirib.

1968 – 1972-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda,

1975 – 1978-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun riyazi analiz kafedrasının əyani aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1980-ci ildə 01.01.01.-“Riyazi analiz” ixtisası üzrə “Bütün oxda ikinci tərtib diferensial operator tənliklərin spektral nəzəriyəsi və onların tətbiqi” mövzusunda namizədlik dissertasiyasını,

2012-ci ildə isə “Diferensial-operator tənliklərin bəzi spektral məsələləri və onların tətbiqləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış 60-dan çox elmi və metodiki əsərin müəllifidir.

1 elmlər namizədinin elmi rəhbəri olub (akad. F.Q.Maqsudov ilə birgə).

Əmək fəaliyyəti

1972-ci ildə təyinatla Şəki rayonunda işləməyə göndərilib.

1980 – 1983-cü illərdə əvvəlcə Azərbaycan Pedoqoji İnstitutunun riyazi analiz kafedrasında baş laborant, sonra isə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında müəllim,

1983 – 2004-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında dosent,

2004 – 2006-cı illərdə Azərbaycan Muəllimlər İnstitutunda kafedra müdiri,

2006 – 2012-ci illərdə AMEA Riyaziyyat İnstitutunda baş elmi işçi,

2012 – 2017-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində dosent vəzifəsində çalışıb.

2017-ci ildən “Xəzər” Universitetinin professorudur.

Ailəsi

Ailəlidir, 3 övladı var.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev İlham // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 138-139. — 1.000 nüsx.
  2. Əliyev İlham Vəliyullah oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 365. — ISBN 978-9952-441-13-0.
  3. CV : İlham Əliyev : [arx. 31.01.2020] // “Xəzər” Universiteti. — Müraciət tarixi: 27.10.2021.