İlham Abbasov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 58: Sətir 58:
1994-cü ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında işləyib.
1994-cü ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında işləyib.


2001 – 2017-ci illərdə Ədliyyə Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb.
2001 – 2017-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb.


===Elmi fəaliyyəti===
===Elmi fəaliyyəti===

11:44, 27 sentyabr 2021 versiyası

İlham Abbasov
Abbasov İlham Qurban oğlu
İlham Abbasov
İlham Abbasov.
Doğum tarixi 16 noyabr 1948 (1948-11-16) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi hüquq
Elmi dərəcəsi hüquq elmləri üzrə fəlsəfə doktoru
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (–1971)
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2008

İlham Abbasov — hüquq elmləri üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri. Uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutmuşdur.

Haqqında məlumatlar

16 noyabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966-cı ildə Nuxa axşam fəhlə-gənclər məktəbini,

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1965 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li tikiş fabrikində fəhlə işləyib.

1971-ci ilin avqust ayında prokurorluq orqanlarına işə qəbul edilib; o cümlədən,

1971 – 1975-ci illərdə, əvvəl Qasım İsmayılov (indiki Goranboy) rayon prokurorluğunda stajor-müstəntiq, sonra Yevlax şəhər prokurorluğunun baş müstəntiqi, daha sonra Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsində çalışıb.

1975-ci ildə Puşkin (indiki Biləsuvar) rayonunun,

1980 – 1994-cü illərdə, əvvəl Qutqaşen (indiki Qəbələ), sonra Zəngilan, daha sonra Qubadlı rayonunun və Masallı rayonunun prokuroru olub.

1994-cü ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında işləyib.

2001 – 2017-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

147 elmi, 440 hüquqi-publisistik məqalənin, 2 novella və xatirələr kitabının, 1 dərs vəsaitinin müəllifidir.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abbasov İlham // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 14-16. — 1.000 nüsx.;
  2. Orsər R. İlham Abbasov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 503-506. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2..