Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İlham Abbasov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
İlham Abbasov
Abbasov İlham Qurban oğlu
İlham Abbasov
İlham Abbasov.

İlham Abbasov — hüquq elmləri üzrə fəlsəfə doktoru və baş ədliyyə müşaviri. Uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutmuşdur. 2017-ci ildən təqaüddədir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

16 noyabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1966-cı ildə Nuxa axşam fəhlə-gənclər məktəbini,

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1965 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li tikiş fabrikində fəhlə işləyib.

1971-ci ilin avqust ayında prokurorluq orqanlarına işə qəbul edilib; o cümlədən,

1971 – 1975-ci illərdə, əvvəl Qasım İsmayılov (indiki Goranboy) rayon prokurorluğunda stajor-müstəntiq, sonra Yevlax şəhər prokurorluğunun baş müstəntiqi, daha sonra Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsində çalışıb.

1975-ci ildə Puşkin (indiki Biləsuvar) rayonunun,

1980 – 1994-cü illərdə, əvvəl Qutqaşen (indiki Qəbələ), sonra Zəngilan, daha sonra Qubadlı rayonunun və Masallı rayonunun prokuroru olub.

1994-cü ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında işləyib.

2001 – 2017-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb.

2017-ci ildən təqaüdədir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

147 elmi, 440-dan çox hüquqi-publisistik məqalənin, 2 novella və xatirələr kitabının, 1 dərs vəsaitinin müəllifidir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 14-16. — 1.000 nüsx.
  2. Orsər R. İlham Abbasov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 503-506. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...