İlqar Bürcəliyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Mənbə) tərəfindən edilmiş 00:11, 29 noyabr 2020 tarixli redaktə
İlqar Bürcəliyev
Bürcəliyev İlqar Vüqar oğlu
İlqar Bürcəliyev
İlqar Bürcəliyev, 2019-cu il
Doğum tarixi 11 mart 2001(2001-03-11)
Doğum yeri Moskva, Rusiya
Vəfat tarixi 28 sentyabr 2020 (19 yaşında)
Vəfat yeri Talış kəndi yaxınlığında, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Rütbə sıravi

İlqar Bürcəliyev — Azərbaycan Milli Ordusunun əsgəri, Vətən müharibəsi şəhidi, 28 sentyabr 2020-ci il tarixdə, Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycanın xalq artistləri – teatr və kino aktyorları Məmməd BürcəliyevSədayə Mustafayevanın nəvəsi, teatrşünas – tənqidçi Anar Bürcəliyevin isə qardaşı oğludur.

Haqqında məlumatlar

İlqar Bürcəliyevin qəbri, Gəncə Şəhidlər Xiyabanı.

11 mart 2011-ci il tarixdə Moskvada (Rusiya Federasiyası) anadan olub.

Uşaqlıqdan futbola maraq göstərib. 13 yaşından “Vətən” futbol klubunda, 16 yaşından “Kəpəz” futbol klubunda oynamış, daha sonra “Zirə” futbol klubuna transfer edilmişdir. Həmçinin, “Kəpəz” futbol klubunda oynayarkən, futbol üzrə Azərbaycanın U-17 Milli Komandasının sıralarına da dəvət edilib. 2019-cu il iyul ayının 22-də həqiqi hərbi xidmətə yollandığı üçün futbol karyerasını müvəqqəti olaraq dondurub.

Vətən müharibəsinin ikinci günü – 28 sentyabr 2020-ci il tarixində Tərtərin Talış kəndi və Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə, düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub.

Mənbə

  • Paşayeva Q. "Yeni zəfər tarixi yazan İlqar Vüqar oğlu Bürcəliyev". https://xalqqazeti.com/ (azərb.). “Xalq qəzeti”. 28 Nov 2020 tarixində arxivləşdirilib.

Videolar