Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İmam Əli məscidi

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:35, 9 dekabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
məscid
İmam Əli məscidi
İmam Əli məscidi.
İmam Əli məscidi.
Ölkə Azərbaycan
Məhəllə F.X.Xoyski küçəsi (Yuxarı Baş)
Məzhəb şiə
Status fəaliyyəttdədir
İmam Əli məscidi (Azərbaycan)
Red pog.png
İmam Əli məscidi (Şəki rayonu)
Red pog.png
İmam Əli məscidi (Şəki)
OOjs UI icon mapPin-progressive.svg
Koordinatlar 41°12′05″N 47°11′38″E / 41.20139°N 47.19389°E / 41.20139; 47.19389 Map marker.svg41°12′05″N 47°11′38″E / 41.20139°N 47.19389°E / 41.20139; 47.19389

İmam Əli məscidi — Şəkidə fəaliyyət göstərən məscid.

Haqqında

İmam Əli məscidi (Şəki)

Tikilmə tarixi məlum deyil. İbadət zalının sahəsi 26x13 metrdir. İbadət zalı ikinci mərtəbədə yerləşir. Birinci mərtəbədə isə yardımçı otaqlarvar. Həyətyanı sahəsi isə 660 kv.metrdir.[1]

Formaca dördbucaqlı olan bu məscid bişmiş kərpic və mədən daşı ilə hörülmüşdür. Divarların qalınlığı 75 sm-dir. Damın örtüyü ağ dəmir təbəqə ilə işlənmişdir.[1]

İmam Əli məscidi ilkin vəziyyətini qoruyub saxlamışdır. Lakin minarəsi repressiya illərində dağıdılmışdır. 1997-ci ildə məscidin minarəsi və mehrabı yenidən tikilmişdir. Hazırkı minarənin hündürlüyü 22 metrdir. Minarə dəyirmi formada olub, bişmiş kərpiclə işlənmişdir.[1]

Sovetlər dövründə məsciddən məktəb, idman zalı kimi islifadə edilmişdir. 1994-cü ildə fəaliyyəti bərpa olunmuşdur.[1]

İmam Əli məscidi 1994-cü ildən etibarən İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi tərəfindən bərpa edilib. Bərpa zamanı məscidin ibadət zalı, eləcə də minarəsi yenidən tikilmişdir.[1]

İmam Əli məscidi məşhur mollaları ilə tanınmışdır. Onlardan biri Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Onun qəbri məscidin ön tərəfindədir.[1]

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 "İmam Əli məscidi"(azərb.)). gomap.az. 2015-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.