Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İpəkçi (qəzet)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: İ{{Qəzet | adı = İpəkçi | şəkil = İpəkçi_(qəzet).jpg | imza = | növ = | for...' ilə yarat) tərəfindən edilmiş 23:36, 19 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Picto infobox newspaper.png
İpəkçi
Fayl:İpəkçi (qəzet).jpg
Format A2
Təsisçilər Şəki “İpək” şirkəti və M.Salis
Redaktor Aydın Məmmədov
Yaranma tarixi 1933
Dil Azərbaycan dili
Qiymət pulsuz
Səhifə 4
Tiraj 1250 (15.06.2013)
ipekchi.info

“İpəkçi” — Azərbaycanda nəşr olunan ipəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmış qəzet.

Tarixi

Fayl:İpəkçi qəzetinin 1-ci sayı.JPG
“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi

“İpəkçi” qəzeti 13 mart 1933-cu il tarixdə bir çoxtirajlı qəzet[1] olaraq nəşrə başlayıb. O vaxt qəzet “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” idi və ilk redaktoru Rəsul Rəsullu olmuşdu. Daha sonra isə - 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilmişdi. İkinci dünya müharibəsi illərində – 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə yenidən bərpa edilir. 1958-1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965-2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.

“İpəkçi” qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Qəzetin 60 illik yubileyi münasibəti ilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır.

“İpəkçi” qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyevin təbrik məktubu.

Azərbaycan Sovet mətbuatında ilk müstəqil qəzet

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967-1968) saylı nəşrində, Vladimir İliç Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V. İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi. Qəzetin həmin sayında, “Oxucularımıza” sərlövhəli baş məqalədə isə redaktor, mərhum Salis Məmmədov böyük qətiyyət, cəsarət və uzaqgörənliklə atılmış bu addım barədə daha təfsilatı ilə bəyanat vermişdir.

2010-cu ildə

“İpəkçi” qəzetinin həmtəsisçisi və redaktoru Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun 2009-cu ildə vəfatından sonra da “İpəkçi” nin nəşri davam etməkdədir. Məsələn, 2010-cu ildə bu qəzet A2 ölçüdə 4 səhifədən ibarət olmaqla 8 dəfə nəşr olunmuşdur.

Maliyyə mənbələri

2012-ci ilə qədər “İpəkçi” qəzetinin nəşriyyat xərci bu qəzetin redaktorunun “Şəki-İpək” ASC-dən aldığı 92 manat məvacib[2] hesabına ödənilirdi. 2012-ci ildə isə “Şəki-İpək” ASC rəhbərliyi həmin məvacibi də ödəməkdən imtina etmişdir[3].

İnternetdə

2007-ci ildən qəzetin internet saytları fəaliyyət göstərir. 2018-ci ilin əvvəlində isə qəzetin rusca saytı da fəaliyyətə başlayıb.

İstinadlar