Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İpək kombinatı (Şəki)

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]] 300px|thumb|Şəki ipək kombinatının idarə binası. '''Şəki ipək kombinatı''' –...' ilə yarat) tərəfindən edilmiş 04:11, 25 mart 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Fayl:Şəki İpək kombinatı.jpg
Şəki ipək kombinatının idarə binası.

Şəki ipək kombinatı – Şəki şəhərində yerləşən və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC-nin idarəçiliyində olan olan sənaye müəssisəsi. Kombinatda baramaaçan, boyaq-bəzək, burucu, toxucu, pambıqəyirici, xalça toxuma istehsal sahələri var; lakin 2020-ci ildə yalnız baramaaçan istehsalatı fəaliyyət göstərmişdir.

Haqqında məlulatlar

Tarixi

Kombinatın tikintisinə 1926-cı ildən başlanılıb. Tikinti üçün 1854-cü ildə Nuxada fəaliyyətə başlamış fransız ipək kompaniyasının yeri – “kompaniya” adlanan ərazi[qeyd 1] seçilib. Tikinti vaxtı işçi çatışmamazlığı olduğu üçün mühəndis Kibizov Şimali Qafqaza ezam olunmuş və oradan kombinatın tikintisinə 360 nəfər yeni işçi gətirmişdir.

Kombinat 5 noyabr 1931-ci il tarixdə – Böyük Oktyabr sosialist inqilabının 14-cü ildönümü ərəfəsində təntənəli şəkildə fəaliyyətə başlayıb. İstifadəyə verilərkən əyirici sexində 162 dəzgah olub. Bir il sonra işə düşmüş toxucu sexində isə 126 dəzgah olub və həmin sex gündə 6 min 400 metr parça toxumaq gücünə malik idi.

1954-cü ildə kombinatda boyaq-bəzək istehsalatı,

1968-ci ildə 754 dəzgahlı yeni toxucu istehsalatı istifadəyə verilib.

1975-ci ildə Şəki şəhərindəki ipək fabrikləri kombinatın tabeliyinə verilmiş və bundan sonra kombinat V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi adlandırılmışdır.

1985-ci ildə Yaponiya istehsalı olan modern dəzgahlarla təmin olunmuş yeni boyaq-bəzək istehsalatı işə salınıb.

1985-ci ildə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi partiya komitəsi Azərbaycan KP Şəki şəhər partiya komitəsinin tabeliyindən çıxarılaraq birbaşa Azərbaycan KP-yə tabe edilib.

1986-cı ildə Şəki İstehsal İpək Birliyində 37,2 milyon metr parça istehsal edilmişdir və SSRİ-də istehsal olunan ipək parkanın 19 %-ni bu müəssisə vermişdir.

1990-cı illərin əvvəllərində Şəki İstehsal İpək Birliyində 7 min nəfərə yaxın işçi çalışırdı. 1990-cı illərin sonunda keçmiş Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi və filiallar ayrı-ayrılıqda özəlləyməyə çıxarıldı. Şəki ipək kombinatı “Şəki-İpək” ASC adı ilə əvvəl Azərbaycan Beynəlxalq Bankının, sonra isə “Azəripək” MMC adı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyinə keçdi. 2020-ci ildə Şəki İpək kombinatında əsasən xam ipək istehsal edilib və bütün işçilərin sayı 200 nəfərdən çox olmayıb.

Rəsmi adları

  1. Nuxa Lenin adına İpək Kombinatı, yaxud, V.İ.Lenin adına Nuxa İpək Kombinatı (1931 – 1968);
  2. V.İ.Lenin adına Şəki İpək Kombinatı (1968 – 1975);
  3. V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş müəssisəsi (1975 – 1985);
  4. V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi (1985 – 1991);
  5. Şəki “İpək” şirkəti (1991 – 1999);
  6. “Şəki-İpək” ASC (1999 – 2018);
  7. “Azəripək” MMC (2018-ci ildən).

Rəhbərlik

Kombinatın ilk baş direktoru Labarkao olub. 1960–1981-ci illərdə Tacəddin Əfəndiyev, 1981–1984-cü illərdə Yusif Abdurrahmanov, 1984 –1989-cu illərdə İbrahim Mustafayev müəssisəyə rəhbərlik edib. 1989–1999-cu illər arasında, müxtəlif vaxtlarda Çingiz Əfəndiyev, Xalid Əliyev, İsmayıl Nəbiyev kombinatın baş direktoru olublar. Özəlləşmə illərində – 1999 – 2003-cü illərdə baş direktor Əlövsət Bəkirov, sonra isə Sabiq İmanov baş direktor vəzifəsini icra edib. Özəlləşmədən sonra Elman Qarayev (2003), Marat Əkbərov (2003 – 2011), Azad Şıxəliyev (2011 – 2015), Nizami Qəribov (2014 – 2020) “Şəki-İpək” ASC İdarə Heyətinin sədri olmuşdur. 2020-ci ildən isə kombinata “Azəripək” MMC İdarə Heyətinin sədri Zaur Yaqubov rəhbərlik edir.

Qeydlər

  1. Münkündür ki, həmin ərazi, əslində, 1841-ci ildə Nuxa şəhəri yaxınlığında salınmış və rus koloniyasının məskunlaşdırıldığı ipəkçilər məhəllələsinin – Çarabadın yeridir.

Ədəbiyyat

  1. Şəki İpək İstehsal Birliyi // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 501. — 80.000 nüsx.
  2. Kərimov Ə. İpək kombinatı necə yarandı (xatirələrim) (azərb.) // “Şəki fəhləsi” : qəzet / Abbasov M.. — Şəki: Nuxa mətbəəsi, 1957. —6 sentyabr  c. — № 104 (5560). — Səh. 2.

Şablon:Yaxşı məqalə