İradə Quliyeva
İradə Quliyeva (1958–2021) — tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional Şöbəsinin sədri və şöbənin Tədris İstehsalat Mərkəzinin direktoru.
İradə Quliyeva | |
---|---|
Quluyeva İradə Gülməmməd qızı | |
İradə Quliyeva. | |
Təxəllüsü | İradə Gülfir |
Doğum tarixi | 25 dekabr 1958 |
Doğum yeri | Bideyiz, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfatı | 20 mart 2021 (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Narlı qəbiristanlığı, Şəki, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
facebook səhifəsi |
Haqqında məlumatlar
25 dekabr 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Bideyiz kəndində anadan olub.
Yaradıcılığı
“Zülmətdə çırpınan ürək”, “Nəğmə pıçıldayır dodağım mənim”, “Nənəmin əfsanəvi nağılları”, “Qəlb işığında”, “Könül dünyam”, “İşığa gedən yollar” və s. 11 şeir və rübailər kitabının, çoxlu sayda şeirlərin, 45 poemanın müəllifidir. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir nominasiyası üzrə müsabiqənin laureatı - 1-ci dərəcəli diplomçudur.
Vəfatı
20 mart 2021-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. 21 mart tarixində Şəki şəhərindəki Narlı qəbiristanlığında, oğlunun məzarı yanında dəfn olunub.
Ailəsi
Evli idi, bir qızı, üç nəvəsi var.
Ədəbiyyat
- Orsər R. İradə Gülfir // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 631-635. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- "İradə GÜLFİR (1958): "Gülfir deyir zirvələrə yetəcəm, Bu yoxuşun sonunacan gedəcəm..."". zim.az (azərb.). DECEMBER 9, 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |