Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

İsa xan

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İsa xan
(İsa xan Gürcü)
Osmanlı-Səfəvi müharibələri (1514-1590).JPG
Osmanlı-Səfəvi müharibələri (1514-1590).
Şəki hakimi
(Səfəvilər dövlətinin Şəkidəki canişini)
1578 — 1578
Şəxsi məlumatlar
Vəfat tarixi 1580(1580-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Atası Levon

İsa xan (?–1580) — Kaxetiya şahzadəsi. 1578-ci ildə bir müddət Səfəvilər dövlətinin Şəkidəki canişini (Şəki hakimi) olmuşdur.

Haqqında məlumatlar

İsa xanın atası Levan(ru) (1504—1574). 1518 – 1574-ci illərdə Kaxetiyanın çarı olmuşdur.

Kaxetiya çarı Levanın(ru) (1504–1574) oğlu idi.

1550-ci illərin birinci yarısından Səfəvi sarayında girov saxlanılmışdı. Bir mənbədə göstərilir ki,

12 fevral 1560-cı il tarixdə islam dinini qəbul etmiş[1],

25 dekabr 1562-ci il tarixdə dönük çıxdığına görə həbs edilmiş,

11 yanvar 1563-cü il tarixdə Ələmut qalasına göndərilmişdir[2]. Digər mənbədə isə qeyd edilir ki o, aznaurlar ilə şərab içirmiş və donuz ətindən kabab yeyirmiş. Onun yaxın adamları bunu Şah Təhmasibə xəbər veriblərmiş və şaha xəbərdarlıq ediblərmiş ki, o, qaçmaq fikrindədir. 23 dekabr 1562-ci il tarixdə həbs edilərkən isə atının nalında xaç və büt surəti tapılıbmış[3].

1576-cı ildə II Şah İsmayılın hakimiyyətə gəlməsindən az sonra həbsdən azad edilib.

22 avqust 1576-ci il tarixdə Qəzvində II Şah İsmayılın taxta çıxma mərasimində iştirak edib[4].

11 fevral 1578-ci il tarixdə hakimiyyətə başlayan Məhəmməd Xudabəndə onu Şah Təhmasibin qardaşı Sam mirzənin qızı ilə evləndirib və Şəkiyə hakim təyin edib[5]. Elə həmin ildə Lələ Mustafa paşanın başçılığı altında Osmanlı ordusu Cənubi Qafqaza daxil olub və İsa xan özünün kiçik qardaşı Əli xanla birlikdə Şəki vilayəti ordusunun Osmanlılara qarşı mübarizəsinə rəhbərlik etməyə başlayıb. Lakin İsa xanın Gürcüstandakı böyük qardaşı Aleksandr həmin dövrdə Səfəvilərlə əlaqəni kəsmiş, xərac verməkdən boyun qaçırmış və Osmanlıların tərəfinə keçmişdi[6]. Lələ Mustafa paşanın katibi Gelibolulu Əlinin “Nüsrətnamə” adlı əsərində göstərilir ki, 5 sentyabr 1578-ci il tarixdə Aleksandr özünün üç minlik qoşunu ilə Qanıx çayını keçmiş və Şəkinin Osmanlılar tərəfindən tutulmasına yardımçı olmuşdur. Bundan sonra Aleksandrın oğlu İrakli mirzə Şəkiyə sancaqbəyi təyin edilib. Lakin sentyabrın axırlarında keçmiş Şəki ölkəsi hakiminin (Dərvişməhəmməd xanın?) Mirzə Ömər adlı oğlu bir neçə yüz nəfər piyada və süvari ilə Osmanlı qərargahına gəlib və İrakli mirzənin yerinə Şəkiyə sancaqbəyi təyin olunub[7]. 28 noyabr 1578-ci il tarixdə Səfəvi ordusu Ağsu çayı sahilində Osmanlı ordusunu məğlub etdikdən sonra Şah Məhəmməd Xudabəndənin oğlu Salman mirzə 20 min nəfərlik ordu ilə Tiflisə hücum edir. Aleksandr belə ağır vəziyyətdə hiylə işlədərək bir tərəfdən Salman mirzəyə 5 min tümən nağd pul verməklə Səfəvi hökmdarını razı salır, digər tərəfdən isə qardaşı İsa xanın Gürcüstanda qalması haqqında ondan razılıq alaraq qardaşını Şəki hakimliyindən kənarlaşdırır[6].

Vəfatı

İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsərində verilən məlumatdan məlum olur ki, İsa xan 1580-cı ildə Gürcüstanda öz böyük qardaşının göstərişi ilə gizlincə öldürülmüşdür[8][6].

İstinadlar

Ədəbiyyat

  1. Musəvi T. Şəkinin Ortta əsrlər tarixi haqqında // Nəbiyev N. (redaktor mavini) Şəki fəhləsi : qəzet. — Nuxa: Şəki mətbəəsi, 1969. — В. 1 iyul. — № 76 (7.411). — Səh. 4.
  2. Kırızoğlu F. Osmanlılar'ın Kafkas Elleri'ni Fethi (1451-1590). — Ankara: Sevinç Matbaası, 1976. — Səhifələrin sayı:  550. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 aprel 2023.
  3. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Qoyun ilində (mart 1559 – mart 1560) // Təkmilətül-əxbar. — Bakı: Elm, 1996. — Səhifələrin sayı:  196. — Səh.: 113. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. İt ilində (mart 1562 — mart 1563) // Təkmilətül-əxbar. — Bakı: Elm, 1996. — Səhifələrin sayı:  196. — Səh.: 116. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Ədəbiyyat. izahlar və qeydlər // Təkmilətül-əxbar. — Bakı: Elm, 1996. — Səhifələrin sayı:  196. — Səh.: 189. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
  4. İsgəndər bəy Münşi Türkman. İsmayıl mirzənin İran taxtına əyləşməsi və onun hakimiyyəti zamanında baş vermiş hadisələr haqqında // Tarix-i aləmara-yi Abbasi. — Bakı: Təhsil, 2009. — I  cild. — Səhifələrin sayı:  790. — Səh.: 420. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    İsgəndər bəy Münşi Türkman. Sultan Məhəmməd padşah Xudabəndə cənablarının hakimiyyətə gəlməsinin, İran səltənətinin və hökmranlığının taxtına əyləşməsinin və onun hakimiyyəti əyyamında hər il baş vermiş hadisələrin şərhi haqqında // Tarix-i aləmara-yi Abbasi. — Bakı: Təhsil, 2009. — I  cild. — Səhifələrin sayı:  790. — Səh.: 456. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
    İsgəndər bəy Münşi Türkman. Azərbaycan və Şirvan hadisələrinə və Qazi Gəray xan Tatarın səxavətli tanrının təqdiri ilə Zəfər nişanəli qazilərin əlində əsir olmasına dair söhbət // Tarix-i aləmara-yi Abbasi. — Bakı: Təhsil, 2009. — I  cild. — Səhifələrin sayı:  790. — Səh.: 535-536. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.