Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İskəndər xan Xoyski

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:51, 30 oktyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İskəndər xan Xoyski
Doğum tarixi 25 may 1820(1820-05-25)
Doğum yeri Gəncə
Vəfat tarixi 16 iyul 1894(1894-07-16)
Vəfat yeri Gəncə
Dəfn yeri Səbiskar qəbiristanlığı
Həyat yoldaşı Səadət xanım
Uşaqları Fətəli xan Xoyski, Rüstəm xan Xoyski
Atası Kəlbəli xan Xoyski
Anası Sara bəyim
Mükafatları III dərəcəli Müqəddəs Anna ordeniII dərəcəli Müqəddəs Stanislav ordeniIV dərəcəli Müqəddəs Vladimir ordeniII dərəcəli Müqəddəs Anna ordeniGeorgi xaçı

İskəndər xan Kəlbəli xan oğlu Xoyski (25 may 1820-16 iyul 1894) — Çar ordusunun general-leytenantı, Fətəli xan Xoyskiın atası.[1]

Həyatı

İskəndər xan Kəlbəli xan oğlu 1820-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini ailədə almışdır. 19 noyabr 1841-ci ildə Zaqafqaziya atlı-müsəlman alayında naib kimi xidmətə başlamışdı. 22 oktyabr 1847-ci ildə Leyb-Qvardiyaya kornet rütbəsində dəyişilmişdi. 6 dekabr 1852-ci ildə ştabs-rotmisr, 15 aprel 1854-cü ildə totmistr rütbələri almışdı.

İskəndər xan Xoyski 15 may 1883-cü ildə general-mayor, 16 dekabr 1889-cu ildə general-leytenant rütbələri almışdı.

İskəndər xan Xoyski 16 iyul 1894-cü ildə vəfat edib.

Ailəsi

İskəndər xan birinci nikahda Səadət bəyim İsmayıl xan qızı Dünbili ilə, ikinci nikahda Şəhribanu xanım Molla Hacı Zeynal qızı Şəkili ilə ailə qurmuşdu. Birinci nikahdan Cahangir xan adlı oğlu, Səltənət bəyim adlı qızı, ikinci nikahdan Hüseynqulu xan, Fətəli xan, Abbasqulu xan, Rüstəm xan adlı oğlanları, Tubu bəyim adlı qızı vardı.

Mükafatları

İskəndər xan Xoyski 3-cü dərəcəli “Müqəddəs Anna” (23.02.1849), 2-cü dərəcəli “Müqəddəs Stanislav”,(4.07. 1859), 4-ci dərəcəli “Müqəddəs Vladimir” (27.09.1871), 2-cü dərəcəli “Müqəddəs Anna” (16.11.1871) ordenləri, qılınc, Georgi xaçı (11.10.1914) və başqa təltiflərə layiq görülmüşdü.

Maraqlı faktlar

İskəndər xan öz böyük nəsli üçün Gəncənin Səbskar məzarlığında iri bir məqbərə tikdirmişdi. Orada uyumaq yalnız iki övladına qismət olub: oğlu Cahangir xan Xoyskiyə və qızı Tutubəyimə. Digər övladları isə bolşevik işğalından sonra ya ölkədən getməli olmuş, getməyənlər isə ya güllələnmiş və ya sürgünə göndərilmişdir.

Həmçinin bax

İstinadlar

  1. "Milli dövlətçilik tariximizin parlaq siması". bsu.edu.az. (#archive_url)