Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

İslam Bəkirov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İslam Bəkirov
Bəkirov İslam Şükür oğlu
İslam Bəkirov
İslam Bəkirov.
Doğum tarixi 14 oktyabr 1945(1945-10-14)
Doğum yeri Baş Şabalıd, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1963–1965; 1968–1971)

İslam BəkirovBaş Göynük bələdiyyəsinin sədr müavini.

Haqqında məlumatlar

14 oktyabr 1945-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1963 – 1965; 1968 – 1971-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1965 – 1968-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1971-ci ildən Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində əvvəl müəllim, sonra direktor müavini işləmiş, daha sonra Şəki rayonu Baş Şabalıd kənd tam orta məktəbində müəllim və direktor müavini,

1981 – 1989-cu illərdə direktor,

1989 – 1994-cü illərdə Baş Göynük kənd Sovetinin katibi,

1994 – 2000-ci illərdə yenidən Baş Şabalıd kənd tam orta məktəbində müəllim,

2000 – 2009-cu illərdə Baş Şabalıd bələdiyyəsinin sədri,

2010 – 2018-ci illərdə Baş Göynük bələdiyyəsinin sədr müavini,

2018 – 2019-cu illərdə Baş Göynük bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

2020-ci ildən yenidən Baş Göynük bələdiyyəsinin sədr müavinidir.

Ailəsi

4 oğlu və 1 qızı var. Övladlarından 2-i ali təhsilli, 1-i isə orta-ixtisas təhsillidir.

Ədəbiyyat

  1. Bəkirov İslam Şükür oğlu... // Baş Şabalıd (facebook səhifəsi). — 2021. — 22 yanvar. — Müraciət tarixi: 28.11.2022.