Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İsmayıl Əliyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:24, 16 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İsmayıl Əliyev
Əliyev İsmayıl Abbasəli oğlu
İsmayıl Əliyev
İsmayıl Əliyev, 2013-cü il
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1947 (1947-09-20) (76 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Atası Abbasəli Əliyev
Təhsili

Nuxa Musiqi Texnikumu (1962 – 1966)

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1967 – 1972)

İsmayıl Əliyev (Əliyev İsmayıl Abbasəli oğlu; d.  20 sentyabr 1947-ci il Bakı, Azərbaycan SSR, SSRİ ) – musiqiçi-pedaqoq, 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub. Tarzən-bəstəkar və drijor, 2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və Azərbaycan Bəstəkarlar İttifaqının Şəki üzrə nümayəndəsi. Həmçinin, 1967 – 1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən, Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrində və Hacı Məmmədovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblında saz musiqi alətində ifa edib.

Haqqında məlumatlar

20 sentyabr 1947-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1957-ci ildə Nuxa şəhərindəki yeddiillik musiqi məktəbinin tar sinfini bitirib.

1962 – 1966-cı illərdə Nuxa Musiqi Texnikumunda,

1967 – 1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

İş yerləri

1962 – 1966 ci illərdə 19 №-li uşaq bağçasında musiqi müəllimi,

1966 – 1967-ci illərdə Nuxa Musiqi Məktəbində müəllim,

1967 – 1972-ci illərdə (Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən) Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrində və Hacı Məmmədovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblında saz ifaçısı,

1972 – 2017-cı illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.

2017-ci ildən təqaüddədir.

Yaradıcılığı

Azərbaycan şairlərinin sözlərinə 100-dən çox mahnı bəstələyib.

2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür və Azərbaycan Bəstəkarlar İttifaqının Şəki üzrə nümayəndəsidir.

Ailəsi

4 övladı və 7 nəvəsi var.

Ədəbiyyat

  • Əliyev İsmayıl Abbasəli oğlu // Məlumat kitabçası (2013 – 2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 89. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.

Şablon:Yaxşı məqalə