Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İsmayıl Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Yaradıcılığı) tərəfindən edilmiş 16:07, 4 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İsmayıl Əliyev
Əliyev İsmayıl Abbasəli oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1947 (1947-09-20) (76 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa Musiqi Texnikumu (1962 – 1966)

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1967 – 1972)

İsmayıl Əliyev (Əliyev İsmayıl Abbasəli oğlu; d.  20 sentyabr 1947-ci il Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ ) – musiqiçi-pedaqoq, tarzən-bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (2013). Sovet dövründə Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərmiş Xalq çalğı alətləri orkestrində və Hacı Məmmədovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansanblında saz ifaçısı (1972 – 2017), Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və Xalq çalğı alətləri orkestrinin rəhbəri olub.

Haqqında məlumatlar

20 sentyabr 1947-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1957-ci ildə Nuxa şəhərindəki yeddiillik musiqi məktəbinin tar sinfini bitirib.

1962 – 1966-cı illərdə Nuxa Musiqi Texnikumunda,

1967 – 1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

İş yerləri

1962 – 1966 ci illərdə 19 №-li uşaq bağçasında musiqi məllimi,

1966 – 1967-ci illərdə Nuxa Musiqi Məktəbində müəllim,

1967 – 1972-ci illərdə (Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən) Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrində və Hacı Məmmədovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansanblında saz ifaçısı,

1972 – 2017-cı illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və Xalq çalğı alətləri orkestrinin rəhbəri olub.

2017-ci ildən təqaüddədir.

Yaradıcılığı

Azərbaycan şairlərinin sövlərinə 100-dən çox mahnı bəstələyib.

2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür və Azərbaycan Bəstəkarlar İttifaqının Şəki üzrə nümayəndəsidir.

Ailəsi

4 övladı və 7 nəvəsi var.

Ədəbiyyat

  • Əliyev İsmayıl Abbasəli oğlu // Məlumat kitabçası (2013 – 2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliti. — Bakı, 2019. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.