İsmayıl Alxazov (1927–2008) — görkəmli hüquqşünas; uzun müddət SSRİ Ali Məhkəməsində işləmiş, 20 ilə yaxın müddət ərzində SSRİ Ali Məhkəməsinin hakimi olmuşdur.

İsmayıl Alxazov
Alxazov İsmayıl Məmməd oğlu
(rus.: Алхазов Исмаил Мамед оглы)
İsmayıl Alxazov.png
İsmayıl Alxazov.
bayraqSSRİ Ali Məhkəməsinin hakimibayraq
1972 — 1991
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1927(1927-01-16)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2008(2008-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (81 yaşında)
Vəfat yeri Moskva, Flag of Russia.svg Rusiya
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1944–1948)
Təltifləri Заслуженный юрист РСФСР
"Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni

Haqqında məlumatlar

16 yanvar 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1944 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1951 – 1952-ci illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Maarif Nazirliyinin səlahiyyətli nümayəndəsi olub.

1952 – 1972-ciillərdə SSRİ Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasında baş məsləhətçi işləyib.

1972 – 1991-ci illərdə SSRİ Ali Məhkəməsinin üzvü olub və SSRİ Ali Məhkəməsində Qafqazı təmsil edib.

1989-cu ildə I dərəcəli hakim dərəcəsi alıb.

Təltif və mükafatları

Vəfatı

2008-ci ildə – 81 yaşında, Moskvada vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Alxazov İsmayıl // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 48-49. — 600 nüsx. — ISBN 5-8066-1708-4.