Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

"İsmayıl Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 29: Sətir 29:
 
| Commons            =
 
| Commons            =
 
}}
 
}}
'''İsmayıl Hacıyev''' –  Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor,  Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və "İpək yolu" Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti<ref>[https://vestnikkavkaza.net/interviews/Ismayil-Hajiyev-Mehriban-Aliyeva-provides-huge-support-to-Azerbaijani-music.html Ismayil Hajiyev: "Mehriban Aliyeva provides huge support to Azerbaijani music" (''vestnikkavkaza.net'')]</ref>.  
+
'''İsmayıl Hacıyev''' –  Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor,  Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti<ref>[https://vestnikkavkaza.net/interviews/Ismayil-Hajiyev-Mehriban-Aliyeva-provides-huge-support-to-Azerbaijani-music.html Ismayil Hajiyev: "Mehriban Aliyeva provides huge support to Azerbaijani music" (''vestnikkavkaza.net'')]</ref>.  
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

00:15, 11 aprel 2020 versiyası

İsmayıl Hacıyev
İsmayıl Hacıyev
İsmayıl Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 18 noyabr 1949 (1949-11-18) (72 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan və Flag of Canada.svg
Peşələri kompozitor, bəstəkar

İsmayıl Hacıyev – Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor, Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti[1].

Haqqında məlumatlar

1949-cu ildə Bakıda anadan olub.

1973-cü üldə Musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisasını üzrə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv olub. Elə bu ildən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başlayıb.

1975 – 1981-ci illərdə opera və simfonik bəstəkarlıq ixtisası üzrə Leninqrad Dövlət Konservatoriyasında S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrının musiqi rəhbəri, professor İlya Musinin və Nyu-York Metropoliten-operanın baş qonaq dirijoru Valeri Gergiyevin sinfində təhsilini artırdıqdan sonra Leninqrad Flarmoniyası orkestrinin bədii rəhbəri Yevgeni Mravinskinin köməkçisi vəzifəsini tutub.

1985-ci ildə Azərbaycanda «İlham» adlı klassik və müasir musiqi kamera orkestrini yaradıb. Bu orkestr ilə bütün dünyanı gəzdi və çoxsaylı uğurlu tamaşalar verdi.

1999-cu ildən Kanadada yaşayır. 2001-ci ildə Kanadada «İpək Yolu» Kamera Orkestrini qurdu. Bu orkestrlə Toronto[2], Ottava[3] və Niaqara-on-te-Leykdə[4] uğurlu çıxışlar edib.


Ailəsi

  • Atası – Cövdət Hacıyev, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
  • Anası – Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
  • Bacısı - Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.

İstinadlar

  1. Ismayil Hajiyev: "Mehriban Aliyeva provides huge support to Azerbaijani music" (vestnikkavkaza.net)
  2. Elmira Aliyeva. Неугасимое чувство родины 6 iyul 2011 il tarixdə arxivləşdirilib.. Kaspiy. 16 January 2010. Retrieved on 9 September 2010.
  3. В Канаде звучала азербайджанская музыка. 1news.az. 14 December 2007. Retrieved on 9 September 2010.
  4. Америка в восторге 6 iyul 2011 il tarixdə arxivləşdirilib.. Kaspiy. 3 September 2010. Retrieved on 9 September 2010.