İsmayıl Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Ailəsi) tərəfindən edilmiş 23:35, 10 aprel 2020 tarixli redaktə
İsmayıl Hacıyev
İsmayıl Hacıyev
İsmayıl Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 18 noyabr 1949 (1949-11-18) (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan və
Peşələri kompozitor, bəstəkar

İsmayıl Hacıyev – Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor, Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və "İpək yolu" Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti.

Haqqında məlumatlar

1949-cu ildə Bakıda anadan olub.

1973-cü üldə Musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisasını üzrə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv olub. Elə bu ildən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başlayıb.

1975 – 1981-ci illərdə opera və simfonik bəstəkarlıq ixtisası üzrə Leninqrad Dövlət Konservatoriyasında S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrının musiqi rəhbəri, professor İlya Musinin və Nyu-York Metropoliten-operanın baş qonaq dirijoru Valeri Gergiyevin sinfində təhsilini artırdıqdan sonra Leninqrad Flarmoniyası orkestrinin bədii rəhbəri Yevgeni Mravinskinin köməkçisi vəzifəsini tutub.

1985-ci ildə Azərbaycanda «İlham» adlı klassik və müasir musiqi kamera orkestrini yaradıb. Bu orkestr ilə bütün dünyanı gəzdi və çoxsaylı uğurlu tamaşalar verdi.

1999-cu ildən Kanadada yaşayır. 2001-ci ildə Kanadada «İpək Yolu» Kamera Orkestrini qurdu. Bu orkestrlə Toronto[1], Ottava[2] and Niagara-on-the-Lake[3].


Ailəsi

  • Atası – Cövdət Hacıyev, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
  • Anası – Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
  • Bacısı - Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.

İstinadlar

  1. Elmira Aliyeva. Неугасимое чувство родины 6 iyul 2011 il tarixdə arxivləşdirilib.. Kaspiy. 16 January 2010. Retrieved on 9 September 2010.
  2. В Канаде звучала азербайджанская музыка. 1news.az. 14 December 2007. Retrieved on 9 September 2010.
  3. Америка в восторге 6 iyul 2011 il tarixdə arxivləşdirilib.. Kaspiy. 3 September 2010. Retrieved on 9 September 2010.

Şablon:Yaxşı məqalə