İzzət Nəbiyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
İzzət Nəbiyev
Nəbiyev İzzət Əhməd oğlu
İzzət Nəbiyev
İzzət Nəbiyev.
Doğum tarixi 26 yanvar 1923(1923-01-26)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi yanvar 1993(1993-01-00) (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Azərbaycan Neft və Kimya İnstitutu, telemexanika və elektronika kafedrası
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (1940–1941 və 1945–1949)

 • V.M.Molotov adına Energetika İnstitutu, aspirantura (1951–1954)

 • Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti” (1977–1980)
Atası Əhməd Nəbiyev (1885−+1970)
Anası Maral Əfəndiyeva-Nəbiyeva (1889−1967)
Mükafatları SSRİ dövlət mükafatı — 1969“Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adı — 1981
"Əmək veteranı" medalı — 1984 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1966 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1976 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1986
XTNS gümüş medalı — 1961 XTNS gümüş medalı — 1969 XTNS gümüş medalı — 1987 XTNS bürünc medalı — 1963 XTNS bürünc medalı — 1982

İzzət Nəbiyev (1923–1993) — avtomatika və telemexanika üzrə görkəmli sovet və Azərbaycan alimi, texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı.

Haqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

26 yanvar 1923-cü il tarixdə Nuxada (indiki Şəki), pedaqoq ailəsində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1930 – 1940-cı illərdə Bakı şəhər 132 №-li orta məktəbində təhsil alıb.

1935 – 1940-cı illərdə Asəf Zeynallı adına Musiqi məktəbinin tar sinfində oxuyub.

1940 – 1941 və 1945 – 1949-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

1941 – 1942-ci illərdə Hərbi Aviamühəndislər Məktəbinin kursantı olub.

1951 – 1954-cü illərdə V.M.Molotov adına Energetika İnstitutunun (Moskva) aspiranturasında,

1977 – 1980-ci illərdə Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti”ndə təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1942 – 1945-ci illərdə Xolzunov adına Kirovabad pilot aviaməktəbində aviasilahlar üzrə serjant-mexanik vəzifəsində işləyib.

1949 – 1951-ci illərdə Azneft birliyi “Stalinneft” tresti, təmir mühafizəsi üzrə mühəndis,

1954 – 1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun elektrik ölçmələri və qurğuların avtomatlaşdırılması kafedrasında assistent,

1956 – 1960-cı illərdə isə dosent olub.

1960 – 1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı vəzifəsində çalışıb.

1963 – 1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun avtomatika, telemexanika və elektronika kafedrasında dosent,

1970 – 1991-ci illərdə kafedrasının müdiri,

1991 – 1993-cü illərdə isə professor olub.

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

1957 – 1993-cü illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda (Sumqayıt) əvəzçiliklə işləyib.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.

1956-cı ildə dosent elmi adını alıb.

1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1977-ci ildə professor elmi adını alıb.

Telemexanikaya dair azərbaycan və rus dillərində dərsliklərin, 9 monoqrafiyanın, 200-ə yaxın məqalənin, 45 ixtiranın, 6 cihazın müəllifidir.

5 elmlər doktorunun, 70-dən çox elmlər namizədinin elmi rəhbəri olub.

Elmi-təşkilati aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

  • SSRİ Xalq Təhsili üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədr müavini (1974-cü ildən).
  • Azərbaycan SSR üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədri (1975-ci ildən).
  • Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər üzrə ekspert şuraının üzvü (1991 – 1993).

Partiyalılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

1979-cu ildən Sov.İKP-nin üzvü olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1993-cü ilin yanvar ayında − 70 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailə fotoşəkilləri[qeyd 1][Vizual/Mobil redaktə | HTML redaktə]

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vaxtilə onun rəhbərlik etdiyi avtomatika, telemexanika kafedranın foyesində və yaşadığı binanın divarında heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış xatirə lövhələri vurulub.
  • Bakıda bir küçəyə adı verilib.
  • 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası elmi şurasının qərarı ilə həyat və fəaliyyətinə həsr olunmuş kitab çap olunub.

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Nəbiyev İzzət Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1983. — VII  cild. — Səhifələrin sayı:  623. — Səh.: 216. — 80.000 nüsx.
  2. Abdullayev İ.M., Yusifov S.Y. Nəbiyev İzzət Əhməd oğlu / Azərbaycan respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası. — Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, 1999. — Səh.: 68. — 300 nüsx. — ISBN 8-89600-261-x. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 dekabr 2024.
  3. Məmmədov Ə., Xalıqov F. Nəbiyev İzzət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 443-445. — 1.000 nüsx.
  4. Mete Ə. Avtomatika sahəsində görkəmli alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 274-275. — 500 nüsx.