İzzət Nəbiyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 21:20, 24 yanvar 2021 tarixli redaktə
İzzət Nəbiyev
Doğum tarixi 1923
Doğum yeri Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1993
Vətəndaşlıq SSRİ→
Azərbaycan
Elm sahəsi avtomatika
İş yeri Azərbaycan Neft və Kimya İnstitutunun kafedra müdiri (1970-1991)
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Sənaye Universiteti
Mükafatları “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adı — 1981 SSRİ dövlət mükafatı — 1969
"Əmək veteranı" medalı — 1984 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1966 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1976 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1986
XTNS gümüş medalı — 1961 XTNS gümüş medalı — 1969 XTNS gümüş medalı — 1987 XTNS bürünc medalı — 1963 XTNS bürünc medalı — 1982

İzzət Əhməd oğlu Nəbiyev () — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969).

Həyatı

İzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır.

75 elmlər namizədinin elmi rəhbəri olmuşdur.

Elmi-təşkilatı fəaliyyəti

  • Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/

Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.

Mükafatları

İzzət Nəbiyev aşağıdakı medal və fəxri adlarla təltif olunmuşdur:[1]

Pedaqoji fəaliyyəti

1949-cu ildə təhsilini əla qiymətlərlə bitirdikdən sonra Moskva Energetika İnstitutunun aspiranturasında ilk elmi fəaliyyətə başlayır. Dissertasiya işini uğurla bitirdikdən sonra texnika elmləri namizədi kimi Bakıya qayıdır və yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlanması, respublikanın neft sənayesinin avtomatlaşdırılması ilə məşğul olur. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin-istehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoyur və onun ilk dekanı olur. 1970-ci ildə Avtomatika, telemexanika və elektronika kafedrasına müdir seçilir və 1991-ci ilə qədər həmin kafedraya rəhbərlik edir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.

Elmi əsərləri

  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:300-dən artıq
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 50 (monoqrafiya və dərsliklərin sayı — 11).

Əsas elmi əsərləri

  • “Neft quyularının məhsuldarlığının teleölçüsü üçün avtomatik sistemlər”
  • “Ölçmə məlumatının yığılması və çevrilməsinin diskret texniki vasitələri”
  • “Neftçıxarma sənayesi üçün telemexanika kompleksləri” kimi monoqrafiyaları və neçə-neçə elmi məqalələri Moskvada dərc olunmuşdur.
  • Respublikada birinci olaraq Azərbaycan dilində “Telemexanika” dərsliyinin müəllifidir.

İstinadlar

  1. Нәбијев Иззәт Әһмәд оғлу (Библиографија). Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. 88 сәһ. ISBN 5-89600-261-x.

Ədəbiyyat

  1. Nəbiyev İzzət əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1983. — VII  cild. — Səhifələrin sayı:  623. — Səh.: 216. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Nəbiyev İzzət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 443 – 445. — 1.000 nüsx.
  3. Mete Ə. Avtomatika sahəsində görkəmli alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 274 – 275. — 500 nüsx.
  4. http://www.anl.az/down/meqale/respublika/respublika_noyabr2008/63281.htm
  5. http://www.respublica-news.az/index.php/elm-v-t-hsil/item/873-zhoerkaemli-alim-pedagog