İzzət Nəbiyev

Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 19:59, 2 sentyabr 2021 tarixli redaktə

İzzət Nəbiyev (1923 – 1993) — avtomatika və telemexanika üzrə görkəmli sovet və Azərbaycan alimi, texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı.

İzzət Nəbiyev
Nəbiyev İzzət Əhməd oğlu
İzzət Nəbiyev
İzzət Nəbiyev.
Doğum tarixi 26 yanvar 1923(1923-01-26)
Doğum yeri Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi yanvar yanvar 1993(1993-01-00)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Azərbaycan Neft və Kimya İnstitutu, telemexanika və elektronika kafedrası
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (1940 – 1941 və 1945 – 1949)

V.M.Molotov adına Energetika İnstitutu, aspirantura (1951 – 1954)

Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti” (1977 – 1980)
Atası Əhməd Nəbiyev
Anası Maral Rəşid qızı Əfəndiyeva (1883 − 1967)
Mükafatları SSRİ dövlət mükafatı — 1969 “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adı — 1981
"Əmək veteranı" medalı — 1984 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1966 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1976 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1986
XTNS gümüş medalı — 1961 XTNS gümüş medalı — 1969 XTNS gümüş medalı — 1987 XTNS bürünc medalı — 1963 XTNS bürünc medalı — 1982

Haqında məlumatlar

26 yanvar 1923-cü il tarixdə Nuxada, pedaqoq ailəsində anadan olub.

Təhsili

1930 – 1940-cı illərdə Bakı şəhər 132 №-li orta məktəbində təhsil alıb.

1935 – 1940-cı illərdə Asəf Zeynallı adına Musiqi məktəbinin tar sinfində oxuyub.

1940 – 1941 və 1945 – 1949-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

1941 – 1942-ci illərdə Hərbi Aviamühəndislər Məktəbinin kursantı olub.

1951 – 1954-cü illərdə V.M.Molotov adına Energetika İnstitutunun (Moskva) aspiranturasında,

1977 – 1980-ci illərdə Azərbaycan KP MK yanında “Marksizm – Leninizm Universiteti”ndə təhsil alıb.

Əmək fəaliyyəti

1942 – 1945-ci illərdə Xolzunov adına Kirovabad pilot aviaməktəbində aviasilahlar üzrə serjant-mexanik vəzifəsində işləyib.

1949 – 1951-ci illərdə Azneft birliyi “Stalinneft” tresti, təmir mühafizəsi üzrə mühəndis,

1954 – 1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun elektrik ölçmələri və qurğuların avtomatlaşdırılması kafedrasında assistent,

1956 – 1960-cı illərdə isə dosent olub.

1960 – 1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı vəzifəsində çalışıb.

1963 – 1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun avtomatika, telemexanika və elektronika kafedrasında dosent,

1970 – 1991-ci illərdə kafedrasının müdiri,

1991 – 1993-cü illərdə isə professor olub.

İkinci iş yerləri

1957 – 1993-cü illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda (Sumqayıt) əvəzçiliklə işləyib.

Elmi fəaliyyəti

1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.

1956-cı ildə dosent elmi adını alıb.

1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1977-ci ildə professor elmi adını alıb.

Telemexanikaya dair azərbaycan və rus dillərində dərsliklərin, 9 monoqrafiyanın, 200-ə yaxın məqalənin, 45 ixtiranın, 6 cihazın müəllifidir.

5 elmlər doktorunun, 70-dən çox elmlər namizədinin elmi rəhbəri olub.

Elmi-təşkilati aktivliyi

  • SSRİ Xalq Təhsili üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədr müavini (1974-cü ildən).
  • Azərbaycan SSR üzrə Dövlət Komitəsi Elmi-Metodik Şurasının avtomatika və texniki sistemlərin idarəedilməsi bölməsinin sədri (1975-ci ildən).
  • Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər üzrə ekspert şuraının üzvü (1991 – 1993).

Partiyalılığı

1979-cu ildən Sov.İKP-nin üzvü olub.

Təltif və mükafatları

Vəfatı

1993-cü ilin yanvar ayında − 70 yaşında, Bakıda vəfat edib.

Ailəsi

  • Atası: Əhməd Nəbiyev Qori seminariyasının məzunu olub və 1 il Moskva Kommersiya İnstitutunda, sonra isə Peterburq Universitetində təhsil alıb. Lenin ordeni və “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı ilə təltif edilib.
  • Anası: Maral Əfəndiyeva Rəşid bəy Əfəndiyevin qızı idi, Nuxada, Tərtərdə, Qarğabazarda ilk dəfə qız məktəbləri açmışdır.

Ailə fotoşəkilləri[qeyd 1]

Xatirəsi

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vaxtilə onun rəhbərlik etdiyi avtomatika, telemexanika kafedranın foyesində və yaşadığı binanın divarında heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış xatirə lövhələri vurulub.
  • Bakıda bir küçəyə adı verilib.
  • 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası elmi şurasının qərarı ilə həyat və fəaliyyətinə həsr olunmuş kitab çap olunub.

Qeydlər

  1. Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat

  1. Nəbiyev İzzət Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1983. — VII  cild. — Səhifələrin sayı:  623. — Səh.: 216. — 80.000 nüsx.
  2. Abdullayev İ.M., Yusifov S.Y. Nəbiyev İzzət Əhməd oğlu / Azərbaycan respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası. — Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, 1999. — Səh.: 68. — 300 nüsx. — ISBN 8-89600-261-x. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 mart 2024.
  3. Məmmədov Ə., Xalıqov F. Nəbiyev İzzət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 443-445. — 1.000 nüsx.
  4. Mete Ə. Avtomatika sahəsində görkəmli alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 274-275. — 500 nüsx.