Şəhla Tağıyeva

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:44, 6 sentyabr 2021 tarixli redaktə
Şəhla Tağıyeva
Tağıyeva Şəhla Firuddin qızı
Şəhla Tağıyeva
Şəhla Tağıyeva.
Doğum tarixi 5 iyul 1958(1958-07-05)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi kimya
İş yeri AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1977–1982)

Şəhla Tağıyeva — kimya elmləri namizədi, dosent, AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar

5 iyul 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1965 – 1975-ci illərdə Nuxa/Şəki şəhər 8 №-li orta məktəbində,

1977 – 1982-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

1998-ci dosent elmi adını alıb.

Elmi əsərləri

12-i xaricdə və 4-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla 48 elmi əsəri çap olunub.

Əmək fəaliyyəti

1982-ci ildən Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda/AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyir.

2011-ci ildən aparıcı elmi işçidir.

İstinadlar

Ədəbiyyat

  1. Neft-Kimya Prosesləri İnstitutunun fəlsəfə doktorları : Tağıyeva Şəhla Firuddin qızı : [arx. 06.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 06.09.2021.