Şəhla Tağıyeva

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Şəhla Tağıyeva
Tağıyeva Şəhla Firuddin qızı
Şəhla Tağıyeva
Şəhla Tağıyeva.
Doğum tarixi 5 iyul 1958 (1958-07-05) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi kimya
İş yeri AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1977–1982)

Şəhla Tağıyeva — kimya elmləri namizədi, dosent, AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

5 iyul 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1965 – 1975-ci illərdə Nuxa/Şəki şəhər 8 №-li orta məktəbində,

1977 – 1982-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

1998-ci dosent elmi adını alıb.

Elmi əsərləri[Vizual redaktə | HTML redaktə]

12-si xaricdə və 4-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla 48 elmi əsəri çap olunub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1982-ci ildən Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda/AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyir.

2011-ci ildən aparıcı elmi işçidir.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Neft-Kimya Prosesləri İnstitutunun fəlsəfə doktorları : Tağıyeva Şəhla Firuddin qızı : [arx. 06.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 06.09.2021.