Şəki Şəhər Uşaq İncəsənət Məktəbi

Şəki Şəhər Uşaq İncəsənət Məktəbi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində Şəkidə fəaliyyət göstərən uşaq incəsənət məktəbi.

Şəki Şəhər Uşaq İncəsənət Məktəbi
Şəki şəhər Uşaq İncəsənət məktəbi.jpg
Şəki Şəhər Uşaq İncəsənət Məktəbindən bir görünüş.
Əsası qoyulub 15 sentyabr 1938-ci il
Tip uşaq incəsənət məktəbi
Direktor Eldar Kamran oğlu Rəcəbov
Şagird sayı 473
Müəllim sayı 178
Şəhər Şəki
Ünvan Şəki şəhəri, Calğalı bulaq küçəsi, 57
Xəritə
Şəki şəhər Uşaq İncəsənət məktəbi (Şəki)
Red pog.svg
Şəki şəhər Uşaq İncəsənət məktəbi
Şəki şəhərinin xəritəsində Uşaq İncəsənət məktəbinin yeri
Məktəbin facebook səhifəsi
 Map marker.svg41°12′09″N 47°10′35″E / 41.20242°N 47.17640°E / 41.20242; 47.17640

Haqqında məlumatlar

15 sentyabr 1938-ci il tarixdə fəaliyyətə başlamışdır. Məktəbin ilk direktoru görkəmli musiqişünas-pedaqoq Əhmədbəy Tahirov olub. O, 1943-cü ildə “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı ilə təltif edilmişdir. Məktəb əvvəlcə sadəcə musiqi məktəbi adlansa da, şəhərdə ikinci bir musiqi məktəbinin açılmasından sonra “1 №-li musiqi məktəbi” adını almış, 1984-cü ildə məktəbdə yeni şöbələrin açılmasından sonra isə Şəki Şəhər Uşaq İncəsənət Məktəbi” adlandırılmış və həm də məktəbə görkəmli heykəltəraş-monumentalist Fuad Əbdürrəhmanovun adı verilmişdir.

2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müvafiq əmri əsasında, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə, məktəbin yaranmasının 80 illik yubileyi təntənəli surətdə qeyd olunmuşdur.

Hal-hazırda məktəbdə fortepiano, xalq çalğı alətləri, rəssamlıq və nəzəri fənlər üzrə şöbələr var. Məktəbin direktoru Eldar Kamran oğlu Rəcəbovdur.

İxtisaslar

  • Fortepiano;
  • Skripka;
  • Tar;
  • Kamança;
  • Qarmon;
  • Nağara;
  • Xoreoqrafiya;
  • Rəssamlıq.

Tanınmış məzunları

Ədəbiyyat

  1. Şəki Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub : [arx. 15 Dec 2018 - 17 Dec 2018] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı. — Müraciət tarixi: 04.10.2021.
  2. Tabe təşkilatlar : Şəki şəhər Uşaq İncəsənət məktəbi : [arx. 03.10.2021] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 03.10.2021.
  3. Məktəblər : Şəki şəhər Uşaq İncəsənət Məktəbi : [arx. 9 Jul 2020 - 30 Nov 2020] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Uşaq Musiqi və İncəsənət Məktəblərinin Tədris Portalı. — Müraciət tarixi: 03.10.2021.