Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Şəki (qəzet)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ş{{Qəzet | adı = Şəki | şəkil = | imza = | növ = Qəzet |...' ilə yarat) tərəfindən edilmiş 13:17, 26 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Picto infobox newspaper.png
Şəki
Növ Qəzet
Baş redaktor Akif Salamov
Yaranma tarixi 1921
Ünvanı Şəki

"Şəki" — 1921-ci ildən nəşr edilən və nəşri davam edən qəzet.

Tarixi[redaktə | HTML redaktə]

İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında nəşri dayandırılmış, onun bazası əsasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adlı qəzet nəşrə başlamışdır. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) həmin qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, həmin qəzet bir daha çap edilməmişdir. Əvəzində, 2 iyul 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edilmişdir[1]. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı[2] və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu. 18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]

  1. "Nuxa fəhləsi" qəzetinin 6277/53-cü sayı 6 may 1962-ci il tarixdə, 6802/1-ci sayı isə 6 may 1962-ci il tarixdə çap olunmuşdur. Başqa sözlə, 2 iyul 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edilərkən, qəzetin çıxmadığı dövrlərdə Nuxada nəşr olunan "Lenin bayrağı" qəzetinin 525 sayı da "Nuxa fəhləsi" qəzetinin say hesabına əlavə edilmişdir.
  2. ASE,II cild, Vartaşen rayonu məqaləsi (səh.: 411).

Xarici keçidlər[redaktə | HTML redaktə]

Vikianbarda Şəki (qəzet) ilə əlaqəli mediafayllar var.